Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
sı+n >sın 
yü+k>yük         
tu+t > tut-  
 
Verdiyimiz nümun
ələrdəki kök sözlərin morfoloji qu-
ruluşu arxaikləşmiş və onlar şəkilçilərlə birləşərək yeni bir 
söz
ə çevrilmişdir. Yəni burada ilkin mənalar yox, formalar 
it
mişdir. Köklə şəkilçilərin birləşməsi o dərəcədə möhkəm 
ol
muşdur ki, onlar arasında sərhədi müəyyən etmək çox çə-
tindir. Morfoloji asemantikl
əşmə fuziyanın təsiri ilə yaran-
mışdır. Buna görə də biz hesab edirik ki, fuziya ilə aseman-
tikl
əşmə nəticəsi eyni olan morfonoloji  proseslərdir. 
A.N.Kononov fuziya hadis
əsini türk dillərində  affiks-
l
ərin əsas yaranma yollarından biri kimi dəyərləndirir. Onun 
fikrinc
ə, fuziya morfemlərin birləşmə üsuludur. Bu da türk 
dill
ərinin aqlütinativ xarakterindən asılıdır. Türkoloq fuziya 
hadis
əsinə  əsaslanaraq, türk dillərində  şəkilçilərin  əksəriy-
y
ətinin müstəqil sözlərdən yaranması fərziyyəsini inkar edir 
v
ə  əksər  şəkilçilərin özünün müxtəlif  şəkilçilərin bir-
l
əşməsindən yarandığını göstərir (178, 113-115). 
Nümun
ələrə nəzər salaq: qadın və qayın sözləri eyni-
m
ənşəlidir. Hər iki söz kat // qat “qadın, qohum” gövdəsin-
d
ən yaranmışdır  və  d~y  əvəzlənməsi türk dilləri üçün 
s
əciyyəvi fonetik hadisədir. Beləliklə,  -ın  şəkilçisi həmin 
sözl
ərdə “daşlaşmışdır”, katın // kayın // kadın // qadın vari-
antlarında işlənən söz yeni mənalar qazanmışdır. Yəni mü-
asir türk dill
ərində həmin sözlər quruluşca sadə hesab olu-
nur. Diax
ronik  baxımdan isə  törəmə  (düzəltmə) sözlərdir. 
Bu cür fuziyaya m
əruz qalan sözlərdə köklə şəkilçi arasın-
da f
ərq hiss edilmir. Qədim dövrdə kök morfemlərlə bağlı 
 
84 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
olan söz y
aradıcılığı  üsullarından  biri  asemantikləşmədir. 
Əslində, fuziya asemantikləşməni yaradan əsas proseslər-
d
ən biridir. 
Dil  faktları  təsdiq edir ki, qədimdə  türk dillərində 
t
əkhecalı sözlər daha çox asemantikləşmişdir. Həm də ase-
mantikl
əşmə türk dillərinin morfoloji quruluşunun təbiətinə  
uyğun  bir  proses  olmuşdur.  Bu  prosesin  nəticəsində  türk 
dill
ərində bəzi ikihecalı sözlər yaranmışdır (34, 13). F.Cəli-
lov göst
ərir ki, morfonoloji transformasiya ilkin seman-
tikadan uzaq
laşma ilə nəticələnsə də, hər halda diferensial-
laşan  sözlər çox vaxt məna yaxınlığını  tam  itirmir. Məsə-
l
ən,  sığal,  sığınmaq,  sağım,  sıxac  sözlərinin kök morfemi 
(sığ,  sağ,  sıx)  fonetik cəhətdən dəyişib  ayrı-ayrı  sözlərə 
çevrils
ə də, ilkin məna yaxınlığını saxlamışdır. Eyni sözləri 
indi asemantik morfem
ə çevrilmiş yux // yük // yox kökləri 
(yux-
arı, yük-sək, yox-uş) barədə də demək olar (19, 101). 
Göründüyü kimi, asemantikl
əşmənin özü də bir növ qədim 
söz yara
dıcılığı üsuludur. 
Asemantikl
əşmə  zamanı  sözün  ilkin  mənası  və  ya 
forması,  digər bir sözdə  mühafizə  olunur. Həmin proses 
zamanı sözün qədim mənası və ya forması qalıq kimi başqa 
bir sözd
ə izini saxlayır. Qədim söz köklərində morfonoloji 
proses olan fuziya hadis
əsi ilə leksik-semantik proses olan 
asemantikl
əşmə  paralel  baş  vermiş,  biri  digərini ya-
ratmışdır. Məsələn: 
 
qo-  // ko-  “m
əskunlaşmaq”  >  qon-, qonaq //  konuk, 
qonşu, konum, konut; 
  
“qoşun, ordu” > sür, sürgün, sürü; 
 
85 


BABA MƏHƏRRƏMLİ 
 
 
qa- // ka- “qapmaq, örtm
ək, bağlamaq” > qapı, qapaq, 
qab, qabıq, qapamaq; 
yaş // yas // yış  “ömür, cavan, təzə” > yaşıl. 
 
Türk dill
ərinin morfoloji quruluşunda sadəlikdən mü-
r
əkkəbliyə doğru inkişaf getmişdir. Təkhecalı köklərin şə-
kilçil
əşmə meyili, çoxhecalılığa doğru morfonoloji inkişafı 
ilkin söz kökl
ərinin  daşlaşmasına  gətirib  çıxarmışdır.  Mə-
s
ələn:  u-  “bacarmaq” > uğan  “tanrı”,  ok  “boy, qəbilə” > 
okuş // uquş “qəbilə” və s.  
Tarix
ən türk dillərində  söz köklərinin bir qismi ase-
mantikl
əşərək digər sözlərin tərkibində  izlərini qorumuş-
dur.  Bizim  araşdırmanın  digər  türkoloji  araşdırmalardan 
f
ərqi odur ki, asemantik köklərin izlərini türk dilləri ilə ya-
naşı, qeyri-türk dillərində də müəyyənləşdirmişik. Aseman-
tik kökl
ərin yaranması sözlərin morfoloji inkişafı ilə bilava-
sit
ə bağlıdır. Belə dil faktlarının bəzilərinə nəzər yetirək: 
*Ya-  “
əyilmək”: “Qədim  türk  lüğəti”ndə  bu kök ya- 
bicimind
ə və “yay, kaman” (“silah”) anlamında qeydə alın-
mışdır  (ДТС,  221).  G.Klauson  ya  kökünün orta əsrlərdə 
türk dill
ərində “yay, kaman” “silah” mənasında işləndiyini 
qeyd edir (GC, 869). A.A.Zayonçkovski bu kökün arxe-
tipini m
əhz *ya- formasında bərpa etmişdir (156, 32). Əski 
özb
ək dilində yay (“silah”) sözü ya- formasında işlənmişdir 
(277
,  II,  453):  “Oğuznamə”nin  uyğur  variantında  da  ya 
“yay” kökü işlənmişdir: ja ok birlä takї kїlїç birlä  kalkan 
birlä  atladї  “Yay və  oxla,  qılınc  və  qalxanla  yola  düşdü” 
(286, 23). “Türk dill
ərindəki yat-, yay- (“silah”), yay- “sər-
m
ək”, yastı, yasla- // yaslan- “söykənmək” (türk.), yasdıq, 
yamac, yamuk (türk. “
əyri”) sözlərinin *ya- “əyilmək” kök 
 
86 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə