Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə20/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Q.E.Kornilov müxt
əlif dillərdəki buğa // buğu // buka 
// bull sözl
ərinin *bu // *mu // *mı “böyürmək” ideofonun-
dan yaran
dığını  iddia edir (184,  73). Müqayisə  edək: 
türk.dial.  buhur  “d
əvə”, türk.dil.  buğa  “öküz”,  buğu  “ma-
ral”.  Q
ədim türk abidələrində  buğra  “keçi” mənasında  da 
işlənmişdir. Orxon-Yenisey yazılı abidələrində bi kökü “at, 
ayğır” anlamını ifadə etmişdir (71, 304). Bu söz qeyri-türk 
dill
ərində də mövcuddur: sam.-ham. *bogur “quş” (HSED, 
74), mon. bar “p
ələng” (MTS, I, 141),  boda “iri qaramal” 
(MTS, I, 173) soy. 
beэ “madyan” (241, 56), qəd.isl. bokkr 
“keçi” (214, 154), manc.  buxa 
“yırtıcı  heyvan”,  “qoyun, 
erk
ək keçi”, mon. buqa “maral”, buur “erkək dəvə”, mord. 
buka, mac. bika “öküz”, mar. muka “in
ək”, ər. bakr “körpə 
d
əvə”,  ing.  bull  “öküz”, rus. бык  “öküz”, irl. bo  “inək”, 
yun.  bous  “öküz”, bask. behi  // bei  “in
ək”,  rom.  buke // 
bouk // bok  “erk
ək keçi”, lat. bukula  “inək  balası,  dana”, 
protokelt. *bow  “in
ək”,  *bukko  “keçi”  (EDPC, 71, 83), 
kartv.  *pur  “in
ək” (ЭСКЯ, 192), oyr. boq “xırdabuynuzlu 
qaramal”,  buha  //  buhu  “maral”, hind. bakra  “keçi”, yap. 
buta  “donuz”, 
ər.  bair  “dəvə”, ing. boar  (boa) “qaban”, 
q
əd.isl. baka “it” (CCМСИЯ, 138). Müxtəlif türk dialekt-
l
ərində, ləhcələrində  də  həmin kökün diferensiallaşması 

şahidə  edilir:  Sib.tat.dial. buar  “at”  (СДСТ,  47), 
uyğ.dial. boğı // bodı “maral”, boda “sürü, qaramal”, qar.-
balk.dial. bu “maral” (98, 110-111). Q
ədim söz köklərində 
fonoloji yol
la söz yaradıcılığı dilin ən qədim inkişaf yolla-
rından xəbər verir. Məsələn, türk. mal “qaramal”, qəd.tunq. 
*mul 
“maral, sığın” (EDAL,  951), mon. mal “iribuynuzlu 
ev heyvanı” (MED, 43). Halbuki mal sözü əksər mənbələr-
d
ə ərəb mənşəli hesab edilir. Ancaq bu tipli sözləri konkret 
 
65 


BABA MƏHƏRRƏMLİ 
 
 
bir dil
ə  aid etmək düzgün deyil. Altay etimoloqları  bu 
sözün arxetipini protoaltay dili üçün  *mula 
şəklində bərpa 
edirl
ər (EDAL, 42). Türk dillərindəki bulan (bu+lan) sözü-
nün d
ə  b  //  m  refleksinə  əsasən  maral  (ma+ral) sözü ilə 
eyniköklü ol
ması güman edilir. Fonoloji qanunauyğunluğu 
da n
əzərə  alsaq,  ma  //  mu  //  bu  kök morfemi ilə  mövcud 
olan bütün bu heyvan ad
ları eyni mənşəyə malikdir və ho-
mogen kökl
ərdir. Müqayisə edək: kor. mal “at” (262, 19), 
çin.  ma  “at” (193, 87),  q
əd.slav.  маль, qot. smals, lat. 
malus, yun. melon 
“xırdabuynuzlu qaramal” (118,  107), 
ing. mule 
“qatır”, mon. *mok “ikiyaşlı erkək maral”, proto-
alt.  *muk  “öküz” (EDAL, 42), çin. 
  “maral”  (БКРС, 
309), s.uyğ. ma “at” (201, 74), akk. mūr (193, 246), mac. 
marha  “öküz” (EDH, 35), q
əd.isl.  marr  “at” (258, 252), 
vax.  m
əd  “madyan”  (ЭСВЯ,  237),  qəd.hind.-Avr.  *mel 
“varlıq, heyvan”, hind.-ari. mallu “ayı” (CCМСИЯ, 61). 
Yuxarıda  sadaladığımız  analoji  faktlar  sübut  edir  ki, 
s
əs  təqlidindən yaranan kök morfemdən tədricən morfo-
noloji yolla yeni heyvan adları törəmişdir. Deməli, bir çox 
söz kökl
ərinin rekonstruksiyasında səs təqlidi amili nəzərə 
alınmalıdır. Müxtəlif dillərdə  müşahidə edilən analoji lek-
sik faktlar nostratik kökl
ərin bir çoxunun səs təqlidindən 
ya
randığını təsdiqləyir. 
İlk sözlərin konkret və və ya mücərrəd mənalar bildir-
m
əsi  haqqında  dilçilikdə  fərqi fikirlər var.  Bəzi dilçilərin 
q
ənaətinə  görə, ilkin məna həmişə  konkret olmuşdur  və 
protodild
ə  mücərrəd  anlayışları  ifadə  edən sözlər  mövcud 
deyildi. Ancaq 
əksini düşünən alimlər də var. E.Benvenist 
h
ər iki fikrin əsassızlığını iddia edir  (176, 37). İlkin insan 
t
əfəkkürünün konkret anlayışlar bildirməsi fikrini S.S.May-
 
66 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
zel (193,  100) v
ə  E.Z.Kajibəyov (167, 96) da  müdafiə 
edirl
ər. Əlbəttə, protodildə mücərrəd mənalı sözlərin tama-
mil
ə  yoxluğunu iddia etmək də düzgün deyil, çünki məhz 
protodild
ə  ilkin  mifoloji  anlayışlar,  sakral məfhumlar ya-
ranmışdır.  Ən qədim insanların nitqi birhecalı, dəyişməyən 
v
ə bir-biri ilə bağlanmayan sözlərdən ibarət olmuşdur. On-
lar 
əksərən başqa canlılar kimi kəsik-kəsik qışqırtılarla danış-
mışlar. Birgə fəaliyyət tədricən eşidilən səsin mahiyyətini an-
lamaq  imkanı  yaratmışdır.  Lazımi  mənalar bu cür müəyyən 
s
əslərlə mənimsənilmişdir (40, 16). 
Türk dill
ərində kök sözlərin sayı fərqli şəkildə müha-
fiz
ə olunmuşdur. E.V.Sevortyan 308 ümumtürk söz kökünü 
t
əkhecalı  əsaslar  adlandırır, onlardan 65-i ad, 123-ü feil, 
85-i sinkretik kökdür (221, 94).  N.A.Baskakov q
ədim türk 
dilind
ə 709 təkhecalı sözün işləndiyini qeyd edir (105, 285-
288). A.T.Kaydarov müasir qazax dilind
ə 3000-ə yaxın kök 
sözün qorunduğunu qeyd edir (171, 70). Q.V.Popov yakut 
dilind
ə 6847 kök sözün olduğunu, onlardan 5485-nin türk, 
monqol v
ə  tunqus-mancur dillərində  paralellik təşkil  etdi-
yini göst
ərir (166, 15). 
Rekonstruksiyalar dilin ilkin dövrün
ə  –  yazıyaqə-
d
ərki, yəni protodilə aid olduğundan çox zaman fərziyyələr 
s
əviyyəsində özünü göstərir. Ancaq həmin fərziyyələr dil-
çilik baxımından fonomorfoloji, leksik-semantik qanunlara 
əsaslandıqda  elmi  cəhətdən inandırıcı  olur.  Həm dünya 
dilçiliyind
ə, həm də  türkologiyada elmi etimologiyadan, 
onun n
əzəri problemlərindən dəfələrlə  bəhs  edilmiş,  lakin 
b
əzi məsələlər hələ də öz həllini tapmamışdır. Rekonstruk-
siya iki istiqam
ətdə  aparılır:  1)  daxili rekonstruksiya; 2) 
xarici (müqayis
əli) rekonstruksiya.  Dünya dilçiliyində  da-
 
67 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə