Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
2) Ulu türkc
ədə vurğu ona görə müxtəlif hecalarda ola 
bilm
əzdi  ki,  aydın  ifadə  olunmuş  saitlər ahənginə  malik 
olan bütün türk dill
əri məlum vurğusu ilə fərqlənir. 
3) Birinci hecanın üzərindəki vurğu həmişə sözün kar 
başlanğıcı ilə bağlıdır” (66, 98). 
Kök morfeml
ərdə  morfonoloji  inkişafı  izləmək üçün 
on
ların fonoloji strukturunu araşdırmaq lazımdır. Kök söz-
l
ərin bərpasında fonem variasiyalarının nəzərə alınması da 
vacibdir. N
əzərə  alaq  ki,  hazırki  türk  dillərinin kök (ana) 
türk dilind
ən  ayrılmasından  yüz  illər  keçmişdir.  Bu  uzun 
zaman 
ərzində hər bir türk dilinin özünəməxsus fonotaktika 
qay
daları  formalaşmışdır.  A.P.Dulzon  səs  əvəzlənmələri 
c
ərgəsi  əsasında  fonemlərin arxetiplərinin bərpası  məsə-
l
əsindən  danışarkən, türk dillərində  söz köklərinin etimo-
logiya
sının  nəzəri məsələlərinə  də  toxunmuşdur.  Onun 
q
ənaətinə görə, sözlərdə tarixən səs əvəzlənmələrinin düz-
gün izl
ənilməsi kök fonemin bərpası  işinə  kömək  etmiş 
olur. H
əmin prosesin nəticəsi kimi  ilkin arxetip müəy-
y
ənləşir (153, 94-95). E.Z.Kajibəyov qeyd edir ki, praktiki 
c
əhətdən türk dillərində istənilən samitin və ya saitin istə-
nil
ən samit və  ya saitə  keçməsi mümkündür (167, 99). 
V.M.
İlliç-Svitıç  Baltik və  slavyan dillərinin ortaq kök-
l
ərinin müəyyənləşdirilməsində aksentual paradiqma nəzə-
riyy
əsini tətbiq  etmişdir  (160,  6). Bu tədqiqatdan məlum 
olur ki, aksent uy
ğunluqları rekonstruksiyada mühüm amil 
ki
mi  çıxış  edə  bilər. A.Məmmədov da qədim aksentləş-
m
ənin kök sözlərin inkişafındakı əhəmiyyətini yüksək qiy-
m
ətləndirmişdir (205, 60). Araşdırmalar göstərir ki, vaxtilə 
türk dill
ərində  ahəng qanununun təsiri ilə  söz köklərində 
sinharmo
nik variantlar yaranmış və bu hadisə söz yaradıcı-
 
71 


BABA MƏHƏRRƏMLİ 
 
 
lığına  səbəb  olmuşdur  (285,  56). Türkologiyada heca ak-
sentl
əri nəzəriyyəsi  var.  A.M.Şerbak  ehtimal edir ki, türk 
protodilind
ə, yəni monosillabizmin üstünlük təşkil  etdiyi 
dövrd
ə heca aksentləri əsas rol oynamışdır. Həmin dövrdə 
heca aksentl
əri heca sinharmonizmi kimi  eyni zamanda 
delimitativ vasit
ə olmuşdur (290, 60).  
Türk dill
ərinin əsas  leksik  bazasının  etimologiyası,  ilk 
növb
ədə, fonoloji, morfonoloji, semantik qanunauyğunluq-
ların düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Çünki ilkin söz 
kökl
ərinin fonetik biçimləri  haqqında  təsəvvürlərin yara-
dılması məhz ilk səslərin də rekonstruksiyası məsələsini önə 
ç
əkir. Dilçilikdə kök morfemlərin praformasının bərpası, yəni 
rekonstruksiya m
əsələləri  ən qədim qaynaqlara  əsaslanaraq 
h
əyata keçirilməlidir. F.  de Sössür yazırdı:  “Rekonstruksiya 
el
ə bir alətdir ki, onun köməyi ilə nisbətən asanlıqla sinxron 
v
ə  diaxron  sıraya  aid  olan  çoxlu  ümumi faktlar müəyyən 
edilir...ilkin rekonstruk
siyanın köməyi olmadan tarixəqədərki 
dövrd
ən  başlayaraq neçə  əsrlər  boyu  baş  verən dəyişmələri 
aydınlaşdırmaq çox çətin olardı” (70, 385). 
Türk dill
ərində tarixən səs keçidləri ilə baş verən mor-
fonoloji prosesl
ər qədim söz köklərini səciyyələndirən əsas 
c
əhətlərdəndir. Səs keçidləri və  səs variativliyi qədim söz 
kökl
ərinin morfonoloji xüsusiyyətlərindəndir. M.Yusifov 
yazır: “Türk dillərində kök sözlərin müstəqil mənalarla in-
kişafı  prosesində  üfüqi və  şaquli  keçidlərə  məxsus məna 
f
ərqləndirici  əlamətlərinin müəyyən edilməsi qətiyyən nə-
z
ərdən qaçırıla bilməz (77, 65).  
Ümumiyy
ətlə, fonoloji və  morfonoloji dəyişmələrin 
iyerarxiya
sının tarixi inkişafının izlənilməsi söz köklərinin 
rekonstruk
siyası  işinə  yardım  edir.  Y.Kuriloviçin fikrincə, 
 
72 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
əgər hər hansı bir söz forması ancaq qəlibləşmiş ifadələrdə 
(y
əni idiomlarda) qalmışdırsa, ancaq onun sinonimləri müs-
t
əqil  işlənirsə,  demək ki, həmin forma daha qədim dövrü 
əks etdirir (187,  401). Daxili rekonstruksiyanın  mahiy-
y
ətində fonomorfoloji təhlil, hər hansı bir dilin öz qaynaq-
ları, yazılı abidələri, folkloru dayanır.  
Türk dill
ərində ilkin söz köklərinin kar anlautunu yal-
nız qədim yazılı abidələrdəki faktlar yox, həmçinin larinqal 
n
əzəriyyə də təsdiq edir. Azərbaycan dilçiliyində F.Ağası-
oğlunun  araşdırmalarında kök sözlərin  şərhi  zamanı  larin-
qal n
əzəriyyədən istifadənin müsbət nəticə  verməsi  qeyd 
edil
mişdir. F.Ağasıoğlunun fikrincə, yeni larinqal nəzəriy-
y
əyə  görə, prototürk dövrünün erkən  çağında  saitin  qəlibi 
bo
ğazda tutulma mərhələsi ilə müşayiət olunmuşdur. Alim 
larinqal s
əslərin sonrakı mərhələdə  ́a boğaz saiti tipli səs-
l
ərdən k // h səsi şəklində saitdən ayrılması fərziyyəsini irəli 
sürür. O, bu izl
ərin sarı uyğur, tuva dillərində qorunduğunu 
qeyd edir. Onun  q
ənaətincə, prototürk dövrünün orta  çağ-
larında  səs quruluşu  təkmilləşdikcə,  a  boğaz  saitinin ref-
leksl
əri yaranmışdır (3, 215). Müqayisə edək: Azərbaycan 
dialektl
ərində  adak, xalac dilində  hadaq, digər türk dillə-
rind
ə  ayaq  (bu sözün ilkin variantının  kadak  olması  haq-
qında fərziyyələr mövcuddur – B.M.), xalac dilində hot, di-
g
ər türk dillərində od // ot, xalac dilində hat, digər türk dil-
l
ərində at (144, 94). Həmin fərqlər də vaxtilə türk dillərində 
larinqal s
əslərin mövcudluğunu isbat edir. 
F.de Sössürün yarat
dığı  universal larinqal nəzəriyyə 
sonradan  inkişaf  etdirilərək hind-Avropa dillərində  etimo-
loji araşdırmalarda uğurla tətbiq olunmuşdur. Hind-Avropa 
etimo
loqları  söz  köklərinin ilkin formalarını  xett dilinin 
 
73 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə