Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə13/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   9   10   11   12   13   14   15   16   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
Amorfluq m
ərhələsində məhz korrelyativ söz kökləri daha 
çox möv
cud  olmuşdur.  Təsadüfi  deyil  ki,  A.Şleyxer  kök 
sözlü dill
əri inkişafın başlanğıcı adlandırırdı (46, 82). Mü-
asir  türk dill
ərində  mühafizə  edilən  təkhecalı  köklərin bir 
qismi h
əmin amorfluq dönəminin izlərini  yaşadır.  Bu  ba-
xımdan, tarixən amorf quruluşa  malik  türk dillərinin dün-
yanın  ən qədim dillərindən olması  qənaəti daha inan-
dırıcıdır. Dilçilikdə belə bir ümumi, ənənəvi fikir mövcud-
dur ki, dünya dill
əri amorfluqdan iltisaqiliyə, iltisaqilikdən 
flektivliy
ə doğru inkişaf yolu keçmişdir. Türk dilləri iltisaqi 
quru
luşa  malik  olsalar  da,  onlarda fleksiya əlamətləri  də 
var. H
əmin əlamətlər dünya dillərinin tipoloji cəhətdən də 
birliyini, monogenezliyini sübut edir. Tarix
ən türk dilləri-
nin müxt
əlif ləhcələrinin yaranması  və  tədricən onlar ara-
sında diferensiallığın  güclənməsi kök sözlərdə  fonetik və 
seman
tik  inkişafı  sürətləndirmişdir.  Müasir türk dillərində 
eyni söz kökl
ərində fərqli fonetik və semantik variantların 
mövcud
luğu bunu təsdiq edir.  
Son dövrl
ərdə dünya dilçiliyində kök morfemlərin qo-
hum olmayan dig
ər dillərin faktlarına əsasən praformalarının 
b
ərpa edilməsi istiqamətində  də  tədqiqat  işləri aparılır.  Bu 
is
ə rekonstruksiyanın miqyasını genişləndirir, müqayisəli-ta-
rixi metodun s
ərhədindən kənara çıxır. Müasir dilçilikdə xa-
rici rekonstruksiya metodunun s
ərhədlərinin genişləndiril-
m
əsi daha dəqiq elmi nəticələrə gəlməyə imkan verir. Bəzi 
türkoloqlar türk dill
ərinin digər Altay dilləri ilə qohumluğu-
nu inkar edib, mövcud paralellikl
əri dil əlaqələrinin nəticəsi 
kimi t
əqdim etsələr də, əslində, bu, genetik bağlılıqdır. 
Dünya dill
ərində  analogiyaların,  paralelliklərin möv-
cudluğunu heç kim inkar edə bilməz. Tədqiqatlar sübut edir 
 
44 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
ki, h
ətta qohum olmayan dillərin morfonologiyasında özü-
nü göst
ərən tipoloji hadisələrin müqayisəsi, xüsusilə  kon-
takt n
əticəsində  ortaya  çıxan  paralellər morfoloji rekons-
truksiyada g
ərəkli vasitəyə çevrilir. Müxtəlifsistemli dillərin 
morfonologiyasındakı paralelliklər təsadüfi oxşarlıq olsa belə, 
yen
ə tipoloji baxımdan müqayisə oluna bilər (19, 28). 
Türkologiyada etimoloji t
ədqiqatlar elmi-nəzəri cə-
h
ətdən  əsaslandırılma  baxımından hind-Avropa dilçiliyin-
d
ən bir qədər geri qalır. Hind-Avropa dilçiliyində ilkin söz 
kökl
ərinin  kompleks  şəkildə  araşdırılması  daha  əhatəli və 
mük
əmməldir. Həm nəzəri, həm də  praktiki baxımdan 
hind-Avropa dilçiliyind
ə  kök sözlər fundamental  şəkildə 
öyr
ənilmiş, bu mövzuda müxtəlif nəzəriyyələr irəli sürül-
müşdür. Müqayisəli-tarixi metodun məhdud cəhətləri re-
kons
truksiyanın  geniş  miqyasda  aparılmasına  imkan ver-
m
əmişdir. Son dövrlərdə  aparılan tipoloji müqayisələr 
rekonstruksiyan
ın elmi cəhətdən daha dəqiq və real olma-
sına kömək edir. Dilçilikdə tipoloji rekonstruksiya məhz bu 
z
ərurətdən yaranmışdır (228, 152, 157). 
Türk dill
ərində hətta ən saf nitq hissəsi sayılan təkhe-
calı feil köklərinin qohum olmayan dillərdə analoji paralel-
l
əri mövcuddur. Fikrimizcə, türk dilləri ilə qeyri-türk dillə-
rinin analoji kökl
ərinin müqayisəsi etimoloji təhlil üçün ki-
fay
ət qədər zəngin material verə bilər. Təəssüf ki, müqayi-
s
əli-tarixi metodun prinsiplərinə  əsaslanan türkoloqlar qo-
hum dill
ər sərhədindən kənara çıxmağa çox zaman səy et-
m
əmiş  və  ya qohum olmayan dillərdəki  analoji  faktları 
leksik paralellikl
ər səviyyəsində izah etmişlər. Türk dilləri-
nin kök sözl
ərini  ən  azından  Ural-Altay dillərinin analoji 
faktla
rı ilə tutuşdurduqda, müqayisə etdikdə ilkin praforma, 
 
45 


BABA MƏHƏRRƏMLİ 
 
 
arxetip haq
qında təsəvvür yaranır. Sovet dövründə müqayi-
s
əli-tarixi metoda əsaslanan  türkoloqların  əksəriyyəti 
rekonstruksiya m
əsələlərində ancaq qohum dillərin materi-
alla
rından istifadə edirdilər. Qohum olmayan dillərdəki ox-
şar paralel faktların mövcudluğu dillərarası kontaktların nə-
tic
əsi ilə izah edilirdi. Vaxtilə F.de Sössür yazırdı: “Müqa-
yis
əli qrammatikanın əsas səhvi onda idi ki, tədqiqatlarını 
yal
nız  hind-Avropa dilləri ilə  məhdudlaşdırırdı...Halbuki 
müqayis
ə  tarixi həqiqəti müəyyən etmək  üçün  lazım  olan 
şəraiti yaradır (70, 56). Dünya dillərindəki leksik paralellik-
l
ərin bir qismi alınma kimi şərh edilsə də, digər bir qismi 
q
ədim genetik  əlaqədən xəbər verir. Yəni türk dilləri ilə 
qeyri-türk dill
əri arasındakı  ortaq  söz  kökləri  ən qədim 
dövrün müasir dill
ərdə qorunan izləridir. Söz köklərindəki 
semantik v
ə  fonoloji  uyğunluqlarla rekonstruksiyanın  sər-
h
ədini daha da geniş arealda aparmaq mümkündür. 
Dilçiliyimizd
ə Azərbaycan dilinin kök morfemləri, əsa-
s
ən, ölü xett,  xatt, şumer, akkad, urartu dillərinin sözləri  ilə 
müqayis
əyə cəlb edilmişdir (48, 128-137; 49, 100-105; 50, 5-
24; 19,  39-40;  27,  25-34). B
əzi  dilçilər həmin oxşarlıqları 
paralellik s
əviyyəsində izah edir, bəziləri isə həmin analogi-
ya
ları  genetik  qohumluğun  nəticəsi  kimi  şərh edirlər. Türk 
dill
ərinin tarixinə Altay və ya Ural-Altay dilləri kontekstindən 
deyil, bütövlükd
ə dünya dilləri kontekstindən yanaşmaq daha 
düzgündür, çünki dünya dill
ərinin mənşəyi birdir. 
V.Aslanov qeyd edir ki, türk dill
ərində yüzlərlə təkhe-
calı  söz  göstərmək  olar  ki,  tarixi  baxımdan  onlar  törəmə, 
düz
əltmə sözlərdir (12, II, 63). Biz də bu fikrin tərəfdarıyıq 
ki, bütün t
əkhecalı  sözləri kök morfemlərə  aid etmək ol-
maz. Prototürk m
ərhələsində  ən qədim kök morfemlərdən 
 
46 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə