Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
yuva
sından yaranması  şübhəsizdir. Biz burada  söz  yuvası 
metoduna 
əsaslanırıq. Yastı sözü, əslində, metatezaya uğra-
mışdır,  yəni ilkin variant yatsı  formasında  olmuşdur 
(TTSKBS, II, 1081). Az
ərbaycan dialektlərindəki yasamal 
“dağın  döşü,  yamac”,  yasdan  “dağda düzənlik”,  yaslam 
“yastı” (ADDL, 542-543) sözlərində də bu asemantik kök 
morfem qorun
muşdur. Müqayisə  edək: Altay dillərinə  aid 
koreya dilind
ə yāsan “kiçik təpə” paraleli var (KED, 1107). 
Yastı  sözü tatar dilində  yassı  formasındadır.  Türk  dilinin 
Anadolu şivələrində də yassı // yassu biçimləri işlənir (DS, 
XI, 4194). “Kitabi-D
ədə  Qorqud”da  yadıq  sözü  “yastı  su 
qabı”  mənasındadır:  Yadığı  yarağilə  yola girdi. V.V.Rad-
lovun lüğətində isə yamrı “əyri” sözü qeydə alınmışdır (28, 
211). 
M.Kaşğarinin  lüğətində  verilən  yalbı  “yastı”  (DLT, 
III, 32) sözü d
ə, çox güman ki, bu kökdəndir. Türk dialekt-
l
ərində  a~ı  əvəzlənməsini  əks etdirən  yılık  “əyri” sözü 
mövcuddur (DS, XI, 4269). Orta 
əsrlərdə  türk dillərində 
yasta-  feili “söyk
əmək, dayamaq” anlamını ifadə etmişdir: 
ol aηar yastuk yasta:dı “O, yastığı arxasına söykəyərək onu 
dik
əltdi” (GC, 974). Türk dillərində  işlənən  yalt  “əyri, 
hamar”  (ЭСТЯ,  IV,  103)  sözündə  də  bu asemantik kök 
mühafiz
ə  olunmuşdur.  B.O.Oruzbayeva  qırğız  türkcəsində 
jat-  “yatmaq, uzanmaq” feilind
əki  t  komponentini  şəkilçi 
hesab edir (231,  170). Az
ərbaycan dilində  coğrafi  anlayış 
ifad
ə edən yal sözü də bu kökdəndir. 
*Tir-  “h
əyat,  yaşamaq”:  Türk  dillərində  ən arxaik 
CVC  (samit+sait+samit) biçimli morfeml
ərdən biri *tir
“ya
şamaq” köküdür. Həmin morfem diri- // tiri-, diril- söz-
l
ərinin etimoloji əsasında dayanır. Bu kök G.Klausonun eti-
moloji lüğətində (GC, 529) və A.fon Qabenin “Eski Türk-
 
87 


BABA MƏHƏRRƏMLİ 
 
 
çenin Qrameri” 
əsərində (86, 300) qeydə alınmışdır. Türk 
dill
əri ilə qohumluğu ehtimal olunan şumer dilində  ti “hə-
yat” anlam
ındadır (207, 103). Həmin fakt da *tir- kökünün 
sinkretikliyini t
əsdiq edir. Qədim qaynaqlarda tirgür- feili 
“diriltm
ək,  yaşatmaq”  anlamında  işlənmişdir.  N.Hacıemi-
noğlu həmin sözün tərkibindəki tir- feilinin müstəqil mor-
fem kimi işləndiyini qeyd edir (87, 48). 
Bir çox türk dill
ərində  dur-  feilinin  “yaşamaq”  anla-
mında da işlənməsini nəzərə alsaq, *tir- “diri” (GC, 529) və 
dur- sözl
ərinin ablaut nəticəsində yarandığını ehtimal etmək 
olar. Y
əni  dur-  feilinin ilkin semantikası  məhz “yaşamaq” 
anlamını ifadə etmişdir. Ç.Qaraşarlı türk dillərində tur- fei-
linin “dur
maq,  dayanmaq,  yaşamaq”  anlamlarında  işləndi-
yini v
ə türk dillərindəki  turu “qala”, turağ “sığınacaq”, tura 
“ev,  tikili,  şəhər”, qayel dilindəki  turch  “qala, qüllə” söz-
l
ərinin homogen olduğunu göstərir (43, 93). Təsadüfi deyil 
ki, türkm
ən dilində durmuş “həyat” anlamındadır.  
A.M
əmmədov şumer dilindəki ti “həyat” kökünü türk 
dill
ərindəki diri // tiri sözü ilə müqayisə etmişdir (207, 102). 
Ha
zırda dilimizdə işlənən diri sözünün ilkin forması qapalı 
he
calı olmuşdur. XII əsrə aid Ə.Yəsəvinin “Divani-hikmət” 
əsərində tiriq (“diri, sağ”) formasındadır (ƏY, 125): 
 
   
Ğariblərni işi dayim sülukdür,  
   Tirinq irm
əs ğarib, misli – ölüqdür (ƏY, 94).  
 
Ə.Yuknəkinin  “Atəbətül həqayiq”  əsərində  də  tirig 
şəklindədir: ölügdin tirig hem tirigdin ölüg: “O, diriləri öl-
dürdüyü kimi,  ölül
əri də dirildir (AH,  82). 
 
88 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
*Uş- “xırdalamaq, kiçiltmək”. Bu qədim kök  uşaq // 
uşak  ismində  asemantikləşmişdir.  Bir çox türk dillərində 
h
əmin söz “kiçik, balaca” anlamındadır. Müasir türk dillə-
rind
ə işlənən uşan- “kiçik hissələrə ayrılmaq”, qədim özbək 
dilind
ə  işlənən  uşan-  “parçalamaq”,  uşat-  “bölmək” (277, 
II, 450) sözl
ərinin də kökü asemantik *uş- morfemidir. Ta-
rix
ən VC (sait+samit) formasında olan bu kök etimoloji cə-
h
ətdən düzəltmə olan sözlərin tərkibində izini qorumuşdur. 
Əski türk dillərində həmin kök uşal- // uşat- feillərinin 
t
ərkibində  işlənmişdir:  etmäk  uşaldï    “Çörək  doğrandı” 
(ДТС,  617).  Hal-hazırda  müasir  qırğız  dilində  uşat-  feili 
“xırdalamaq” mənasındadır. Türk dillərindəki l // ş paralelli-
yin
ə görə qədim *ül- “bölüşmək” feili ilə *uş- “xırdalamaq, 
parçalamaq” feilinin eyniköklü olma
sına  şübhəmiz yoxdur. 
Ül
əş- “bölmək” feili yazılı qaynaqlarda işlənmişdir: 
 
    Otuz üçd
ə saqi bolup mey üləştim,  
    Cami-
şərab kolğa alıp toya içtim (ƏY, 18).  
 
A.M
əmmədov qədim  şumer  dilində  işlənən    “rü-
şeym, əcdad, uşaq” sözünü türk dillərindəki uşaq // usax // 
usak sözü il
ə müqayisə etmişdir (50, 5-24). Şumer dilindəki 
h
əmin fakt sübut edir ki, *uş  morfemi türk dillərinin ilkin 
dövrl
əri üçün səciyyəvi olan sinkretik (korrelyativ) söz 
kökl
ərindən biridir.  Deməli, nümunələr göstərir ki, ilkin 
kökl
ərə samit və sait səslərin artırılması yolu ilə yeni sözlər 
t
əşəkkül tapmışdır.  Təkhecalı söz köklərinin çoxhecalılığa 
doğru inkişafı tədricən şəkilçiləşmə prosesinin yaranmasına 
s
əbəb olmuşdur. 
 
89 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə