Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
material
larına  əsasən bərpa  etmişlər. Halbuki xett dilində 
türk dill
əri ilə  də  kifayət qədər  ortaqlıq  təşkil  edən sözlər 
mövcuddur.  V.M.
İlliç-Svitıçın  rekonstruksiyaları  çox  za-
man larinqal n
əzəriyyəyə söykənir. O, *x-*h-`k-k-g samitlə-
rinin inki
şafında x və h samitlərinin ilkin olduğunu göstərir 
(162,  338-339).  Hind-Avropa dill
ərində  söz köklərində 
morfonoloji d
əyişməyə  əsaslanan  Qrimm qanununa görə, 
önc
ə k>h keçidi baş vermişdir (302).  
F.Ağasıoğlu türk dillərindəki larinqal nəzəriyyənin tət-
biqinin hind-Avropa dill
ərindən  fərqli olduğunu  göstərir (3, 
213). Ancaq biz bu fikirl
ə razılaşmırıq və dilin ontogenezinin 
eyni  olması  ideyasından, monogenezlikdən  çıxış  edərək bu 
universal n
əzəriyyənin bütün dillərə  tətbiqinin tərəfdarıyıq. 
F.Ağasıoğlu  yazır  ki,  türk  dillərindəki o~k~q~x~h  səs para-
lell
ərini nə səsartımı, nə də səsdüşümü ilə izah etmək müm-
kün deyil. H
əmin paralellərin ortaya çıxması yalnız saitlərin 
q
ədim dövrdəki tələffüz xüsusiyyəti ilə ilgilidir. Bunu isə la-
rinqal n
əzəriyyə ilə yozmaq mümkündür  (3, 214). 
Qohum olmayan dill
ərdəki faktlar  ilkin mənanın  və  
ilkin fonetik biçimin b
ərpasına yardım edir. Etimoloji araş-
dırmalardakı məhdud cəhətlərdən də biri sözün mənşəyi ilə 
onun ilkin formasının qarışdırılmasıdır. Həmin hal türk dil-
l
ərinə aid etimoloji lüğətlərdə müşahidə edilir. S.Əlizadə bu 
m
əsələ ilə bağlı yazır: “Türk dillərində ilkin köklərin müəy-
y
ənləşdirilməsi çox çətin, lakin vacib problemin həlli ilə 
əlaqədardır. İlkin söz köklərinin dəqiq müəyyənləşdirilməsi 
“kök türkc
ənin lüğət tərkibinin əsas fondunu tərtib və təyin 
etm
ək deməkdir. Bu isə  müasir türk dillərində, türk dil-
l
ərinin dialekt və  şivələrində  bir kökdən törəndiyi təxmin 
olu
nan,  lakin  ayrı-ayrı  müstəqil sadə  leksemlər kimi dərk 
 
74 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
edil
ən, onlarca sözün (bir, iki, üçhecalı)  rekonstruksiya 
prob
lemi baxımından araşdırılmasını, deməli, etimoloji isti-
qam
ətdə öyrənilməsini tələb edir (24, 47).  
Rekonstruksiyada müqayis
ə  mühüm amildir. Müqa-
yis
ə  məhz  ilkin  formanın  bərpasını  asanlaşdırır.  Biz  türk 
dill
ərində müqayisəli-tarixi istiqamətdə aparılan müqayisə-
l
ərin Ural-Altay arealından  da  kənara  çıxmasının  tərəfda-
rıyıq, çünki analoji kök morfemlər müxtəlifsistemli dillərin 
leksik  layının  müqayisəsi ilə  müəyyənləşir.  Bu  fakt  da 
rekonstruk
siyanın elmi cəhətdən daha əhatəli aparılması işi-
n
ə  yardım  edir.  Müxtəlifsistemli dillərə  aid tarixi və  eti-
moloji lü
ğətlərdəki kök sözlərin müqayisəsini  apardıqda 
əldə  olunan nəticələr türk söz köklərinin ilkin mənzərəsi 
haq
qında da kifayət qədər ətraflı rəy yaradır.  
Dilçilikd
ə belə bir ənənəvi fikir mövcuddur ki, sözün 
ilkin  forması  mütləq  yazılı  qaynaqlarda  qorunmalıdır. 
İlkin forma bu və ya digər şəkildə öz izini yazılı qaynaq-
larda mühafiz
ə  etməlidir,  ancaq  bu  fikir  reallığı  əks et-
dirmir.  S.Əlizadənin təbirincə  desək, vacib deyil ki, pra-
forma mütl
əq qədim yazılı  qaynaqlarda qorunsun. Yəni 
sözün  ilkin  forması,  biçimi  qədim mənbələrdə  qoruna da 
bil
ər, qorunmaya da (24, 47-50). Bizim dilçiliyimizdə belə 
bir  stereotip  formalaşıb  ki,  hər  hansı  bir  sözün  kökünü 
araşdırırıqsa,  mütləq onun qədim  forması  yazılı  qaynaq-
larda öz 
əksini tapmalıdır. Halbuki ilk söz kökləri yazıya-
q
ədərki dövrlə  bağlıdır.  Morfonoloji qanunauyğunluqlar, 
analoji derivatlar 
əsasında ilkin kökü bərpa etmək imkan-
ları genişdir. Hər hansı bir qədim türk sözünün arxetipini 
onu qeyri-türk dill
ərindəki analoji sözlərlə tutuşdurmaqla, 
 
75 


BABA MƏHƏRRƏMLİ 
 
 
y
əni xarici rekonstruksiyanın  sərhədini  aşmaqla  da  bərpa 
etm
ək mümkündür.    
Çağdaş türk dillərinin lüğət fondunda daşlaşmış çoxlu 
miqdarda el
ə  leksemlər var ki, onlarda kök+şəkilçi  sər-
h
ədini  araşdırmaq  üçün  həmin sözlərdə  tarixən  baş  verən 
fonomorfoloji, morfosemantik inki
şaf proseslərini izləmək 
lazımdır. Əski kök morfemlər yüzlərlə düzəltmə sözün da-
xilind
ə  “ölü”  köklərə  çevrilmişdir. Məsələn, J.A.Manke-
yeva qazax dilind
ə 300 “ölü” feil kökünün olduğunu müəy-
y
ənləşdirmişdir  (209,  121).  Çağdaş  türkologiyanın  vacib 
m
əsələlərindən, problemlərindən biri də türk dillərində daş-
laşmış,  fuziallaşmış  köklərin tədqiq edilməsi, “ölü” söz 
kökl
ərinin üzə çıxarılmasıdır.  
Minillik tarix
ə  malik  prototürk  dilinin  şaxələri olan 
müasir türk dill
əri qədim  yaxınlığı,  ümumiliyi  qoruyub 
sax
lamağa  müvəffəq olmuşdur.  Bu  ümumilik, qohumluq, 
gene
tik bağlılıq həmin dillərin əski kök layının – kök mor-
feml
ərinin nümunəsində daha çox nəzərə çarpır. Eyni za-
manda, bu dill
ərin zaman keçdikcə  spesifik, fərqli xüsu-
siyy
ətləri yaranmışdır. Türk dilləri arasında elə dillər var 
ki, dig
ərlərindən kəskin  şəkildə  fərqlənir. Hətta yaranan 
f
ərqlər o dərəcədə  güclü olmuşdur ki, bəzi  dilçilər bu 
dill
ərin qohumluğunu  inkar  etmişlər. Digərlərindən daha 
çox f
ərqlənən, spesifik fonetik, qrammatik  quruluşu  olan 
türk dill
əri də var. Çuvaş, sarı uyğur, xalac dilləri bu qrup 
dill
ərdəndir. Həmin dillər  ən qədim türk dillərinə  aid 
edilir,  ancaq  diver
gensiya faktları heç də onların qohum-
luğunu inkar etmir.  
Az
ərbaycan dilinin kök morfemlərinin digər  çağdaş 
türk dill
ərinin  oxşar  faktları  ilə  müqayisəsi mühüm fakt-
 
76 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə