Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə12/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
sura
“soruşmaq”  (MTS,  II,  1144)  və  s. Müqayisə  üçün 
qeyd ed
ək ki, türk dillərində  təkhecalı  kök  morfemlər 
monqol dill
ərində  olduğu  kimi,  tunqus-mancur dillərində 
d
ə  ikihecalıdır:  türk.dil.  ov, mon. av,  sol.  ava,  manc.  aba 
“şikar” (ССTМЯ, I, 7), türk.dil. ot, mon. ota, tunq.-manc. 
okta 
“ot”  (ССTМЯ,  II,  46),  türk.dil.  taş  //  daş,  bao.  taşe 
“daş”  (268,  148). Bu paralel faktlar bir daha göstərir ki
türk dill
əri monqol və  tunqus-mancur dillərindən daha 
əvvəl təşəkkül  tapmışdır.  Yəni nostratik dillərdən olan 
Altay dill
əri içərisində türk dillərinin formalaşması daha er-
k
ən  başa  çatmışdır,  çünki  təkhecalı  sözlər  çoxhecalı  söz-
l
ərdən daha öncə  yaranmışdır.  Türk  dillərinin kök sözlə-
rind
ə  diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də 
b
əzi türk dillərində təkhecalı olan köklərin digərlərində iki-
hecalı  olmasıdır.  Məsələn,  Azərb.  qaz,  s.uyğ.  kaza  (201, 
49),  Az
ərb.  ol-, Alt.dial. ulu-  (111, 161), əksər türk dil-
l
ərində  at, xotan dilində  ată,  əksər türk dillərində  bud
xotan dilind
ə butū. A.M.Şerbak xotan dilindəki bu hadisəni 
monqol v
ə  ya çin dilinin təsiri ilə  izah edir. O, türk dil-
l
ərində  50-dən çox bu tipli, yəni ikili xüsusiyyətə  malik 
kökün mövcud
luğunu qeyd edir (289, 38, 40). 
E.V.Sevortyan  ikihecalı  və  açıq  hecalı  monqol söz-
l
ərinin türk dillərindəki bənzər təkhecalı söz kökləri ilə mü-
qayis
ədə daha qədim olması haqqında iddiaların öz təsdiqi-
ni tapmadığını bildirir (248, 86). Ancaq A.Dıbo, O.Mudrak 
v
ə  S.Starostin tərəfindən tərtib  edilmiş  “Altay dillərinin 
etimoloji lü
ğəti”ndə çoxhecalı rekonstruksiya geniş yer tut-
maqda
dır (EDAL, 274-1556). A.Bomhardın nostratik araş-
dırmaları isə təkhecalılığa əsaslanır (296, 21).  
 
41 


BABA MƏHƏRRƏMLİ 
 
 
Türk dill
ərinin materialları  əsasında  ikihecalı  sözlərin 
çoxunu 
diaxronik baxımdan birhecalı şəkildə rekonstruksiya 
etm
ək imkanları  genişdir.  Bunun  üçün,  əlbəttə, dərin eti-
moloji t
ədqiqatlar, zəngin tipoloji müqayisələr tələb olunur. 
Bu  araşdırmalarda  ən qədim  yazılı  qaynaqlardan  dialekt 
fakt
larına qədər geniş arealda təhlillər aparmaq lazımdır. 
Q
ədim türk yazılı abidələrində ad və feillərin əksəriy-
y
əti təkhecalıdır: ač “ac”, - “açmaq”,  “ağıl”, ar- “al-
datmaq”,  ar-  “yorulmaq”,  at  “ad”,  äb  “ev”,  äb-  // äv-  “t
ə-
l
əsmək”,  äl-  “yaxınlaşmaq”,  äs-  “əsmək”,  baš  “baş”,  bäg 
“b
əy”,  bär-  “vermək”,  bod  “bədən”,  čab  //  čav  “şöhrət”, 
čap-  “çapmaq”,  il  “xalq”,  is  “yoldaş”,  ir-  “olmaq”,  it- 
“etm
ək”,  it-  “itələmək”,  köm-  “qazmaq”,  kis-  “kəsmək”, 
kün  “xalq”,  kör-  “görm
ək”,  kü  “şöhrət”,  küp  “qab”,  min 
“m
ən”, mun “kədər”, oq “ox”, ot “atəş”, öt- “yandırmaq”, 
öt- “oxumaq”, puš 
əsəbləşmək, həyəcanlanmaq”, qap-“tut-
maq”, qon- “gec
ələmək”, quv- “izləmək”, säk- “cəld tullan-
maq”, suv “su”, soq- “z
ərbə vurmaq”, tal- “yorulmaq”, tar 
“dar”,  täz-  “qaçmaq”, 
tuγ  “bayraq”,  tur-  “durmaq, yaşa-
maq”,  ün “s
əs”  (ПДП, 354-441) və s. 
Hind-Avropa dilçiliyind
ə daha çox dəstəklənən mono-
sillabizm ideyası türkologiyada da müdafiə edilir. İlkin söz 
kökl
ərinin  monosillabik  quruluşda  olması  ideyası,  əlbəttə, 
daha inandırıcıdır, çünki inkişaf hər zaman sadədən mürək-
k
əbə doğru getmişdir. Təbii ki, çoxhecalılıq dilin tarixi in-
kişafının sonrakı mərhələsinə aiddir.  
T
ədqiqatlar göstərir ki, təkhecalı söz kökləri ilkin dil 
elementl
əri kimi lüğət tərkibinin zənginləşməsində baza ro-
lunu oynamışdır. Hər bir təkhecalı söz kökü inkişaf edərək 
yüzl
ərlə  yeni  lüğət vahidi əmələ  gətirmişdir.  Ona  görə  də 
 
42 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
t
əkhecalı  ilkin  köklərin  əksəriyyəti öz qədim formalarını 
tam qoruyub saxlaya bilm
əmişdir (33, 59). Həm dünya dil-
çiliyind
ə, həm də türkologiyada bu məsələdə üstünlük tək-
hecalılığa verilir ki, biz də həmin fikrin tərəfdarıyıq. Müasir 
türk dill
ərində  təkhecalılıq  feillərdə  daha  çox  müşahidə 
edilir. Bu da dig
ər nitq hissələri ilə  müqayisədə  feillərin 
strukturunun möhk
əm və sabitliyini sübut edir. M.Yusifov 
yazır  ki,  ilkin  köklər dedikdə  elə  köklər nəzərdə  tutulma-
lıdır ki, onlarda leksik məna ilə yanaşı, etimoloji məna da 
mühafiz
ə olunsun (76, 110).  
Müxt
əlif  dil  kontaktları,  səs keçidləri, arealların  də-
yişməsi,  sinkretikliyin  parçalanması,  fuziallaşma,  şəkil-
çil
əşmə  tarixən türk dillərində  kök morfemlərin inkişafına, 
fonoloji, morfonoloji, semantik d
əyişmələrə  gətirib  çıxar-
mışdır. Müasir türk dillərinin lüğət fondunda daşlaşmış çox-
lu miqdarda leksem var ki, onlarda 
kök+şəkilçi sərhədini və 
ya münasib
ətini araşdırmaq üçün həmin sözlərdə baş verən 
fonetik v
ə morfoloji inkişaf proseslərini izləmək lazımdır. 
Vaxtil
ə  türk dillərinin amorfluq mərhələsində  mor-
feml
ərdə  supraseqment formalar  daha  aktiv  olmuşdur.  İl-
tisaqilik m
ərhələsində isə onların funksiyaları zəifləmişdir. 
Türk dill
ərinin tarixində  şəkilçiləşmə  sonrakı  hadisə  olsa 
da, kök morfeml
ərin sürətli inkişafını təmin etmişdir. Mü-
asir türk dill
ərində kök sözlərin morfoloji strukturunun for-
ma
laşması  onların  amorfluqdan  iltisaqi  quruluşa  keçməsi 
il
ə  sıx  bağlıdır.  Tədricən  baş  verən fonetik hadisələr kök 
sözl
əri yeni leksemlərə çevirmiş, həm də onların allomorf-
ları və derivatları yaranmışdır. 
Türk dill
əri  amorfluqdan  iltisaqi  quruluşa  keçdikdən 
sonra ilkin kökl
ərdən törəmə  sözlər təşəkkül  tapmışdır. 
 
43 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə