Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə29/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
verilmişdir (ƏH, 30). Bu sözün qədim türk yazılı qaynaq-
larında işlənməsini nəzərə alsaq, onun fleksiya nətisəsində 
yaran
dığını güman etmək olar. Müqayisə edək: spesifik t>s 
keçidi il
ə: çuv. săn  “xarici  görünüş,  sifət”,  qırğ.,  qaz.  sın 
“xaric, çöl, b
ədən quruluşu”, cağ. sin “bədən, görkəm”, çin. 
sin “b
ədən”, mac. szin “rəng” (Фед., II, 25). M.Kaşğarinin 

ğətində  yin  sözü “insan bədəni” anlamında  verilmişdir 
(DLT, III, 147). Sami dill
ərində  tun  “yaratmaq, xəlq et-
m
ək” kökü var (193, 208). Qədim türk dilində boδ sïn “bə-
d
ən” (ДТС, 108) qoşa sözünün işlənməsi t>s  keçidinə əsa-
s
ən bu sözün vaxtilə  türk dillərində  mövcudluğunu  sübut 
edir. Fars dilind
ə işlənən tən sözü bu kökün fonovariantıdır.  
Türk dill
ərinin  ən  qədim  leksik  laylarından  olan  qo-
humluq terminl
ərinin  əksəriyyətində  fleksiyanın  izlərini 
asan
lıqla  müşahidə  etmək mümkündür. Bəzi  qohumluq 
sözl
ərində fleksiya Ural-Altay arealında baş vermişdir. Bir 
çox qohumluq v
ə  yaş-cins bildirən sözlərin  fonosemantik 
di
vergensiyası isə hətta Ural-Altay arealından da kənara çı-
xır.  Məsələn:  s.uyğ.  ati  “nəvə”, ev. ata  “yaşlı  qadın”,  ete 
“baba”, aq.  çi 
“qardaş”, sax. içi “qız”, ev.dial. asi “qadın” 
(230,  124). 
M.Kaşğarinin  lüğətində  eçe  “böyük  bacı”,  açı 
“yaşlı qadın”, eçi “böyük qardaş”, əçə “böyük bacı” məna-
la
rında verilmişdir (DLT, IV, 167). M.Kaşğarinin lüğətində 
veril
ən faktlar sübut edir ki, hələ qədim dövrlərdən türk söz 
kökl
ərində fleksiya yolu ilə söz yaradıcılığı prosesi getmiş-
dir.  Müqayis
ə edək: qəd.türk.dial. eçi “böyük qardaş”, öçi 
“n
ənə”  (ДТД,  81),  qırğ.  aça  “bacı”,  şor.  aça  “ata”,  içe 
“ana”, Alt. aça // aja 
“ata”,  uyğ.dial.  aça  “böyük  bacı”,  
“ata”  (УДС,  10). Qədim türk dillərində  fleksiya  yolu ilə 
yeni sözl
ər yaranmışdır: eçe “böyük bacı”, eçi “yaşlı qadın, 
 
93 


BABA MƏHƏRRƏMLİ 
 
 
n
ənə”, çet “sərhəd”, çıt “qala divarı” (QTAL, 35). Bu fakt-
lar  göst
ərir ki, fleksiyanın tarixi türk dillərində çox qədim 
dövrl
ərə  aiddir. Türk dillərində  monosillabik feillərdə  və 
sinkretik kökl
ərdə  də  fleksiyanın  izləri müşahidə  edilir: 
qap- (“qap
maq, dişləmək”) - qop- (“qopmaq, sınmaq”), od 
“ocaq” - üt- “yan
dırmaq” və s. 
Türk dill
ərində işlənən müxtəlif təkhecalı sözlərdə bu 
hadis
ənin reliktini görə bilərik. Məsələn: kiş başq. “alaçıq”, 
qırğ. “alaçığın kiçik bir hissəsi”, koş qar.-balk. “dayanacaq, 
süd  ferması”  (47,  376). Yəni  kiş  -  koş  sözlərindəki anlam 
f
ərqi fleksiya nəticəsində yaranmışdır. Müasir türk dillərində 
indi d
ə fleksiyanın izini saxlayan sözlər cütlüyünə qur // kur 
“qurşaq, bel” (qurşaq- sözünün kökü) - kar “qol” sözləri də 
aid ola bil
ər. Türk dilində işlənən kıyı “sahil” - koy “suyun 
quruya doğru olan hissəsi, su, çay, dəniz yatağı”, kuy- // küy- 
“tökm
ək, axmaq” sözləri də fleksiyanın bir nümunəsidir. 
Monqolşünasların  düzgün  dəyərləndirdiyi kimi, kök 
sözl
ərdə  fleksiya türk dillərinin də  ilk mərhələsində, çox 
ehtimal ki, mövcud olmuş, sonradan isə həmin proses zəif-
l
əmişdir (121, 7; 245, 18). A.Hacıyeva hind-Avropa dilləri 
il
ə  türk dillərinin  materiallarını  tutuşduraraq, bu nəticəyə 
g
əlir ki, aqlütinativ dillərdəki flektiv təmayüllü element-
l
ərin təhlili,  bu  faktların  fonetik  və  morfoloji  yarusların 
“h
əmhüdud zonası”nda  yer  alması  onların,  ilk  növbədə, 
morfonologiya problemi oldu
ğunu tam əyaniliklə aşkarlayır 
(30,  286). Ancaq mü
əllif nədənsə  bu cür faktları  tipoloji 
sapmalar kimi t
əqdim  edir.  Əslində, belə  faktlar bütün 
dill
ərin eyni kökdən nəşət etdiyini bir daha sübut edir. Təd-
qi
qatçı  yazır  ki,  iltisaqi  dil  zəminində  yaranan flektiv ün-
sürl
ər yarandığı dövr baxımından, təxminən, iki mərhələyə 
 
94 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
(1.Aqlütinativliy
əqədərki və  aqlütinativliyin meydana gəl-
diyi dövr; 2.Aqlütinativliyin tam b
ərqərar olduğu dövr) aid-
lik nüma
yiş etdirir (30, 38). 
Ehtimal ki, türk dill
ərində quy // kuy // küy “səs, çığır-
tı” - qıy “hay-haray” sözləri də fleksiya nəticəsində yaran-
mışdır. Həmin sözlər də ən qədim türk yazılı qaynaqlarında 
işlənən *ku “səs” morfeminin derivatlarıdır. Orxon abidələ-
rind
ə kal- “qalmaq” // kəl- “gəlmək” (93, 68) köklərinin iş-
l
ənməsi türk dillərində fleksiya hadisəsinin çox əski dövr-
l
ərlə bağlılığını bir daha təsdiqləyir. Deməli, tarixən gəl- // 
qal-  feill
əri  fleksiya nəticəsində  yaranmışdır.  Türk  dillə-
rind
ə fonosemantik parçalanma yolu ilə yaranan onlarla söz 
kökü mövcuddur. Bu prosesin d
ə  əsas səbəbi fleksiya ha-
dis
əsidir. Qohumluq bildirən bir çox sözlərin fleksiya yolu 
il
ə yaranması vaxtilə türk dillərində fleksiyanın  məhsuldar 
söz yara
dıcılığı üsullarından biri olduğunu təsdiqləyir. Türk 
söz kökl
ərinin mənşəyinin, strukturunun  araşdırılmasında 
bu hadis
ənin öyrənilməsinin böyük praktik əhəmiyyəti var. 
Türk dill
ərində  göl // küöl  “dayanmış  su  hövzəsi, göl” və 
ko:l // kul // qol // xol “çay, d
ərə” sözlərinin mənşəyi də ey-
nidir 
(ЭСТЯ, VI, 42). Başqa bir nümunə: küz “payız” - kuz 
“şimal siklonu” - quz // kuz “şimal” (quzey sözünün kökü). 
Bel
əliklə, faktlar sübut edir ki, türk dillərində  təkhecalı 
homogen söz kökl
ərinin bir qismi tarixi-etimoloji cəhətdən 
fleksiya n
əticəsində yaranmışdır. 
Türk dill
ərində eyni söz yuvasından nəşət tapan söz-
l
ərin  bir çoxunda sonradan fleksiya yolu ilə  yeni fono-
variantlar formalaşmışdır. Müqayisə edək: bur- , *bür- (bü-
rüm
ək  feilinin kökü). Ehtimal ki, bük-, bur  -,  büz-,  bürü
feill
əri  eyni  kök  yuvasına  daxildir.  N.A.Baskakov  bağ- 
 
95 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə