Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
dövrü üçün monosillabiklik, sinkretiklik, nisb
ətən sonralar 
omonimlik 
əsas qrammatik əlamətlər olmuşdur. Alim mü-
əyyən  etmişdir  ki,  feillər tarixən  sait, samit+sait, sait+ 
samit qu
ruluşlu köklərdən təşəkkül tapmışdır (33, 7). 
Ənənəvi olaraq dilçilikdə fonosemantika termini səsin 
yaratdığı assosiasiya ilə onun bildirdiyi semantika arasında 
bağlılığı  ifadə  edir. Ancaq Azərbaycan dilçiliyində 
B.B.Əhmədov (20), B.Xəlilov  (33) və  E.İnancın  (37) təd-
qiqatlarında  fonosemantika  termini söz köklərindəki fono-
loji v
ə semantik diferensiallaşmanı, ilkin söz yaradıcılığını 
ifad
ə  edir. Bizim  araşdırmamızda  da  bu termin söz kök-
l
ərinin morfonoloji inkişafı mənasında işlədilmişdir.  
B.A.Əhmədov tərəfindən 1999-cu ildə  “Azərbaycan 
dili
nin qısa etimoloji lüğəti” tərtib olunsa da, bu lüğət  səthi 
xarakterlidir. H
əmin  lüğətdə  verilən etimoloji təhlillər bə-
sitdir, bir çox izahlar elmi h
əqiqəti  əks etdirmir. Həcmcə 
kiçik olan bu lüğətdə türk mənşəli deyil, alınma sözlər daha 
çox  yer  almışdır.  Lüğətdə  verilən etimoloji izahlarda səs 
keçidl
əri  faktları  nəzərə  alınmamış,  türk  dillərinin zəngin 
fakt
larından  məhdud  şəkildə  istifadə  edilmiş,  etimoloji 
şərhlərin əksəriyyəti yanlış mülahizələr üzərində qurulmuş-
dur (ADQEL, 3-366). Ancaq ilk t
əşəbbüslərdən biri kimi 
B.A.Əhmədovun bu cəhdi təqdir edilməlidir. 
 
31 


BABA MƏHƏRRƏMLİ 
 
 
I FƏSİL 
 
TÜRKOLOGİYADA  REKONSTRUKSİYA 
MƏSƏLƏLƏRİ 
 
İndiyə  qədər türk dillərinin kök morfemləri ilə  bağlı 
müxt
əlif tədqiqatlar aparılsa da, bir çox  məsələlər hələ də 
tam elmi h
əllini  tapmamışdır.  İlk  söz  köklərinin fonetik 
strukturu m
əsələsi türkologiyanın əsas problemlərindən bi-
ridir. Q
ədim kök sözlərdə karlaşmanın və ya cingiltiləşmə-
nin birinciliyi mübahis
əlidir.  Açıq  yoxsa  qapalı  hecaların 
ilkinliyi m
əsələsi ziddiyyətli fikirlərlə  izah olunur. Türk 
dill
ərində təkhecalı sözlərin çoxunun mənşəyi müəyyənləş-
dirilm
əmişdir.  Bu  baxımdan,  türk  dillərindəki kök mor-
feml
ər  haqqında “yeni söz” deməyə ehtiyac var. 
B
əzi hallarda kök və əsas terminləri qarışdırılır və ya 
eynil
əşdirilir. Kök termininin dilçilikdə  işlədilməsinin ta-
rixi çox q
ədimdir. Hələ qədim hind dilçiliyində sözün tərki-
bind
ə kök fərqləndirilirdi. XI əsrdə yəhudi dilçisi İ.Qanbax, 
XVI 
əsrdə fransız dilçisi A.Etyen söz kökünün fərqləndir-
m
ə prinsipini irəli sürmüşlər (2,143). 
Dilçilikd
ə kök və əsas məsələsinə münasibət, kök an-
layışına baxış müxtəlifdir. Məsələn, A.A.Beletski yazır ki, 

k sırf fonetik anlayışdır (118, 23). G.J.Ramstedt göstərir 
ki, Altay dill
ərində  əsas və  kök  arasındakı  əlaqə  hind-
Avropa dill
ərində  olduğu  kimidir  (239,  43). Halbuki əsas 
v
ə kök terminləri türkologiyada gah fərqləndirilmiş, gah da 
onların arasında heç bir fərq qoyulmamışdır.  
Bu ziddiyy
ətli münasibət isə sözün strukturu haqqında 
olan fikirl
ərdə  qeyri-müəyyənlik  yaratmışdır.  Türkologi-
 
32 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
yada A.T.Kaydarov, 
A.M.Şerbak, A.N.Kononov, K.M.Mu-
sayev, N.A.Baskakov, N.K.Dmitriyev v
ə  B.M.Yunusəli-
yevin  araşdırmalarında  kök  və  əsas mövzusundan bəhs 
edil
mişdir.  A.T.Kaydarov  yazır  ki,  türk  dillərinə  məxsus 
olan kök –  h
əmişə  fono-morfo-semantik dəyişikliyə  uğra-
yaraq aqlütinativ istiqam
ətdə inkişaf keçmiş qədim və tarixi 
dil vahididir. Söz 
əgər tək hecadan ibarətdirsə, ilk köklərə 
d
ə uyğun gələ bilər. Qalan hallarda isə türk söz kökü dilin 
düz
əltmə, törəmə vahidi kimi statik vəziyyəti, söz isə dina-
mikliyi 
əks etdirir (171, 34). 
B.M.Yunus
əliyev  qeyd  edir  ki,  kök  anlayışına  dəyi-
şilməz bir anlayış kimi baxmaq düzgün deyil, o dəyişilir və 
inkişaf edir (295, 96). Deməli, B.M.Yunusəliyev kök məf-
humuna  diaxronik aspektd
ən  yanaşmışdır.  N.K.Dmitriyev 
kök v
ə əsas terminlərini paralel şəkildə verir və onları fərq-
l
əndirməyərək, başqırd dilində olan sözləri iki hissəyə ayı-
rır:  əsas (kök) və  affiks  (149, 43). K.M.Musayev göstərir 
ki, türkologiya
dakı kök anlayışı hind-Avropa dilçiliyindəki 
kök terminind
ən əsaslı şəkildə fərqlənir. Yəni kök anlayışı-
nın hind-Avropa dilçiliyindəki ifadəsi türkologiyada qəbul 
edilmir (221,  84). Türk dill
ərində 2 tip kök var: 1) müasir 
türk dill
ərində və qədim yazılı abidələrdə real mövcud olan 
v
ə  hər hansı  bir  mənası  olan  kök;  2)  etimoloji cəhətdən 
rekonstruksiya edil
ən kök. 
A.M.Şerbak türk dillərində olan sözlərin strukturunun 
öyr
ənilməsində “əsas” və “kök”, “suffiks” və “şəkilçi” an-
la
yışlarının düzgün fərqləndirilməsini mühüm məsələlərdən 
bi
ri hesab edir. Türkoloq yazır ki, türk dillərinin sözləri iki 
struktur element
ə ayrılır: köklə uyğun gələn, üst-üstə düşən 
əsas və  affiks və  ya affikslər  (288,  268). Azərbaycan  və 
 
33 


BABA MƏHƏRRƏMLİ 
 
 
türk dilçiliyind
ə əsas termini ilə paralel gövdə terminindən 
d
ə  istifadə  edilir. Dilçiliyimizdə  kökə  verilən  ənənəvi 
t
ərifdə  türk dillərinin müasir iltisaqiliyi nəzərə  alınmışdır. 
Y
əni sözün dəyişməyən hissəsinin kök adlandırılması 
iltisaqi qu
ruluşun hazırkı xarakterindən irəli gəlir. E.Z.Kaji-
b
əyov  təsdiq edir ki, türk dillərində  sözün kökü digər 
strukturlu dill
ərdə olan söz köklərindən tamamilə fərqlənir. 
Bu f
ərq ondadır ki, türk dillərində kök cümlədə və ya söz 
birl
əşməsi tərkibində  müstəqil  leksik məna ifadə  edir, 
qrammatik formaya malik olur, leksem
ə  münasibətdə  mü-
əyyən leksik-qrammatik kateqoriya kimi çıxış edir. E.Z.Ka-
jib
əyov tədqiqatlarında “sözün kökü və ya “bölünməz əsas” 
terminl
ərindən istifadə  edir  və  onları  paralel  işlədir (165, 
5). A.Axundov qeyd edir ki, b
əzi tədris kitablarında  kökə 
veril
ən tərif,  əslində, aqlütinativ dillərin təbiətinə  uyğun 
deyil, çünki sözün d
əyişilməyən hissəsinin kök adlandırıl-
ması flektiv dillərə uyğundur. Müəllif göstərir ki, başqa dil 
tipi  üçün  doğru  olan  həmin tərif aqlütinativ dillərə  kor-
koran
ə tətbiq edilmişdir (9, 184). 
N.A.Baskakov türk dill
ərində  işlənən sözlərin mor-
foloji strukturundan dan
ışarkən göstərir  ki, türk dillərində 
sözün kökü ilkin, q
ədim forma kimi də, düzəltmə söz kimi 
d
ə mövcud ola bilər. Kökdən və şəkilçidən ibarət olan ilkin 
əsas leksik-qrammatik sözyaratma vasitəsi kimi konkret 
leksik m
ənanı müəyyən edir, həmçinin dinamik və ya statik 
kateqoriya kimi ad v
ə ya feil vəzifəsində olur. Beləliklə, sö-
zün ilkin 
əsası  sözün  kökü  ilə  uyğun  gəlir (110,  81). 
N.A.Baskakov “Noqay dili v
ə  onun dialektləri”  əsərində 
kök v
ə  əsas terminlərini paralel  işlədir. O qeyd edir ki, 
tarixi ba
xımdan, affikslər bütöv bir kök-əsasdan (hansı ki, 
 
34 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə