Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə18/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
cibliyini  t
əsdiqləyir. Q.E.Kornilovun imitativlik nəzəriy-
y
əsinə görə, ilkin kök söz deyil, imitativdir. Onun fikrincə, 
ilkin söz kökünü t
əşkil  edən səslər fonemlər deyil, ide-
ofonlar s
əviyyəsində  idi və  funksional  baxımdan  müasir 
söz funksiyasına uyğun gəlirdi. Vaxtilə ideofon səviyyəsin-
d
ə olan ilkin köklər hətta funksional baxımdan müasir dil-
d
əki cümlə  modelinə  uyğun olmuş,  yəni cümlənin funksi-
yasını yerinə yetirmişdir (183, 181).  
Müxt
əlifsistemli dillərdə analoji köklər təsadüfən uy-
ğunluq  təşkil  edə  bilər. Biz həmin  faktı  heç  də  inkar et-
mirik, ancaq s
əs təqlidi ilə yaranan elə kök morfemlər möv-
cuddur ki, bunu dil universalil
əri və ya insan təfəkkürünün 
eyni olması ilə bağlamaq düzgün deyil. Bu qrup sözlər pro-
todild
ə  səs təqlidindən  yaranmış  və  bu günümüzə  qədər 
g
əlib çıxmış kök sözlərdir ki, müxtəlif dillərdə fərqli fone-
tik v
ə semantik inkişafa məruz qalsalar da, ortaqlığı qoru-
muşdur.  Əslində,  ən qədim söz köklərinin mənşəyi məhz 
s
əs təqlidi ilə bağlıdır.  
Müxt
əlif dillərdəki qohum sözlərdə uyğun gələn mə-
naların tutuşdurulması ilkin mənanın deyil, sadəcə arxetipin 
fonetik biçiminin b
ərpası üçün əsas yaradır (176, 38). Yəni 
ilkin m
ənanın bərpası məsələsi çox nisbidir, amma səs uy-
ğunluqlarına görə ilkin fonetik formanın bərpası daha real-
dır.  Dünya  dillərində  ortaq  əlamətlər daha qədimliyi  əks 
etdirdiyi halda, f
ərqli cəhətlər sonrakı dövrün məhsulu kimi 
ortaya  çıxır.  Məsələn, türk dillərində  genetik qohumluğu 
t
əsbit edən kök sözlər anatürk dilinin ilkin söz bazası haq-
qında  təəssürat yaradırsa,  əksinə, fərqli leksik-semantik 
amill
ər  sonrakı  dövrün inkişafını  əks etdirir. Dünya dillə-
rind
ə ortaq leksikanın bir hissəsini əhatə edən və ən qədim 
 
59 


BABA MƏHƏRRƏMLİ 
 
 
söz qrupuna aid edil
ən qohumluq bildirən sözlərin də mən-
şəyi imitativlərlə bağlanır. Buna görə də, etimoloji təhlildə, 
araşdırmalarda səs təqlidi amilini nəzərə almaq lazımdır.  
S
əs simvolizmi nəzəriyyəsi  bir  sıra  ilkin  söz  kök-
l
ərinin yaranma səbəblərini izah etməyə imkan verir. Hətta 
q
ədim qaynaqlarda izini tapa bilmədiyimiz söz köklərinin 
əksəriyyətinin mənşəyini, əmələgəlmə prosesini səs təqlidi 
v
ə səs simvolizmi ilə izah etmək mümkündür. A.M.Qazov-
Qinzberqin (138), Q.E.Kornilovun (184) v
ə S.V.Voroninin 
(133) 
əsərlərində  səs təqlidinin  və  səs simvolizminin kök 
sözl
ərin yaranmasındakı  rolu  dərin elmi izahını  tapmışdır. 
Müxt
əlifsistemli dillərdə  oxşar  sözlərin bir qismi fərqli 
situasiyalarda yaranan eyni asso
siasiyanın  nəticəsində  ox-
şar vəziyyətləri əks etdirən köklər kimi bir-birindən asılı ol-
mayaraq for
malaşır. Məsələn, E.Z.Kajibəyov *qar- “lənət-
l
əmək” tipli  sözlərin müxtəlifsistemli dillərdə  işlənməsini 
(
ər.  qa:r  “lənət”, hind.-Avr.  *gar  “qışqırmaq”  və  s.) təsa-
düfi hal hesab edir v
ə səs təqlidi (imitativ) ilə müxtəlif dil-
l
ərdə  oxşar  sözlərin yaranmasının  bir-birindən  asılı  olma-
dığını qeyd edir.  Eyni zamanda E.Z.Kajibəyov araşdırma-
sında  təqlid  əsasında  yaranmış  nostratik  mənşəli sinkretik 
kökl
ərdən nümunələr təqdim edir (165, 220, 221). Görün-
düyü kimi, türkoloqun bu m
əsələyə münasibətində ziddiy-
y
ətli məqamlar özünü göstərir. Müqayisə edək: sam.-ham. 
*gar 
“acıqlı olmaq” (HSED, 203), şum. qir // qi // qe “əsə-
bi, acıqlı olmaq” (SL, 41).  
Dilçilikd
ə çox zaman bu ideya irəli sürülür ki, müx-
t
əlifsistemli dillərdə analoji sözlərin mövcudluğu səs təqlidi 
il
ə bağlıdır, buna görə də onların uyğunluğu təsadüfi xarak-
ter da
şıyır. Ancaq elə səs təqlidi ilə yaranan sözlər var ki, 
 
60 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
onlar haq
qında bu fikri söyləmək real səslənmir. Məsələn, 
qohumluq terminl
əri dünya dillərinin  ən qədim leksik la-
yına aiddir. Bu tipli köklər tipoloji cəhətdən fərqlənən dil-
l
ərdə  qorunan homogen sözlərdir. Dünya dillərinin homo-
genliyini söz s
əviyyəsində sübut edən leksik laylardan biri 
m
əhz qohumluq  terminləridir. Türk dillərində  işlənən söz 
kökl
ərinin, o cümlədən xalis leksik qat sayılan feillərin də 
bir qisminin m
ənşəyi məhz səs təqlidi ilə bağlıdır.  
Müxt
əlifsistemli dillərdə  oxşar  söz  köklərinin bir 
qismi ilkin dövrd
ə səs təqlidi əsasında yaranmış, sonradan 
is
ə həmin köklərin allomorfları müxtəlif dillərə yayılmışdır. 
S
əs təqlidindən yaranan  sözlərin fərqli statistikaları  möv-
cuddur. G.J.Ramstedt Altay dill
ərinin  əksəriyyətinin  lüğət 
fondunun onomatopoetik s
əciyyəli olduğunu qeyd edir. 
A.Yohanneson 2200 hind-Avropa söz kökünd
ən 530-nun 
s
əs təqlidindən yarandığını ehtimal edir. A.M.Qazov-Qinz-
berq sami dill
ərində 181 feil kökünün 115-nin səs təqlidin-
d
ən yarandığını, 26-nın isə səs təqlidindən yaranması ehti-
malının olduğunu göstərir (138, 130-131). Türk dillərindəki 
s
əs təqlidi ilə yaranan sözlərin bir çoxu monosillabik quru-
luşa  malikdir.  Araşdırmalarda  qazax dilində  2000-dən 
3000-
ə  qədər leksik vahidin səs təqlidi  əsasında forma-
laşdığı göstərilir. Qədim hind-Avropa dillərindəki 203 söz 
kökünün  50-d
ən çoxu səs təqlidi  əsasında  yaranmışdır. 
K.
Ş.Xusainovun qeydinə görə, səs təqlidindən formalaşmış 
CVC (samit+sait+samit) tipli t
əkhecalı sözlərin sayı qazax 
dilind
ə 200-dür (280, 159). Müxtəlifsistemli dillərdə bənzər 
söz kökl
ərinin səs təqlidi əsasında yaranması səs təqlidinin 
kök sözl
ərin təməl mənbələrindən biri olduğunu sübut edir. 
M
əsələn,  şum.  sub  //  su-ub  (SL, 22), protokor.  sup-u
 
61 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə