Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə31/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Başqırd  dilində  hətta diftonqlaşma  sözdə  fonematik məna 
k
əsb edir: tıuğan “doğma, əziz” - tuğan “qardaş”. Yer sözü 
qaraqalpaq dialektl
ərində  yor  “yuxarı,  yuxarı  yer”  vari-
antında semantik diferensiallaşmaya uğramışdır (109, 346).  
Q
ədim türk yazılı abidələrində həm təkhecalı, həm də 
ikihe
calı  sözlərdə  ablaut  baş  vermişdir. Məsələn:  kädik 
“maral”  (ПДП,  392),  käjik  “yırtıcı,  vəhşi  heyvan”  (ПДП, 
392), kijik 
“yırtıcı heyvan” (ПДП, 394), keyik “dağ keçisi” 
(ПДП,  440).  Bu  sözlərin  hamısı  eyni  bir  kökdən mor-
fonoloji d
əyişmə nəticəsində təşəkkül tapmışdır. Müqayisə 
ed
ək: çuv.  kayǎk  “quş”,  tat.  kiek  “ov”,  kiək  “vəhşi  quş”, 
türk. keyik “maral”, Alt.dial. kiyik “ov”, çuv.dial. “dov
şan” 
(ЕСТЯ, VI, 23). Bu qənaətə gəlmək olar ki, prototürkdə ab-
laut söz yaradıcılığının əsas vasitələrindən biri olmuşdur.  
E.Z.Kajib
əyov (165,107),  E.V.Sevortyan (246,    435) 
v
ə Q.Bağırov (14, 83) sız- // süz- feil köklərinin eynimən-
şəli olduğunu göstərirlər. Q.Bağırov tarixən türk dillərində 
feill
ərdə damaq saitinin dodaq saitinə keçməsinin semantik 
f
ərq yaratdığını  qeyd  edir.  O  yazır  ki,  abidələrdən  alınan 
misallar, el
əcə də müasir türk dillərində sız- // süz- köklə-
rind
ə damaq saitlərinin dodaq saitlərinə keçməsi hər yerdə 
ardıcıl olmasa da, məna keçidinin, məna fərqinin yaranma-
sına  xidmət etmişdir. Nəinki dodaq saitinin damaq saitinə 
keçm
əsi, hətta açıq saitlərin feil köklərində qapalılarla əvəz 
edilm
əsi prosesi də dilin inkişafında yeni məna şaxələrinin 
yaranma
sında mühüm rol oynamışdır (14, 83). 
A.Hacıyevanın tədqiqatlarında da türk dillərində eyni 
kök morfeml
ərdə o~ı~ü və i~ı əvəzlənmələrinin nəticəsində 
söz yaradıcılığının mövcudluğu təsdiqini tapır. O, öz fikrini 
sinharmonik paralell
ər nəzəriyyəsi  əsasında  izah  edir  (29, 
 
99 


BABA MƏHƏRRƏMLİ 
 
 
58-59). Tarix
ən türk dillərində eyni bir kökün saitinin də-
yişməsi onu yeni morfemə  çevirmişdir.  Müasir  türk  dil-
l
ərində ablaut hadisəsi nəinki ədəbi dillər, hətta dialekt və 
şivələr səviyyəsində də müşahidə edilir. Məsələn, uyğur di-
linin Hami l
əhcəsində  belə  faktlar var:  kır  “tarla”  -  ker 
“yüks
əklik”, iqin “kürk” - eqin “geyim, paltar”, bodı “ma-
ral” - boda “sürü, qaramal” (199, 135, 143, 189, 251). 
Göründüyü kimi, müasir dövrd
ə  də  qədim fonomor-
foloji proses olan ablaut b
əzi türk dillərində mühafizə edil-
mişdir. Digər faktlara nəzər salaq: q.qalp. ağa “böyük qar-
daş” - üke “kiçik qardaş, kiçik bacı”, xak. bük “dağ keçidi”, 
“meşə”, “kolluq”, “təpə”, tuv. buk “dağ aşırımı, dar dərə”, 
başq.  kiş  “alaçıq”,  qar.balk.  koş  “sürü”,  “dayanacaq,  süd 
ferması”, çuv. oy “tarla”, yak. uy “kiçik meşə”, türkm. uy 
“dayaz d
ərə, yarğan”,  başq.  ür  “dağ”,  ur  “dərə”, qaz. or 
“x
əndək, çuxur”, ör “hündürlük, yüksəklik” (47, 367-379). 
İ.A.Batmanov qıl- “etmək” və qol “qol” sözlərinin ey-
ni
köklü olması  qənaətinə gəlir (116, 109). Türk dillərində 
bay 
“varı,  zəngin”,  bəy  //  bek  //  bii  “tayfa  başçısı,  knyaz, 
mülk
ədar” kökləri də homogendir. Ablaut hadisəsi nəticə-
sind
ə  bay~bəy  əvəzlənməsi  baş  vermişdir.  Bu  faktlar  bir 
daha göst
ərir ki, türk dilləri aqlütinativ quruluşa malik olsa 
da, flektivliyi mühafiz
ə edə bilmişdir.  
Qeyd ed
ək ki, Altay dilləri içərisində fleksiya ən çox 
monqol dill
ərində müşahidə edilir. Bəzi dil faktları monqol 
v
ə türk dillərinin müqayisəsində daha aydın nəzərə çarpır: 
türk.dil. bibi, mon. ebii  “ana, n
ənə”. Bu hadisə monqol dil-
l
ərində əvəzlik və saylarda daha çox özünü göstərir: mon. 
doloon  “yeddi”  -  dalan 
“yetmiş”,  bi  “mən”  -  baa  “biz”. 
Ümumiyy
ətlə, monqol dillərində a~o, a~u, e~ö, a~e, u~ü, 
 
100 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
ə~o əvəzlənmələri semantik fərq yaradır (121, 90-95). Sö-
zün variantları fonetik dəyişmə qanunauyğunluqları əsasın-
da meydana çıxır. Məsələn: şor. aba “ulu baba” - mon. abu 
“ata, d
ədə”, çuv. anne “ana” - türkm. ene “ana” - tuv. ene 
“xala”-  qaz.  ene  “qay
ınana” (243, 181). Ablautun miqyası 
Altay dill
əri arealında  daha  aydın  müşahidə  olunur: ev. 
oram 
“dağ, açıq yer”, mac.  orom “dağ zirvəsi” - türk. uram 
“küç
ə”, türk., qaz. jer // yer “yer” - uyğ. ir // yir “şimal” - 
mon.  ira 
“şimal”. M.Rəsənen y- səsini burada protetik səs 
sa
yır (242, 163). Tatar dilinin şərq dialektlərində ikihecalı 
sözl
ərdə fleksiya baş vermişdir. Məsələn: inə “ana” - nənə 
“böyük bacı” - önnə “qoca qadın” (103, 53, 65).  
Müasir türk dill
ərində  indi də  müşahidə  edilən  səs 
əvəzlənmələri vaxtilə ilkin söz yaradıcılığının əsas vasitələ-
rind
ən biri idi. Çoxsaylı dil faktları sübut edir ki, qədim söz 
kökl
ərində  fonetik dəyişmə  yolu ilə  yeni leksemlərin ya-
ranması üsulu daha məhsuldar olmuşdur. S.Cəfərov göstə-
rir ki, s
əslərin dəyişməsi nəticəsində  yeni sözlərin  əmələ-
g
əlmə prosesi dilimizin tarixi inkişafını öyrənmək işinə çox 
köm
ək edə bilər. Bu baxımdan, söz tərkibində səslərin də-
yişməsi prosesi mühüm əhəmiyyət kəsb edir (17, 93). Təsa-
düfi deyil ki
, A.Vamberi öz lüğətini bu prinsipə əsasən yaz-
mışdır. Onun etimoloji lüğətində söz kökləri paralel fonetik 
variantlarda veril
mişdir. Məsələn, A.Vamberi cağatay dilin-
d
əki elik “əl” sözü ilə almaq feilinin al- kökündən yaran-
dığını qeyd etmişdir (EWTTS, 15). Dilimizdəki alqış sözü-
nün d
ə etimoloji əsasında məhz əl kökü dayanır. 
T
əkhecalı  söz  köklərində  bəzən  samit  və  sait  dəyiş-
m
əsi söz yaradıcılığı ilə nəticələnmişdir. Məsələn, spesifik 
y~ç 
əvəzlənməsinə əsasən yet- // çat-, yol- // çal- (“biçmək” 
 
101 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə