Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə15/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
E.V.Sevorty
anın, sonradan isə L.S.Levitskayanın rəhbərliyi 
il
ə  nəşr  edilən 7 cildlik “Türk dillərinin etimoloji  lüğəti” 
(ЭСТЯ)  öz mükəmməlliyi ilə  seçilir.  Bu  lüğətin önəmli 
t
ərəfi odur ki, lüğətdə,  əsasən,  ümumtürk  leksikası  əhatə 
olun
muşdur. Ancaq burada da bəzi türk sözlərinin kökü yad 
dill
ərlə  əlaqələndirilir, türk mənşəli sözlərin genezisi çin, 
monqol v
ə ya İran dilləri ilə bağlanır. Bu lüğətdə ayrı-ayrı 
türk dill
ərinin spesifik leksikası tam əhatə edilməmişdir. 
T
əəssüflə  qeyd edirik ki, Azərbaycan uzun müddət 
türkologiyanın  mərkəzi hesab olunsa da, Azərbaycan di-
linin  kompleks  etimoloji  lüğəti  hazırlanmamışdır,  halbuki 
buna böyük ehtiyac var. Etimologiya dilin tarixi keç
mişini, 
q
ədimliyini, qədim dil əlaqələrini üzə çıxardır. Hər bir türk 
xalqının  işlətdiyi sözün tarixi həmin  xalqın  özünün tari-
xidir. Az
ərbaycan  dilinin  etimoloji  lüğətinin  hazırlanması 
h
əm də strateji məsələdir. 
H
ələ  XIX  əsrin  ikinci  yarısında A.Vamberinin  yaz-
dığı  türk dillərinin ilk etimoloji lüğətində söz kökləri oxşar 
fonovariantlarla t
əqdim olunmuşdur (EWTTS, 20-228). Bu 
c
əhət həmin lüğətin ən müsbət tərəflərindəndir. V.Q.Yeqo-
rovun t
ərtib etdiyi “Çuvaş dilinin etimoloji  lüğəti”ndə  çu-
vaş  dilinin kök sözlərinin dərin etimoloji təhlili  əvəzinə, 
şərh edilən sözün müxtəlif türk dillərindəki fonetik vari-
antları və mənaları verilir (ЭСЧЯ,  20-355). 
G.Klausonun “XIII 
əsrəqədərki türk dillərinin etimo-
loji lüğəti” türk dillərinin orta əsrlərə aid geniş dil mənzərə-
sini t
əqdim edir (GC, 30-900). Lüğətin üstün cəhətlərindən 
biri veril
ən sözlərin kökünün qədim türk qaynaqlarına əsa-
s
ən müəyyənləşdirilməsidir. Həmin  lüğət zəngin dil fakt-
 
50 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
larına  görə  çox qiymətlidir.  Bu  lüğətin  müsbət cəhətlə-
rind
ən də biri orada bəzi ölü söz köklərinin verilməsidir. 
Bir çox  etimoloji t
ədqiqatlarda  monqol dillərinin türk 
dill
ərindən daha qədim olduğu iddia edilərək, monqol və türk 
dill
ərindəki ortaq sözlərin rekonstruksiyası  zamanı  monqol 
dilind
əki faktlara üstünlük verilir. Moskvada nəşr  edilən 7 
cildlik “Türk dill
ərinin  etimoloji  lüğəti”ndə  bu cür iddialar 
onlarladır.  Yəni türk və  monqol dillərindəki ortaq sözləri, 
analoji lekseml
əri, dil paralellərini ya türk, ya da monqol 
alınması kimi izah etmək tarixilik və genetiklik baxımından 
düzgün deyil, çünki bu dill
ərin ən azı iki min illik əlaqəsi var 
v
ə onlar bir kökdən olduğuna görə ortaq leksik laya malikdir. 
Müasir türkoloji t
ədqiqatlar  dünya dilçiliyinin son 
nailiyy
ətlərinin, yeni metodlarının tətbiqinə əsaslanmalıdır. 
Fikrimizc
ə, türk dillərinin  etimoloji  araşdırmalarında  vax-
til
ə F.de Sössür tərəfindən yaradılmış larinqal nəzəriyyədən 
daha çox istifad
ə olunmalıdır. Bu nəzəriyyəyə görə, tarixən 
dilarxası  samitlərin dilönü  samitlərə  keçidi  baş  vermişdir. 
Qrimm qanunu da bu ideyanı dəstəkləyir (302). Doğrudur, 
bu n
əzəriyyələr  daha çox hind-Avropa dillərinə  aid edilir. 
Ancaq türk dill
ərində də həmin nəzəriyyələrin tətbiqi yeni 
dil fakt
larının aşkarlanmasına səbəb ola bilər. Azərbaycan 
dilçiliyind
ə F.Ağasıoğlunun bu istiqamətdəki araşdırmaları 
(3,  213-216) t
əqdirəlayiqdir.  Bəzi türk dillərinə  aid  qısa 
etimoloji lüğətlər nəşr edilsə də, bu lüğətlərdə həmin türk 
dill
ərinin  əsas söz bazası  öz  əksini tapmamışdır.  A.Məm-
m
ədovun fikrincə, etimoloji təhlil nə qədər daha dərin qat-
ları  əhatə  etsə, etimonun kökü və  strukturu haqqında 
t
əsəvvür bir o qədər effektli və real olacaq (206, 14). Ancaq 
 
51 


BABA MƏHƏRRƏMLİ 
 
 
türk dill
ərinə  aid  ayrı-ayrı  etimoloji  lüğətlərdəki təhlillər 
dilin d
ərin qatlarını əhatə edə bilməmişdir. 
Dilçilikd
ə  söz köklərinin mənşəyi məsələsi ilə  bağlı 
fikirl
ərdə subyektiv baxışların olması təbii haldır. Bəzən bi-
z
ə  milli mənşəli kimi görünən söz kökləri bir çox alimlər 
t
ərəfindən  alınma  hesab  edilir. Məsələn,  V.V.İvanov  türk 
dill
ərində ən qədim feillərdən biri sayılan yap- feilinin toxar 
dilind
əki  up-  “etmək” feilindən  alındığını  iddia edir. O, 
q
ədim Anadolu dillərinə  aid toxar dilində  ya-, luv dilində 
aya, xett dilind
ə iya- “etmək” köklərinin homogen olduğunu 
göst
ərir (159, 261). Nostratik istiqamətli araşdırmalar da xa-
lis türk m
ənşəli hesab edilən sözlərin çoxunun ortaq, vahid 
protodil
ə  məxsusluğunu  sübut  edir.  Ümumiyyətlə, ölü dil-
l
ərdəki faktlarla türk dillərindəki söz köklərinin müqayisəsi 
dil tarixi üçün z
əngin material verir. Türkologiyada aparılan 
eti
moloji araşdırmalarda bəzən məlumat qıtlığı dəqiq nəticə-
l
ər  əldə  etməyə  imkan vermir. Məsələn, Azərbaycan dilin-
d
əki  damcı, türk dilindəki  damla,  çuvaş  dilindəki  tamla 
sözünün kökü müasir monqol dilind
ə  tam  formasındadır. 
İndi də Azərbaycan dlində dam- feili müstəqil morfem kimi 
işlənir, halbuki B.M.Yunusəliyev bu kökün məhz monqol 
dilind
ə mühafizə olunduğunu iddia etmişdir (295, 75). 
Tarix
ən baş verən səs keçidlərinin fonoloji mahiyyə-
tini düzgün d
əyərləndirmək üçün yazılı qaynaqlardan başla-
yaraq günümüz
ə qədər inkişaf yolu keçmiş sözlərin etimo-
loji t
əhlilini aparmaq lazımdır. Türk dillərinin kök sözlərini 
dünya dill
ərinin ortaq söz köklərində  baş  verən proseslər-
d
ən kənarda araşdırmaq lazımı nəticə vermir, çünki dünya 
dill
ərində ortaq söz kökləri mövcuddur. Buna görə də türk 
dill
ərinin kök leksik layının  morfoloji, fonosemantik inki-
 
52 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə