Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə10/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
vaxtil
ə  müəyyən  semantika  daşımışdır)  fonetik  trans-
formasiya n
əticəsində yaranmışdır. Tədqiqatçı nüvə-kök və 
kök-
əsas terminləri  işlədir və  onları  fərqləndirir (107,  42-
51). Dem
əli, N.A.Baskakov əsas deyərkən, tarixi-etimoloji 
c
əhətdən düzəltmə  sözləri nəzərdə  tutmuşdur. L.A.Pok-
rovskaya diax
ronik baxımdan tərkib hissələrinə ayrıla bilən 
çoxhec
alı sözləri əsas adlandırır (234, 43). Nəzərə alaq ki, 
flektiv dill
ərdə əsas termini məhz ona görə işlənir ki, həmin 
dill
ərdə kök adlanan hissə ilə əsas adlanan hissələr arasında 
k
əskin fərqlər mövcuddur. O zaman türk dilləri üçün həmin 
formulun (kök+
əsas+şəkilçi) tətbiqi yolverilməzdir. 
Y.Seyidov yazır ki, sözün əsası sözün kökü üzərində 
formalaşır. Sözün əsası sözün mənalı hissəsi hesab olunur. 
Kökd
ən fərqli olaraq, sözün əsası həmişə dəyişməyə meyil-
lidir. Türk dill
ərində  köklə  əsas birləşmiş  şəkildə  özünü 
göst
ərir. Madam ki, belədir, onda bu terminlərdən birinə 
ehtiyac qal
mır (67, 42). Müəllif müasir türk dillərində kök 
v
ə əsas fərqindən də bəhs edərək, tarixən düzəltmə sözlərin 
kök v
ə əsasdan ibarət olması fikrini qəbul edir. Yəni belə 
n
əticə alınır ki, Y.Seyidov türk dilçiliyində əsas anlayışını 
diaxronik ba
xımından qəbul edir, müasir dil baxımından isə 
q
əbul etmir. Dilçilik  ədəbiyyatlarında  işlənən “düzəltmə 
əsas” məsələsinə  də  münasibət bildirən müəllif qeyd edir 
ki, sözün 
əsası  sözün  kökü  əsasında  formalaşdığından,  bu 
əsasın ilkinidir və bu halda ona düzəltmə demək həqiqətə 
uyğun deyil. Bundan sonra sözün əsasının yox, sözün özü-
nün f
əaliyyəti başlanır. Əsasdan yeni söz yox, sözdən yeni 
söz v
ə sözlər düzəlir. Bu baxımdan, düzəltmə əsasdan yox, 
düz
əltmə sözdən bəhs etmək olar (67,  36). B.Xəlilov əsas 
dey
ərkən ilkin kökləri nəzərdə tutur (33, 4).  
 
35 


BABA MƏHƏRRƏMLİ 
 
 
Hind-Avropa dill
ərində  sözün kök adlandırılan  kom-
ponenti morfoloji c
əhətdən  tamlıq  təşkil  edir,  lakin  müs-
t
əqil semantikaya malik olmur. Həmin dillərdə  əsas adla-
nan hiss
ə  isə  tez-tez morfoloji dəyişikliklərə  məruz  qalır, 
h
ər hansı bir məna bildirir. Əgər türk dillərində köklə sözün 
paralelliyi mövcuddursa, hind-Avropa dill
ərində bunu gör-
m
ək mümkün deyil.  
Az
ərbaycan dilçiliyində  bəzən  əsas  yerinə  işlədilən 
gövd
ə termini (19, 154; 33, 16-17) daha münasib termindir. 
Əsas termini  türkologiyaya  hind-Avropa dilçiliyindən gə-
tiril
mişdir.  Fikrimizcə, bu terminin türkologiyada  işlədil-
m
əsi  “uğurlu”  alınmamış,  müəyyən fikir ziddiyyətlərinə 
s
əbəb olmuşdur. Türk dillərində  sözün kökü məna kəsb 
edir, müst
əqil işlənə bilir, söz yaradıcılığı prosesində baza 
rolu
nu oynayır. Biz “əsas” termininin türk dilçiliyində sin-
xronik ba
xımdan işlənilməsini məqbul hesab etmirik. Hind-
Avropa dill
ərində  sözün kökü əksər  halda heç bir məna 
k
əsb etmir, yalnız əsas halında onun leksik mənası anlaşılır. 
Buna gör
ə  də  həmin dillərdə  kök,  əsas və  şəkilçi sözün 
morfoloji strukturunun komponentl
əri kimi çıxış edir. Türk 
dill
ərində isə sözün morfoloji strukturu belə deyil. Məhz bu 
baxımdan, müasir türk dillərində sözlərin kök və əsas kimi 
t
ərkib hissələrinə  ayrılması  düzgün  deyil.  Türk  dillərində 
kök v
ə  şəkilçi terminlərinin  işlədilməsi  bəs edir ki, sözün 
morfoloji strukturu izah olunsun. Bizim q
ənaətimizcə, əsas 
termininin ancaq eti
moloji  araşdırmalarda  işlədilməsi mü-
nasibdir, y
əni biz bu termindən tam imtina edilməsinin 
t
ərəfdarı deyilik. Ancaq həmin terminin məqamında işlədil-
m
əsinin tərəfdarıyıq.  Etimoloji  əsas deyərkən türk söz 
 
36 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
kökünün morfoloji in
kişafını  tarixi  baxımdan  əks etdirən 
termin n
əzərdə tutulmalıdır. 
Protodilin söz kökl
əri üçün universal səciyyə daşıyan 
çoxvariantlılıq, omonimlik, amorfluq, sinkretiklik ilkin türk 
söz kökl
əri üçün də səciyyəvidir. Qədim türk söz köklərinin 
forma
laşma  və  inkişaf  mərhələləri polisintetik formaların 
parçalan
ması,  şəkilçiləşməyə  doğru  meyillənmə  prosesləri 
il
ə  sıx  bağlıdır.  Tarixən türk dillərində  təkhecalı  köklərin 
əksəriyyəti kök+şəkilçi fuziallaşmasına məruz qalmışdır. 
Dünya dilçiliyind
ə praformaların ilkin strukturu məsə-
l
əsi həmişə fərqli mövqelərdən şərh edilmişdir. Dil faktları 
yazılı  qaynaqlara  əsaslandığına  görə  dilçilərin fikirləri 
b
əzən  maddi  sübut  olmadığından  ancaq fərziyyə  səviyyə-
sind
ə  qalır,  çünki  problem  daha  qədim  –  yazıyaqədərki 
dövrl
ə bağlıdır. Türk dillərinin ilk yazılı mənbələri Orxon-
Yenisey abid
ələri  olduğundan  türkoloqların  bu sahədəki 
t
ədqiqatları 1500 illik tarixi əhatə edir. 
 H
ər bir dildə  ən qədim morfemlər isim, feil və 
əvəzlik kökləridir. Dünya dilçiliyində ilkin söz qatının han-
sı nitq hissələrindən ibarət olması məsələsi hələ də müba-
his
əlidir.  Dilçilər  arasında  isimlərin və  yaxud da feillərin 
ilkinliyi  haqqında  fərqli fikirlər var. F.Boppun fikrincə, 
hind-Avropa dill
ərində ilk yaranan təkhecalı köklər iki yerə 
bölünür: 1) feil kökl
əri; 2) əvəzlik kökləri. Birincilərdən 
feill
ər və  adlar (yəni isimlər və  sifətlər); ikincilərdən isə 
əvəzliklər və  bütün ilkin önlüklər,  bağlayıcılar  və  ədatlar 
yaran
mışdır  (9, 25).  V.Pizani qeyd edir  ki, dildəki kök 
sözl
ər ad və  feillərə  bölünür (236,  112). M.Miller ilkin 
sözl
ərin feillər olduğunu ehtimal edir. O, hind-Avropa 
dill
ərinin  faktlarına  əsaslanaraq həmin fikri  irəli  sürür. 
 
37 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə