Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
şafına  dünya  dillərinin ümumi,  ortaq  inkişafı  aspektindən 
ya
naşmaq lazımdır.  
Türk dill
ərindəki söz köklərinin anlautu haqqında da 
f
ərqli fikirlər irəli sürülmüşdür. B.A.Serebrennikov ehtimal 
ed
ir ki, kar başlanğıc dilin aqlütinativ quruluşunun doğur-
du
ğu nəticələrdən biridir (136, 79). N.K.Dmitriyev karlaş-
manı  birinci  qəbul edən dilçilərə  etiraz edir. O, qumuq 
dilinin materialla
rına əsaslanaraq, cingiltiləşməni ilkin he-
sab edir. N.K.Dmitriyev bu dili ona areal c
əhətdən  yaxın 
olan noqay dili il
ə müqayisə edərək, qumuq dilində cingil-
til
əşmənin daha güclü mövqeyə malik olduğunu müəyyən-
l
əşdirmişdir  (148, 14-15). Oğuz  qrupu türk dillərinə  nis-
b
ətən  qıpçaq  qrupu türk dillərində  kök sözlərdə  karlaşma 
daha çox mühafiz
ə edilmişdir. Bu karlaşma qədim türk söz 
kökl
ərinin səciyyəvi əlamətlərindən biridir. İlkin söz köklə-
rind
ə  anlautda  karlaşma  nəzəriyyəsinin tərəfdarları  daha 
çoxdur. Ancaq 
V.M.İlliç-Svitıç,  K.Menqes    türk söz kök-
l
ərinin anlautunun həm kar, həm də cingiltili olması fikrini 
müdafi
ə edirlər (136, 77). Ümumiyyətlə, türkologiyada il-
kin kökl
ərdə  kar-cingiltili samit oppozisiyası  ən çox mü-
bahis
ə doğuran məsələlərdən biri hesab edilir. Kar anlauta 
üstünlük ver
ən türkoloqların  əsas arqumenti qədim  türk 
yazılı qaynaqlarındakı faktlardır. Bəzən bu hadisə, yəni söz 
əvvəlində  kar-cingiltili samit oppozisiyası  qədim dialekt 
faktı kimi də şərh edilir (136, 79, 87). İstər türkologiyada, 
ist
ərsə də hind-Avropa dilçiliyində kar samitlər mövqeyinə 
gör
ə  güclü, cingiltili samitlər isə  zəif səslər hesab edilir 
(187,  403).  Buna gör
ə  də  qədim türk söz kökünün kar 
anlautu daha inan
dırıcıdır.  
 
53 


BABA MƏHƏRRƏMLİ 
 
 
Türkologiyada ilkin söz kökl
ərinin kar anlautu vaxtilə 
vur
ğunun birinci hecaya düşməsi ilə əlaqələndirilir. Türko-
loqlar  çox zaman  bu  problemin h
əllində german dillərində 
özünü göst
ərən Verner qanununa  əsaslanırlar.  Türk dil-
l
ərində kök sözlərin kar anlautu Ural dillərinin pradilindəki 
materiallarla   müqayis
ədə sübut edilir (228, 13). Hind-Av-
ropa dilçiliyind
ə də kar başlanğıc ilkin sayılır.  
E
timoloji  araşdırmalarda  mifoloji  qaynaqlara  geniş 
istinad edilir (227, 242-247). Dünya dilçiliyind
ə alternativ, 
qeyri-
ənənəvi etimologiyadan da istifadə olunur. Məsələn, 
ilkin söz kökl
ərinin semantik inkişafına  qədim simvolika 
prinsipind
ən  yanaşanlar    var. M.M.Makovskinin bu sahə-
d
əki araşdırmalarını xüsusi qeyd edə bilərik. M.M.Makov-
ski hind-Avropa dill
ərində fonetik baxımdan oxşar və eyni, 
ancaq seman
tikası  tam fərqli  sözlərin qədim ritual, sim-
volika  baxımından  eyni  mənşəyə  malik olduğunu  iddia 
edir.  Onun  araşdırmalarının  nəticəsinə  görə  hind-Avropa 
dill
ərindəki formaca eyni, mənaca  fərqli sözlərin mənşəyi 
q
ədim insanların ritual fəaliyyəti ilə bağlıdır  (197, 24-194). 
Ancaq burada mübahis
əli məqamlar çoxdur. 
Sinkretik kökl
ərin  daha  çox  olduğu  dönəmlərdə  ad-
feil amorf
luğuna  malik  sözlər heca tonlarına  əsasən fərq-
l
ənmişdir  (206,  16;  290, 136). Yəni protodildə  heca tonu 
əsas məna fərqləndirici vasitələrdən biri olmuş, delimitativ 
fun
ksiya daşımışdır. Qədim türk dillərində ilkin vurğunun 
musiqili v
ə yaxud ekspirator (güclü) vurğu olması haqqında 
fikirl
ər mövcuddur (207,  90).  Musiqili  vurğu  məna fərqi 
yarat
mağa  xidmət edən prosodik  vasitədir. Yəni həmin 
vurğu ilə səsin tonları eyni sözün müxtəlif mənalar daşıma-
sına  səbəb olur. Dilin amorf quruluşunun  mövcud  olduğu 
 
54 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
vaxtlarda  vur
ğu söz köklərində semantik diferensiallıq ya-
rat
maqla ilkin söz yaradıcılığı prosesinə xidmət etmişdir. 
Türk dill
ərinin kök sözlərinin morfonoloji inkişafında 
s
əciyyəvi xüsusiyyətlərdən biri də spontan səs keçidləridir. 
Faktlara n
əzər salaq: Azərb. döy-, türk. döv-. Deməli, v>y 
keçidi spontan xarakterlidir. Q
ədim türk dillərində işlənən 
qıl-  “etmək” feili dolqan türkcəsində  qın-  formasındadır 
(ДРС,  24).  Türk  dillərində  kon  //  koy  “qoyun” paralelliyi 
n>y 
keçidini  sübut  edir.  A.M.Şerbak qeyd edir ki, türk 
dill
ərində  hind-Avropa dillərindən fərqli olaraq, bütün 
saitl
ərin bir-birinə  keçməsi mövcuddur (290, 17). Türk 
dill
ərində fonoloji səviyyədə müşahidə edilən dialekt fərq-
l
əri qədim səs keçidlərinin reliktini əks etdirir. N.A.Sırom-
yatnikov yazır ki, müqayisəli-tarixi metod müqayisə edilən 
dill
ər arasında ciddi fonetik uyğunluqların müəyyənləşdiril-
m
əsini tələb edir. Müqayisə  zamanı  bir dildəki  səs digər 
dild
əki səslə  eyni mövqeyə  və  səs  uyğunluğuna malik 
olmalıdır  (262, 20). Bəzi anomal görünən  dil  faktları  qo-
hum olmayan dill
ərdə  nəzərə  çarpanda  mümkün səs ke-
çidl
əri ilə onun izahını vermək mümkündür. Məsələn, k>y, 
y>q  keçidl
ərinə  nəzər salaq: türk dillərindəki  yalın  “lüt”, 
yal
çın  “çılpaq” sözlərinin kök morfemi *yal  ilə  rus dilin-
d
əki  голый  “lüt,  yalın”  sözünü  tutuşduraq.  Həmin sözün 
kök morfemi yal // qol il
ə türk dillərindəki kəl // kel “keçəl” 
sözü 
arasında uyğunluq var. Müqayisə edək: qəd.alm. kalo 
“keç
əl”  (ЭСРус.Я,  94),  sam.-ham.  golah  “keçəl ol-
maq”(HSED, 215). Qeyd ed
ək ki, y>q keçidi digər sözlərdə 
d
ə müşahidə olunur. Məsələn, Altay dillərində: *yal “alov, 
od”,    qal  //  qala  “od, od qalamaq”. Dem
əli, kompleks eti-
 
55 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə