Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
“bağlamaq” feili ilə boğ- feillərinin eyni kökdən yarandığını 
göst
ərir (113, 153). Qədim türk yazılı abidələrində yış // yuş 

kü  “dağlıq  meşə”,  yaş  sözü isə  “cavan, təzə” mənasını 
ifad
ə etmişdir (ПДП, 386, 392). Yaşıl sözü yaş “yaşıl” mor-
femind
ən yaranmışdır, deməli, tarixən qədim türk dillərində 
yaş (“cavan, təzə, yaşıl”) - yış (“meşə”) ablautu mövcud ol-
muşdur.  Həmin söz y~ç  əvəzlənməsi ilə  Altay  dilinin 
dialektl
ərində  çış  (“meşə”) variantındadır  (112,  271). 
Müqayis
ə üçün qeyd edək ki, qədim şumer dilində giş sözü 
“meşə” anlamında işlənmişdir. 
Türk dill
ərində etimoloji cəhətdən törəmə sözlərdə də 
bu hadis
ənin izlərini görmək mümkündür. Məsələn, Azərb. 
qoyun  “qoyun”, çuv. kuyan
qırğ.  koyon  “dovşan”,  ş.yuq. 
eri- “g
əlmək”, oro- “çıxıb getmək” (265, 62). Türk dillərin-
d
ə bir çox heyvan adları, qohumluq terminləri, yaş-cins bil-
dir
ən sözlər,  monosillabik feillərin bəzisi məhz fleksiya 
yolu il
ə yaranmışdır. 
Fleksiya  q
ədim türk dilində özünü göstərən derivato-
loji prosesdir. 
Aparılan  tədqiqatlar sübut edir ki, əski söz 
yara
dıcılığının  morfonoloji üsullarından  biri  məhz ablaut 
hadis
əsidir. Ablaut hadisəsi daha çox hind-Avropa dillərinə 
aid  edils
ə də, türk dillərində də bu hadisənin reliktini gör-
m
ək mümkündür. Fikrimizcə, türk dillərində bu problemin 
şərhini ancaq türk dillərinin  materialları ilə  məhdudlaşdır-
maq düzgün deyil. Bu hadis
ənin  arealı,  ən azından,  Altay 
v
ə  Ural-Altay dilləri  miqyasında  nəzərdən keçirilməlidir, 
çünki el
ə köklər var ki, onlarda ablaut məhz türk dillərinin 
area
lından  kənara  çıxdıqda  daha  asan  müşahidə  edilir. 
Altay dill
əri ilə  bağlı  aparılan  müxtəlif tədqiqatlarda bu 
m
əsələlər öz əksini  tapmışdır.  Q.D.Sanjeyevin qənaətinə 
 
96 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
gör
ə, monqol dilində üqez “öküz”, uker “böyürmək”, kur
(“görm
ək”), küz (“göz”) paralelliyi türk dillərində də özünü 
göst
ərir ki, bu da daxili fleksiya ilə  bağlıdır  (245,  18). 
M.Kaşğarinin  lüğətində  köründi  “göründü” və  közündi 
“görüldü” feill
ərinin paralel verilməsi (DLTT, II, 167) kor 
// gör- v
ə göz sözlərinin homogenliyini bir daha isbat edir. 
V.
İ.Sintsius qeyd edir ki, Altay dillərindəki qohumluq ter-
minl
ərinin  əksəriyyəti fleksiya nəticəsində  yaranmışdır: 
manc. ama “ata” - eme “ana”, ev. aka 
“böyük qardaş” - eke 
“bö
yük  bacı”,  ata  “qoca  qadın”  -  ete  “baba”, qaz. ana 
“ana” - ene 
“qayınana” (281, 130). 
Türk dill
ərində kip // küp // kep // kap // qab sözləri 
fleksiya
nının əyani nümunələrindən ola bilər. Kip sözü İbn 
Müh
ənnanın  lüğətində  “yerə  sərilən  əşya,  ləvazimat” mə-
nasında qeyd olunmuşdur (İML, 41). Küp “saxsı qab” sözü 
d
ə qab // kap sözündən ablaut – fleksiya nəticəsində yaran-
mışdır: kap // qab~küp. Xakas dilində kip “paltar” mənasın-
dadır. Bu paralellər bir daha göstərir ki, ablaut qədim dövr-
d
ə ən əsas söz yaradıcılığı üsullarından biri olmuşdur. Vax-
til
ə  eyni kök morfemlərdən, yəni fonetik cəhətdən  yaxın 
m
əxrəcli köklərdən sait əvəzlənməsi nəticəsində yeni sözlər 
forma
laşmışdır.  Müqayisə  edək:  yığmaq-yağmala-yağma-
yağı. Yəni qədim türkcədəki  yağmalamaq,  yağma,  yağı 
sözl
ərinin etimoloji əsasında dayanan *yağ- feili ilə müasir 
günümüz
ə qədər qorunub gələn yığ- feilinin semantik özü-
lünü n
əzərə  alsaq, həmin feillərin mənşəyinin  bir  olması 
şübhə  doğurmamalıdır.  Bu  tipli  köklərdə  nüvə  semantika 
mühafiz
ə edilir. Müqayisə edək: türk.dil. don // ton “paltar” 

s.uyğ.  tan-  “geyinmək”  (201, 110), kır  “çöl,  açıq  yer, 
diyar”  -  kur 
“dağ,  təpə”,  el  “tayfa”  -  il  “kənd”  (tat.dial.) 
 
97 


BABA MƏHƏRRƏMLİ 
 
 
(TTDS, 114). Dig
ər Ural-Altay dillərində də kök sözlərdə 
bu hadis
ə  müşahidə  edilir. Məsələn, komi dillərində  an 
“ana” - un 
“xala” (KЭСКЯ, 297).  
H.Mirz
əyev  tala-  feili ilə  tülə-  (“yolunmaq”) feilləri 
arasında  məna yaxınlığını  görməkdə  haqlıdır  (55,  56). 
Bütün bu faktlar sübut edir ki, müasir dövrd
ə  tipoloji 
c
əhətdən iltisaqi  quruluşlu hesab edilən türk dillərində bir 
çox söz kökl
əri tarixən fleksiya yolu ilə  yaranmışdır.  Hə-
min proses h
əm təkhecalı,  həm də  ikihecalı  köklərdə  get-
mişdir. Türk dillərində car “dərə, çay kənarı yarğan” - çir 
“ç
ətin keçilən kolluq” mənasındadır (16, 424). Yarğan sö-
zünün kökü olan yar-  feili d
ə  bu köklə  homogendir. 
M.A.Çerkasski qeyd edir ki, monqol dilind
ə  abai  “ata”  - 
ebei  “ana” 
fleksiyası sinharmonik paralellər qanunauyğun-
lu
ğuna  əsaslanır.  E.A.Kreynoviçin fikrinə  görə, Altay dil-
l
əri  aqlütinativ  quruluşa  qədər polisintetik quruluşda  ol-
muşdur. M.A.Çerkasski həmin nəzəriyyənin əleyhinə çıxır. 
V.Y.Vladimirtsov  v
ə  Q.D.Sanjeyevin “sinharmonik para-
lell
ər nəzəriyyəsi”nə görə Altay dillərində fleksiya həmişə 
aktiv olmuş, sonradan həmin proses aqlütinasiya ilə əvəz-
l
ənmişdir.  Həmin nəzəriyyə  sübut edir ki, bəzi söz kök-
l
ərində saitlərin əvəzlənməsi (arxa və ön sıra) qadın və kişi 
cinsl
əri üzrə  semantik diferensiallaşmaya  səbəb  olmuşdur 
(284,  10). 
Çağdaş türk dillərində müşahidə edilən fleksiya 
əlamətləri,  əslində, kök –  ulu  dilin  qalıqları,  fonoloji  “ru-
diment”l
əridir. Türk dillərində yol “yol” - 
yıl- // yel- “qaç-
maq, getm
ək”, kəs- “doğramaq” - qıs- “sıxmaq” sözləri də 
fleksiyanın izlərini yaşadır.  
Müasir tofalar (karaqas) dilind
ə fleksiya,  yəni ablaut 

şahidə  edilir. Məsələn:  uba  “böyük  baçı”  -  aba  “ana”. 
 
98 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə