Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə25/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
əsasında  semantik diferensiallaşması,  göründüyü kimi, 
etimoloji m
ənanı mühafizə edən vahidlərdə daha aydın şə-
kild
ə öz əksini tapır. Etimoloji mənası müəyyən olmayan, 
yal
nız fonetik oxşarlıq üzrə qarşılaşdırılan sözlərdə isə kök-
l
ərin eynimənşəli olması şübhəli qalır (76, 123).  
Ə.Rəcəbli qeyd edir ki, türk dillərinin inkişafının daha 
q
ədim dövrlərinə getdikcə leksik, morfoloji və sintaktik yol-
larla yeni sözl
ər yaratmağa nisbətən, fonetik yolla sözyarat-
ma
nın daha fəal olduğunu görürük. O, Orxon-Yenisey abi-
d
ələrində  fonetik yolla söz yaradıcılığının  aşağıdakı  istiqa-
m
ətlərini müəyyənləşdirmişdir: 1) Sözün tərkibindəki qapalı 
saitl
ərin  açıq  saitlərə  keçməsi yolu ilə  yeni sözlər  əmələ 
g
əlir; 2) Sözün tərkibindəki kar samitlərin cingiltiləşməsi 
yolu il
ə yeni sözlər əmələ gəlir; 3) Məxrəci yaxın olan səs-
l
ərin bir-birinə keçməsi yolu ilə yeni sözlər əmələ gəlir; 4) 
T
ələffüzü mürəkkəb olan səslərin parçalanması, sadələşməsi 
yolu il
ə yeni sözlər əmələ gəlir (62, I, 298 - 299). 
Vaxtil
ə  türk dillərində  təkhecalı  köklərdə  həm samit 
əvəzlənməsi, həm də  sait  əvəzlənməsi  söz  yaradıcılığı  ilə 
n
əticələnmişdir.  Məsələn, qədim türkcədə  sab // sav  kökü 
“söz” m
ənasını  ifadə  etmişdir  (ПДП,  418;  ДТС,  491). 
Hazırda dialektlərimizdə işlənən söz-sav qoşa sözündə hə-
min kök mühafiz
ə  edilmişdir.  Spesifik  s~ç  və  b~v  əvəz-
l
ənməsi ilə qədim türkcədə çav “fəryad, səda, səs” (ƏH, 32) 
sözü forma
laşmışdır. İndi də dialektlərimizdə çavımaq sözü 
işlənməkdədir.  Başqa  nümunələrə  nəzər salaq:  kır  “çöl”  - 
kur 
“dağ” - xır “böstan”. Ac- // aş sözləri etimoloji cəhət-
d
ən  c // ş  refleksinə  əsasən yaranmışdır.  Türk  dilindəki 
acıkmak- feilinin kökündə dayanan ac- feili  c>ş keçidinin 
n
əticəsində əmələ gəlmişdir.  
 
81 


BABA MƏHƏRRƏMLİ 
 
 
Bu faktlar  q
ədim türk dillərində  fonetik yolla söz 
yara
dıcılığının  geniş  imkanlara  malik  olduğunu  bir  daha 
t
əsdiqləyir. Qədim türk sözündə  karlaşma  və  cingiltiləş-
m
ənin söz yaradıcılığına  səbəb olmasını  su  və  yu-  söz-
l
ərinin paralel mövcudluğu isbat edir. Krım tatarlarının di-
lind
ə tau və dağ formaları semantik fərqə malikdir. Həmin 
türk dilind
ə dağ “dağ”, tau “meşə” mənasındadır (149, 16). 
Dem
əli, eyni kökdə  cingiltiləşmə  məna  diferensiallığı  ya-
rat
mışdır. Vaxtilə söz kökündə bir samitin əvəzlənməsi ye-
ni kökl
ərin formalaşmasına yol açmışdır.  Məsələn,  qar // 
kar  sözünün kökü “su” seman
tikası  ilə  bağlıdır.  Türk 
dill
ərində r>y keçidi səciyyəvidir. XIII əsrə aid türk dillə-
rind
ə qay sözü “dolu” (“yağış”) anlamında işlənmişdir (21, 
113). Müasir türk dilind
ə də kay “yağış” mənasındadır (TS, 
1112).  Dig
ər nümunələrə nəzər salaq: kır- // qır- “qırmaq”
kıy- // qıy- “kəsmək”, yet- // çat-, kəs- // qaz- sözlərinin pa-
ralel
liyi bu cür söz yaradıcılığının qədimliyini sübut edir. 
Türk dill
ərində  morfonoloji yolla  söz  yaradıcılığı 
üsul
larından biri fuzial köklərin  yaranmasıdır.  Fuzial kök-
l
ərin  yaranması  söz  köklərinin  ilkin  şəkilçiləşməyə  doğru 
inkişaf mərhələsini əks etdirir. Fuziya F.Cəlilovun təbirincə 
des
ək, həm də  köklə  şəkilçinin birləşməsi,  qovuşması, 
morfeml
ərin birləşmə  üsuludur (19, 102). Türk dillərində 
q
ədim dövrdə  bəzi söz köklərində  morfoloji inkişafla  əla-
q
ədar olaraq kök+şəkilçi sərhədi itmiş, nəticədə, yeni sözlər 
t
əşəkkül tapmışdır. 
G.J.Ramstedt,  V.L.Kotviç, A.N.Kononov, N.A.Bas-
kakov, 
B.B.Əhmədov və F.Cəlilovun tədqiqatlarında fuziya 
hadis
ələrindən bəhs edilmişdir.  N.A.Baskakov  fuziyanı 
affiksl
ərin tarixən birləşməsi, bir qrammatik forma kimi 
 
82 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
çıxış  etməsi  şəklində  izah edir. O, kök morfemlərin  müx-
t
əlif formalarının yaranmasında fuziya hadisəsinin mühüm 
rolu oldu
ğunu qeyd edir (113, 94, 143). B.B.Əhmədov bu 
hadis
əni “morfoloji  sadələşmə” adlandırır.  Fuziya hadisə-
sini birqat, ikiqat v
ə  üçqat morfoloji sadələşmə  şəklində 
izah ed
ən  B.B.Əhmədov  yazır  ki,  qədim  birhecalı  sözün 
əhatə etdiyi geniş məna tutumu artıq müxtəlif semantik xətt 
üzr
ə  tələbatı  dəqiq ödəyə  bilmədiyi tarixi dövrdən  başla-
yaraq bir şəkilçi ilə qovuşuq vəziyyətdə əvvəlki çoxmənalı 
sözün bir m
əna hecasına, bir məna çalarına xidmət etməyə 
başlayır.  Həmin  kök  şəkilçi ilə  qovuşandan  sonra artıq 
əvvəlki mənada öz müxtəlifliyini itirir, nəticədə, asemantik 
kök
ə çevrilir. Köklə şəkilçi qovuşuğu fərqli məna bildirir. 
Bu zaman şəkilçi də semantik boşalmaya məruz qalır və bu 
m
əqamda sadəcə mənasız ünsürə çevrilir (20, 73, 76). 
Deyil
ən nəzəri fikirləri təhlil edərək bu qənaətə  gəl-
m
ək olar ki, fuziya hadisəsi ilə  asemantikləşmə  hadisəsi 
bir-biri il
ə bağlı  dil hadisələridir. Faktlara nəzər salaq: 
 
ay+ıt >ayt - 
ba+ğ >bağ 
ı+ğac>ığac // ağac  
uz // us+ta >usta 
uz>uza-, uzun, uzaq  
*
ka+xat // kat // qad+ın >qadın  
ka+y+ıt>qayıt- 
ku // kü+y >küyqulaq 
*ko+y>koy- // qoy-   
tü+k >tük 
    
sa+y >say 
 
 
83 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə