Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
ların  ortaya  çıxmasına  səbəb  olur.  Çuvaş  dilində  protetik 
s
əslərin mövcudluğu (əsasən v, y, h səsləri) onu digər türk 
dill
ərindən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Məsələn, 
əksər türk dillərində  işlənən  ot // ut  sözü həmin dildə  vut 
şəklindədir və  ya ula- // ulu- feili çuvaş dilində vula- for-
ma
sındadır.  Hal-hazırda  quruluşca  sadə  hesab edilən kök-
l
ərin, əslində, bir qismi tarixi baxımdan düzəltmədir: Məsə-
l
ən, Azərb.  qoyun,  qırğ.  koy,  tat.  kuy, Azərb.  qarış-, qaq. 
kaar-. Türk dill
əri ilə  müqayisədə  məlum olur ki, Azər-
baycan dilind
ə  köklərin  əvvəlində  işlənən  samitlərin bir 
qismi protetik, y
əni sonradan artırılan səslərdir: Azərb. vur
qırğ.,  özb.  ur-  və  s. Azərbaycan  ədəbi dilində  arxaikləşən 
v
ə  ya ancaq dialektlərdə  qorunan  əski türk sözləri digər 
türk dill
ərində işlənməkdədir. Məsələn, arxaik duş “yuxu” 
sözü qaraqalpaq dilind
ə tüs formasında, dünən sözünün kö-
kü  tün // dün  (“gec
ə”) müstəqil  şəkildə  türk, qaraqalpaq, 
başqırd,  qırğız  dillərində,  dinc  sözünün kökü tın-  “dincəl-
m
ək” feili qaraqalpaq dilində  işlənir.  Azərbaycan dilinin 
faktlar
ını digər türk dillərinin faktları ilə tutuşdurduqda qu-
ru
luşca sadə olan köklərin bir qisminin tarixən iki sözdən 
yaran
dığını üzə çıxarmaq mümkündür. Məsələn, gətirmək= 
g
əlib+eltirmək (yəni gəlib ilətmək), oturmaq=olub+turmaq 
v
ə  s.  Ə.Yəsəvinin “Divani-hikmət”  əsərində  oturmaq  feili 
olturmak  
şəklindədir: 
 
Yol üstünd
ə olturup yolnı sorgən dərvişlər, 
Ukbadin x
əbər iştip yolğa kirgən dərvişlər (ƏY, 118). 
 
Müasir  sarı  uyğur  dilində  də  oltur-  variantındadır 
(201, 82). G
ətirmək feilinin etimoloji cəhətdən iki kökdən 
 
77 


BABA MƏHƏRRƏMLİ 
 
 
yaranma
sını  XVIII  əsrə  aid  cağatay  abidələrində  həmin 
feilin 
kӓltӱrmӓk şəklində işlənməsi sübut edir (126, 211).  
Az
ərbaycan dilinin əski yazılı qaynaqlarında işlənən, 
ancaq hazırda arxaikləşən kök sözlər digər çağdaş türk dil-
l
ərində  qorunmuşdur. Məsələn,  suç  “günah” (türk.), us 
“ağıl” (türk.), ayt- “demək” (qırğ.) və s. Türk dillərinin kök 
morfeml
ərində mövcud fonetik, semantik divergensiya-ay-
rılma faktları həm türk dil qrupları, həm də türk dillərinin 
h
ər biri üçün səciyyəvi əlamətlərdəndir. 
 
 
 
78 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
II FƏSİL 
 
KÖK SÖZLƏRDƏ DERİVATOLOJİ PROSESLƏR 
 
Kök morfeml
ər  söz  yaradıcılığı  prosesinin  ilkin  mən-
b
əyidir. Tarixən türk dillərində söz yaradıcılığı bir neçə isti-
qam
ətdə  getmişdir.  Bəzi ilkin söz kökləri tarixi  inkişaf 
n
əticəsində  fonetik qanunauyğunluqlardan yaranan səbəb-
l
ərlə bağlı olaraq yeni leksemlərə çevrilmiş, bir qrup köklər-
d
ə  şəkilçiləşmə  nəticəsində  yeni derivatlar  yaranmış,  digər 
bir qrup söz kökl
əri asemantikləşməyə  məruz  qalmış,  ru-
diment  şəklində  digər sözlərin tərkibində  izlərini saxlamış-
dır. Bu cür çoxşaxəli söz yaradıcılığı prosesi türk dillərinin 
lüğət fondunu  zənginləşdirmişdir.  Şəkilçiləşməyəqədərki 
dövrd
ə  fonetik yolla sözyaratmanın  müxtəlif istiqamətləri 
mövcud ol
muşdur.  Türk dillərində  qədim söz yaradıcılığı 
üsul
larından bəhs edərkən, təkhecalı  söz  köklərindəki vari-
antlılığın da derivatoloji mahiyyətini nəzərə almaq lazımdır. 
Söz kökünd
əki fonovariantlar tarixən semantik diferen-
siallaşmaya təkan vermiş faktlardan biridir. Bu prosesdə türk 
dill
ərindəki dialekt fərqləri də mühüm amil olmuşdur. 
Türkologiyada N.A.Baskakov (113, 153), E.Z.Ka-
jib
əyov (165,  132),  M.A.Çerkasski (285, 55), E.V.Sevort-
yan  (246, 435)  v
ə Q.Sadvakasovun (243, 80-82) tədqiqat-
larında  fonoloji  yolla  söz  yaradıcılığı  prosesi  şərh edil-
mişdir.  Azərbaycan dilçiliyində  fonetik yolla söz yaradı-
cılığından  S.Cəfərov (17, 16),  S.Əlizadə  (22,  27-29), 
M.Yusifov (76, 83), F.C
əlilov (19, 98, 101), Q.Bağırov (14, 
83), 
Ə.Rəcəbli (62, I, 298-299), B.Xəlilov (33, 6) və A.Ha-
cıyevanın (29, 56-60; 30, 59) əsərlərində bəhs olunmuşdur.  
 
79 


BABA MƏHƏRRƏMLİ 
 
 
S.C
əfərov ilkin söz köklərində  fonetik yolla söz ya-
radıcılığının səbəblərini və mahiyyətini izah etmişdir. Alim 
tağ-dağ,  göz-gör- tipli fonoloji əvəzlənmələrin söz yaradı-
cılığı  ilə  nəticələndiyini  qeyd edir.  S.Cəfərov göstərir ki
sözd
ə  səslərin dəyişməsi nəticəsində  yeni sözlərin  əmələ 
g
əlməsi prosesi dilimizin tarixi inkişafını, başqa türk dilləri 
il
ə olan əlaqə və münasibətini öyrənmək işinə çox kömək 
ed
ə bilər. Beləliklə,  söz tərkibində səslərin dəyişməsi pro-
sesi böyük 
əhəmiyyət kəsb edir və  türkologiyada tarixi-
müqayis
əli metodun  əsas vasitələrindən biri  olaraq özünü 
göst
ərir (17, 16, 23, 93). B.Xəlilov yazır ki, söz yaradıcılığı 
t
əkcə müasir dildə deyil, yazıyaqədərki dövrdə də mövcud 
olmuşdur.  Alim  yazıyaqədərki  dövrün  söz  yaradıcılığını 
fonosemantik inki
şaf kimi şərh edir (33, 6). 
Pratürk dövründ
ə morfonoloji və fonetik üsullarla baş 
ver
ən söz yaradıcılığı prosesləri aşağıdakılardır: fuziya-ase-
mantikl
əşmə, sinkretiklik, fleksiya-ablaut, ilkin uzanma, 
metateza, reduksiya, proteza. Müasir türk dill
əri üçün sə-
ciyy
əvi  sayılmayan  fonoloji  yolla  söz  yaradıcılığı  qədim 
dövrd
ə, əksinə, çox aktiv olmuşdur, çünki o zamanlar türk 
dill
ərinin sözyaratma ehtiyacı, əsasən, bu üsulla ödənilmiş-
dir. Türk dill
ərinin amorfluq mərhələsində dilin sözyaratma 
im
kanları  məhdud idi, hələ  qrammatik formalar yaranma-
mışdı, ilkin dil daha çox söz səviyyəsində idi. Qədim türk 
dill
ərində  fonetik dəyişmə  ilə  yeni sözlərin  yaranması,  ilk 
növb
ədə, amorf quruluşdan  iltisaqi  quruluşa  keçidlə  bağlı 
idi (19, 100). M.Yusifovun fikrinc
ə,  fonetik söz yaradıcı-
lığında, hər şeydən əvvəl, nəinki Azərbaycan dilinin, həm 
d
ə  bütün türk dillərinin ilkin strukturu öz izlərini  saxlayır 
(78,    221). 
O  yazır  ki,  söz  köklərinin fonetik dəyişmələr 
 
80 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə