Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
q
əd.yap.  sup  (262, 18,  66), lat. sugo, qəd.isl.  suga 
(ЭСРус.Я, 372), qəd.alm. sugan (196, 135), türk.dil. sor-
ing. suck, alm. saugen, rus. 
сосать “sormaq”Həmin söz-
l
ərin anlautu  *so-  kök morfemi ilə  bağlıdır.  Bu  kök  mor-
femin m
ənşəyi həmin feillərin adlandırdığı prosesdə dodaq-
ların çıxartdığı səslə birbaşa bağlıdır. Burada kök sözlərin 
fonosemantik mahiyy
ətini, funksiyasını  unutmaq olmaz. 
Dild
ə ilkin sözlər ayrı-ayrı səslər formasında təşəkkül tap-
mışdır,  çox  güman ki, həmin səslər vaxtilə  müəyyən se-
man
tik yük daşımışdır. 
Araşdırmalar ideofonların ilk sözlərin təməlini yarat-
dığını, söz köklərinin tarixi-etimoloji strukturunu formalaş-
dırdığını  təsdiqləyir. Məsələn, Q.E.Kornilov müxtəlif dil-
l
ərdə, o cümlədən türk və hind-Avropa dillərində kap- kö-
künün “tutmaq” anla
mını ifadə etməsinin səbəbini  k- ide-
ofonunun prosesin q
əfil  baş  verməsini  əks etdirməsi ilə 
izah edir (184, 8). A.M.Qazov-Qinzberq d
ə sami dillərində 
KPP kökünün “qapmaq” seman
tikasını əks etdirdiyini gös-
t
ərmişdir  (138,  56). Həmin kök  qohum olmayan dillərdə 
oxşar  semantikalı  derivatlar  üçün  ilkin  baza, təməl rolunu 
oy
namışdır. H.Mirzəyev yazır ki, maraqlı cəhət odur ki, qa 
forması ilə başlayan feillərdə “sıxmaq, bərkitmək, tutmaq”, 
ba  il
ə  başlayanlarda  isə  bir-birinə  “bağlamaq, keçirtmək, 
yaxın  çəkmək” mənaları  özünü  mühafizə  etməkdədir (55, 
44).  Bel
əliklə, səs simvolizmini, imitativlərin mahiyyətini 
açmadan rekonstruksiya aparmaq d
əqiq elmi nəticə vermir. 
N
əzərə alaq ki, müxtəlifsistemli dillərdə *ka- morfemindən 
onlarla yeni söz kökü forma
laşmışdır.  İlk sözlərin məz-
munu konkret, sad
ə, elementar, monosemantik  olmuşdur, 
çünki q
ədim insanın təfəkkürü elə də dərin deyildi ki, onu 
 
62 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
əhatə  edən  dünyanı  tam  analiz edə  bilsin. Buna görə  də 
ilkin sözl
ərin səs tərkibi də sadə idi (167, 96). İlkin təqlid 
əsasında  yaranan  köklərin  abstrakt məfhum bildirdiyini 
iddia etm
ək məntiqli deyil. 
 Müxt
əlifsistemli dillərdə səs təqlidi ilə oxşar sözlərin 
yaranmasını bəşər təfəkkürünün eyniliyi ilə də izah etmək 
mümkündür. B
əzi bu tipli sözlərin analoji forma və  məna 
daşıması təsadüfi ola bilər. Məsələn, Azərb. çat, çatlamaq
ing.  chapped  (ç
əpt) “çatlamaq”, Azərb.  tappıltı,  tappıl-
damaq, ing. tap (t
əp) “tappıldamaq” və s. Bu cür misalların 
sa
yını daha da artırmaq mümkündür. Qədim türk dillərində 
çağ-çuğçak “səs” anlamını ifadə etmişdir (DLT, IV, 125). 
Çağır- və çığır- sözlərinin kökündə məhz *ça kök morfemi 
da
yanır.  Qədim türkcədəki çav “şan-şöhrət, səs” (DLT, IV, 
133), 
çavuş  “hərbi rütbə”  sözləri də  bu kökdəndir. Mü-
qayis
ə  edək:  Yenisey  yazılarında:  çab  “şayiə, xəbər, söh-
b
ət”,  sab  “söz” (116,  59),  qırğ.  çuu  “səs-küy”,  çır  “qışqı-
rıq”,  qaz.  şuv  “çığırtı”,  qəd.uyğ.  çav  “söhbət, danışıq”. 
B.M.Yunus
əliyev  Orxon  yazılarındakı  çab  “söhbət, danı-
şıq”  sözünün  *çap  kökündən yarandığını  göstərir (295, 
160). M.Kaşğari çağı sözünü “gurultu” mənasında izah edir 
(DLTT, IV, 90). Dem
əli, dilimizdəki çağır- feilinin də kö-
kü  buradandır.  B.Xəlilov  ça-  sinkretik kökünün “səs, səs-
küy, hay-
küy,  çığırtı,  bağırtı”  anlamlarında  olan  bir  qrup 
sözd
ə mühafizə olunduğunu göstərir (33, 36). Qədim qay-
naqlarda bu kökd
ən yaranmış çavıkmak feili “şöhrət qazan-
maq” m
ənasında  işlənmişdir:  er  çavıktı  “Adam  şöhrət sa-
hibi oldu” (DLTT, II, 117). Ümumiyy
ətlə, müxtəlifsistemli 
dill
ərdə  bəzi  ekspressivlik, emosionallıq  bildirən sözlərin 
fonetik v
ə  semantik cəhətdən  uyğunluğu  təsadüfi xarakter 
 
63 


BABA MƏHƏRRƏMLİ 
 
 
daşıya  bilər. Ancaq bu fikri müxtəlifsistemli dillərdə  olan 
bütün analoji sözl
ərə şamil etmək olmaz.  
Az
ərbaycan dilindəki  qax-  “vurmaq”  -  çax-  “çaxmaq” 
feill
ərinin eynimənşəliliyini səs simvolizminə əsasən izah et-
m
ək mümkündür.  Əlbəttə, bu cür sözlərin müxtəlif dillərdə 
zahiri b
ənzərliyi təsadüfi ola bilər. Lakin müxtəlifsistemli dil-
l
ərdə şaxələnmiş, derivasiyaya uğramış, yeni mənalar və bi-
çiml
ər qazanmış ortaq köklər var. Həmin köklər fərqli dillərin 
q
ədim abidələrində, etimoloji lüğətlərində əksini tapmışdır. 
S
əs təqlidi kök sözlərin əsas yaranma mənbələrindən 
biridir. M
əsələn, əksər qədim qaynaqlarda *ka- “bağlamaq, 
örtm
ək, qutu, qab” morfemi  işlənmişdir. Türk dillərinin 
ilkin m
ənbələrində  *ka-  morfemi müstəqil  şəkildə  qeydə 
alınmışdır  və  onu bərpa etməyə  heç bir ehtiyac yoxdur. 
B
əzi türk dillərində  bu  kökün  ilkin  forması  mühafizə 
edilmişdir:  dolq.  kaa  “qutu”  (СДР,  30).  Müqayisə  edək: 
q
əd.Mis.  gu  “qutu”  (EHie.D, 805).  Ancaq B.Budayev 
kalmık  dilindəki  kaa  “bağlamaq”, qədim monqol dilindəki 
xaqa 
“bağlamaq” sözlərinin kök morfeminin  *kava  “bağ-
lamaq” oldu
ğunu ehtimal edir  (128,  97). Əslində, türk dil-
l
ərinin ilkin yazılı qaynaqlarında bu kök morfem ka // qa biçi-
mind
ə işlənmişdir (ДТС, 399). Bu kökün arxetipinin ikihecalı 
formada b
ərpasının heç bir elmi əsası yoxdur. 
Az
ərbaycan  dilindəki  öküz, monqol dilindəki  uxer 
“öküz” sözl
ərinin səs təqlidindən formalaşmasını  buryat, 
monqol dill
ərindəki  üxer, qazax dilindəki  ökir-, türkmən 
dilind
əki öqir-, başqırd dilindəki üker- feillərinin “nərildə-
m
ək, böyürmək” mənasında işlənməsi sübut edir. B.M.Yu-
nus
əliyev bu sözlərin *ö-  kök morfemindən yarandığını 
göst
ərir (295, 161). Müqayisə edək: ing. ox “öküz”. 
 
64 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə