Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə17/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
moloji  araşdırmalarda səs keçidləri bəzən açar rolunu 
oynayır və sözün arxetipinin bərpasına kömək edir. 
Dilin  yazıyaqədərki vəziyyətini  əks etdirən protolek-
sik qata aid kök sözl
ərin arxetiplərini müəyyənləşdirmək 
üçün d
ərin etimoloji araşdırmalar, zəngin müqayisələr apar-
maq la
zımdır. Daxili  və xarici rekonstruksiya isə bir dilin 
v
ə  yaxud qohum dillərin faktlarının  müqayisəsi üzərində 
qurulur, ancaq nostratik kökl
ərin bərpası  müxtəlifsistemli 
dill
ərdəki analoji faktların müqayisəsi əsasında aparılır. Bu 
rekonstruksiyada uy
ğun  səs keçidlərinə  və  semantik prin-
sip
ə mühüm önəm verilir.  
Pra
formaların rekonstruksiyasında ilkin fonovariantın 
b
ərpası mühüm amildir. Bu məsələ ilə bağlı S.Əlizadə qeyd 
edir ki, ilkin fo
netik variantı düzgün tapıb-seçməkdən çox 
şey  asılıdır;  yəni  bu  iş,  başlanğıc  olmaq  etibarilə, türk 
dill
ərində onlarca iki və üçhecalı sözün hansı söz kökü üzə-
rind
ə nəşət tapdığını aydınlaşdırmağa zəmin yaradır. Lakin 
qeyd ed
ək ki, bəzən bir məfhumu bildirən fonetik variant-
lardan mütl
əq mənada ancaq biri yox, müvazi olaraq bir 
neç
əsi praforma hesab edilə  bilər; belə  “variant”lar tarixi 
inki
şafın qədim mərhələsində kök sözün qəbilə - tayfa dil-
l
ərinə  məxsus  şəkilləri kimi başa  düşülməlidir (24, 48). 
Bel
əliklə, türkoloji  araşdırmalarda  türk  dillərindəki söz 
kökl
ərinin çoxvariantlılığı  faktı  qədim dialekt fərqləri ilə 
izah olunur. Müqayis
ə  üçün qeyd edək ki, hind-Avropa 
dill
ərində  də  söz köklərindəki fonetik fərqlilik qədim dia-
lekt f
ərqləri  kimi  şərh edilir. Dünya dillərində  analoji, 
homogen söz kökl
əri protodilin  ən  arxaik  leksik  layının 
relikti kimi günümüz
ə  qədər qorunub saxlanan morfem-
l
ərdir. Qohum olmayan dillərdə homogen söz kökləri mor-
 
56 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
fonoloji v
ə semantik fərqlənmələrə məruz qalaraq min illər 
ərzində nə qədər dəyişsələr də, yenə də ilkin dilin (proto-
dilin) var
lığını  sübut  edir.  Aparılan  tədqiqatlarda qədim 
türk söz kökünün variativliyi, semantik diffuz
luğu,  sink-
retikliyi v
ə  kompleksliyi  xüsusi vurğulanır  (167, 96-97). 
Q
ədim söz köklərinin allomorfları  müxtəlif dillərdə  fərqli 
morfonoloji inki
şaf keçmiş, onlar həm mənalarını, həm də 
forma
larını dəyişmişdir. 
 Kök morfeml
ərin yaranması haqqındakı nəzəriyyələr-
d
ən birinin banisi S.S.Mayzeldir. O, sami dillərinin kök 
morfeml
ərini tədqiq edərək spontan kök yaranma hipoteza-
sını yaratmışdır. Spontan köklərin əmələgəlməsi fərziyyəsi 
kök variantlılığının şərhində ən riskli və radikal izah hesab 
edilir. Bu hipoteza kök variant
lılığına  əsaslanır  (193,  17). 
B.de Kurtene hind-Avropa dill
ərində  dilarxası  samitlərin 
dilönü samitl
ərə  keçməsi prosesinin spontan səs keçidləri 
il
ə bilavasitə bağlı olduğunu bildirir (189, 140). M.Əsgərov 
qeyd edir ki, t
ədqiqatçılar dilin ilkin yaranış mexanizmi ilə 
bağlı real faktlar olmaması səbəbindən ya tədqiqatçı təxəy-
yülün
ə, ya da analogiya prinsipinə əsaslanmışlar. Mövcud 
t
ədqiqatlar gerçəkliyi şübhə altına alsa belə, yalnız düzgün 
m
əntiqə  əsaslanmaqla dil və  ya nitqin ilk əvvəl  yalnız 
leksik formalardan ibar
ət olduğunu söyləmək mümkündür. 
Y
əni ulu əcdadlarımızın  nitqinin ilkin variantının  yalnız 
leksik vahidl
ərdən ibarət olması fikri heç bir şübhə doğur-
mama
lıdır (25, 114, 149). Türkologiyada ənənəvi fikrə gö-
r
ə, ilkin sözlər  sinkretik köklər, yəni ad-feil omonimliyi 
olan morfeml
ər  kimi təşəkkül  tapmışdır  (294, 20). Ancaq 
dünya dill
ərində  əvəzliklərin  homogenliyi faktı  onların  da 
kök sözl
ərə aid olması gümanını möhkəmləndirir. 
 
57 


BABA MƏHƏRRƏMLİ 
 
 
H
ər bir dilin ən qədim leksik layı onun kök morfem-
l
əridir. Kök sözlərin, ilkin morfemlərin  yaranması  prob-
l
eminin  şərhi ilk dilin  mənşəyi ilə  bağlı  məsələdir. Prob-
lemin ç
ətinliyi ondadır ki, ilk ulu dilə aid fikirlər fərziyyə-
l
ərə  əsaslanır,  çünki  ulu  dilə  aid  yazılı  faktlar  yoxdur. 
Aliml
ər yalnız məntiqin gücünə əsaslanıb fərqli fərziyyələr 
ir
əli sürürlər. Kök sözlərin  yaranması  haqqında  nəzəriy-
y
ələrdən biri səs simvolizmi nəzəriyyəsidir. Bu nəzəriyyəyə 
gör
ə, hər bir səs müəyyən bir semantika ifadə  edir. Səsin 
fonematik funksi
yası  və  fonosemantik qanunauyğunluqlar 
bu n
əzəriyyənin əsasını təşkil edir. Səs simvolizmi nəzəriy-
y
əsinə görə, səslərlə onların yaratdığı mənalar arasında əla-
q
ə  var. Səs assosiasiyası  ilkin  səslərin semantik yükünün 

əyyənləşməsində mühüm amil olmuşdur.  
 Nidalar n
əzəriyyəsinə  görə, ilkin sözlər, ilkin dil 
insanın  ətraf aləmə  qarşı  qeyri-ixtiyari müxtəlif emosiya-
larını  ifadə  edən  səslərin  çıxarılması  nəticəsində  təşəkkül 
tap
mışdır  (254,  3). Səs təqlidi, yəni imitativlik nəzəriyyə-
sin
ə görə, dil insanın təbiətdəki səsləri təqlid etməklə çıxar-
dığı səslər əsasında yaranmışdır. Demokrit, Platon, V.Ley-
bnis, V.fon Humbolt, D.Herdar, D.Uitni bu n
əzəriyyəyə 
t
ərəfdar çıxmışlar. Bu nəzəriyyə iki müddəaya əsaslanır: 1) 
Dild
ə ilk sözlər səs yamsılamaları olmuşdur; 2) Sözdə səs-
l
ənmə rəmzidir, şeylər müvafiq mənaya malikdir (75, 256). 
Türkologiyada söz kökü haqq
ında  olan  nəzəri fikir-
l
ərdən  ən önəmlisi  çuvaş  türkoloqu Q.E.Kornilovun ideo-
fon n
əzəriyyəsidir. Etimoloji  araşdırmalarda səs təqlidi 
faktının elmi əsaslara söykənmədiyini iddia edən təqdiqat-
çılardan fərqli olaraq, Q.E.Kornilovun araşdırması səs təq-
lidi amili
nin etimoloji  araşdırmada nəzərə alınmasının va-
 
58 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə