Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə11/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
E.Benvenist v
ə H.Hirtə görə, qədim hind-Avropa dillərində 
bütün feill
ər isim köklərindən yaranmışdır (195, 160; 119, 
202). A.Fisk dilin ad yarada bilm
ədiyi vaxtda feil kök-
l
ərinin mövcud olduğunu qeyd edir. A.Meye də ilkin köklə-
rin h
ərəkət bildirdiyini iddia edir (ЭСТЯ, I, 32). N.Y.Marr 
is
ə  yazır  ki, qədimdə  feillər müstəqil nitq hissəsi olma-
mışdır. Onlar yalnız frazada, ifadədə ad bildirən sözün feil 
kimi  işlənməsi nəticəsində  yaranmışdır,  bir  sözlə, bütün 
feill
ər isim köklərindən təşəkkül tapmışdır  (211, 21-22). 
Q.Şuxardt, A.Trombetti, Q.Royne, K.Herman və bir çox di-
g
ər dilçilərin fikrincə, adlarla müqayisədə, feillər daha qə-
dim söz qrup
larıdır (175, 131).  
Türkologiyada da bu prob
lem  haqqında  ziddiyyətli 
fikirl
ər irəli sürülmüşdür. A.M.Şerbak göstərir ki, türk dil-
l
ərində bütün kök morfemlər kiçik istisna ilə ad və feillər-
d
ən ibarətdir (288, 269). Y.V.Şeka yazır ki, türk dillərinin 
t
əkamülü mərhələlərində  nidalar ilk köklərdir,  əvəzliklər 
onlardan tör
əmiş gövdələr kimi təşəkkül tapmışdır. Həmin 
m
ərhələ Ural-Altay dövrü idi (90, 127). Əlbəttə, bu məsələ 
il
ə  əlaqədar subyektiv mülahizələr çoxdur. B.M.Yunusə-
liyev 
ən qədim kök morfemlər sırasına isim və feillərlə ya-
naşı,  təqlidi sözləri də  aid edir (295,  6-9). A.A.Zayonç-
kovskinin fikrinc
ə, qədim türk sözləri,  əsasən, təkhecalı 
feill
ərdir  (156,  29). Türkologiyada nitq hissələrinin mən-
şəyi haqqında  məsələdə  sinkretizmlik nəzəriyyəsinin 
t
ərəfdarları  da  var  (182,  23). Sinkretizmlik nəzəriyyəsinə 
gör
ə, qədim türk dillərində ad və feillər eyni zamanda ya-
ranaraq,  korrelyativ kökl
ər kimi mövcud olmuşdur. 
F.C
əlilovun fikrincə, türk dillərində ilkin sinkretik kökləri 
isim, sonra feil, yaxud 
əvvəlcə  feil,  sonra  isim  olmuşdur 
 
38 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
şəklində izah etmək bu problemin həllinə aydınlıq gətirmir. 
Problemin h
əlli amorf quruluşdan iltisaqi quruluşa keçidlə 
bağlı  məsələlərin  şərhi ilə  bağlıdır  (19, 87).  N.Hacıemi-
noğlu  yazır  ki,  türk  dilinin  başlanğıc  dönəmlərində  tək-
hecalı  söz  kökləri iki qismə  ayrılmışdır:  isimlər və  feillər 
(87,  9). B.Atalay is
ə isimlərin ilkinliyi qənaətinə gəlir. O, 
fikrini bununla 
əsaslandırır ki, insanlar öz ətrafındakı məf-
humları  əvvəl adlandırmağa  başlamışlar.  Feillərin seman-
tikasında iş, zaman, şəxs kimi üç anlayışın eyni anda nəzərə 
alınması,  dərk olunması  gərəkdir. Bundan  başqa,  feillərdə 
m
ənaca təcrid edilmə  var. Bu cür abstraktlaşma isə  hər 
halda  dil  inkişaf  etdikdən və  düşünmə  qabiliyyəti yüksəl-
dikd
ən sonra meydana gəlmişdir (81,  110).  Q.Bağırov  bu 
n
əticəyə  gəlir ki, türk dillərində, o cümlədən  Azərbaycan 
dilind
ə  işlənən feillərin kəmiyyətcə  təhlili göstərir ki, 
onların  köklərinin isim və  başqa  nitq  hissələrinə  nisbətən 
sayca m
əhdudluğuna  baxmayaraq, insan cəmiyyəti hal-
h
ərəkət məfhumlarını ifadə etmək tələbini ödəmək üçün əv-
v
əlcə feil köklərindən istifadə etmişdir (14, 25). 
 B
əzi tədqiqatçılar  feillərdə  təkhecalılığın  daha  çox 
mühafiz
ə  olunduğuna  əsaslanaraq,  feilləri qədim hesab 
edirl
ər. Lakin bu fakt əsas sayıla bilməz, çünki türkologi-
yada d
əfələrlə sübut edilmişdir ki, monosillabik feillərin bir 
qismi etimoloji c
əhətdən düzəltmədir. B.Xəlilov isə isim və 
feill
ərlə  yanaşı,  özü  də  qeyd etdiyi kimi, mübahisəli olsa 
da, 
əvəzlikləri də kök morfemlərə aid edir (33, 10). Biz də 
əvəzlik köklərini ən qədim söz qruplarından biri hesab edi-
rik, çünki dild
ə ilkin sözlərin yaranışında konkret anlayış-
ların  ifadəsi birincidir, sonra isə  mücərrəd anlayışların 
adlan
dırılması  baş  vermişdir.  Əvəzlik kökləri də  (xüsusilə 
 
39 


BABA MƏHƏRRƏMLİ 
 
 
şəxs və  işarə  əvəzlikləri) dildə  konkretlik ifadə  edən söz 
qrupla
rındandır.  Problemin  şərhi  yazıyaqədərki dövrlə 
bağlı  olduğuna  görə  isimlərin və  ya feillərin və  yaxud da 
əvəzliklərin daha qədimliyini  müəyyənləşdirmək çətin  və 
mübahis
əlidir. Yəni bu məsələnin  şərhində  ancaq ehti-
mallar  ir
əli sürmək olar. Buna görə də biz hər üç söz qru-
punu kök morfeml
ərə aid edirik.  
M.Yusifov etiraf edir ki, qohum dill
ərdə  fonetik 
c
əhətdən fərqlənən eyniköklü sözlərdə hansı variantın baş-
lanğıc  və  ya  əsas olduğunu söyləmək çətindir (76, 5). 
Altay
şünaslıqda  və  türkoloji dilçilikdə  kök morfemlərin 
fonetik strukturu haqqında da təzadlı fikirlər var. G.J.Ram-
stedt,  N.K.Dmitriyev, V.L.Kot
viç,  A.M.Şerbak, N.A.Bas-
kakov v
ə B.Atalay qədim türk söz köklərinin bir və ya iki-
hecalı olması haqqında fərqli fikirlər irəli sürmüşlər. B.Ata-
lay t
əkhecalılığı ilkin hesab edir (81, 6).  
Altayşünasların  və  türkoloqların  bəziləri ilkin kök 
morfeml
ərin bir hecadan ibarət olması fikrini qəbul etmiş, 
dig
ərləri isə onların ikihecalı olduğunu qeyd edərək, inkişaf 
n
əticəsində  həmin kök morfemlərin təkhecalı  sözə  çev-
rilm
əsi müddəasını müdafiə etmişlər. Məsələn, V.L.Kotviç 
ən qədim Altay sözlərinin təkhecalı olduğunu göstərir (185, 
36).  G.J.Ramstedt  is
ə  monqol dillərinin  faktlarına  əsas-
lanaraq ikihecalı kökləri ilkin hesab etmişdir (239, 25-27).  
Türkologiyada monosillabizm
ə  üstünlük verilir. An-
caq N.K.Dmitriyev türk dill
ərində ən qədim kök formaların 
çox
hecalı  olması  qənaətinə  gəlmişdir  (148, 157). Maraqlı 
fakt ondan ibar
ətdir ki, türk dillərində  təkhecalı  olan  eyni 
sözl
ər monqol dillərində  ikihecalı  şəkildədir: türk.dil.  ud-
mon.  utu-  “udmaq” (MTS, II, 1370), türk.dil.  sor-,  mon. 
 
40 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə