Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
xili rekonstruksiya mövzusuna ilk d
əfə F.de Sössürün “İlk 
yaranan  saitl
ər sistemi” məqaləsində  toxunulmuşdur  (253, 
302-562). Dilçilikd
ə daxili rekonstruksiyanın əsas prinsip-
l
əri Y.Kuriloviçin araşdırmalarında irəli sürülmüşdür (187, 
400-432).  Daxili rekonstruksiya n
əzəriyyəsinin banisi 
Y.Kuriloviç hesab edils
ə  də, dilçilik tarixində  daxili re-
konstruksiya termini ilk d
əfə  C.Bonfante  tərəfindən  işlə-
dilmişdir  (228, 68). Türkologiyada  E.V.Sevortyan  (248; 
249; 250; 252),  A.T.Kaydarov  (168; 171; 172), B.M.Yu-
nus
əliyev  (295), J.A.Mankeyeva  (208; 209), V.İ.Sintsius 
(281), A.P.Dulzon  (153), B.O.Oruzbayeva  (231),  L.S.Le-
vitskaya  (190; 191), E.Z.Kajib
əyov  (164; 165; 166; 167), 
V.Aslanov  (11; 12)  v
ə  A.Məmmədovun  (50;  205; 206; 
207)  t
ədqiqatlarında kök morfemlərin rekonstruksiyasının 
n
əzəri məsələlərinə toxunulmuşdur.  
Daxili rekonstruksiya  bir dilin daxili uyğunluqlarına, 
tarixi inkişafına əsaslanır, xarici rekonstruksiya isə özündə 
qohum dill
ərin  faktlarını  ehtiva  edir.  Azərbaycan dilçili-
yind
ə V.Aslanovun araşdırmalarında  daxili rekonstruksiya 
metodundan yüks
ək  peşəkarlıqla istifadə  olunmuşdur  (11, 
38-44;12, II, 21-229; 12, III, 8-177). 
Dilçilik tarixind
ə etimologiyaya baxışlar da müxtəlif-
dir. H
ətta bəzi dilçilər, ümumiyyətlə, pradil, protodil anla-
yışlarını da inkar etmiş, beləliklə, dilin tarixi inkişafını qə-
bul etm
əmişlər. A.Meye, N.Y.Marr, V.Pizani ilkin dil, proto-
dil m
əfhumlarını inkar edirdilər. Dilçilik tarixində protodilin 
v
əziyyəti haqqındakı  nəzəriyyələrdə  üç  əsas paradiqma da-
yanır:  1)  A.Şleyxerin  “nəsil-şəcərə  ağacı”  nəzəriyyəsi; 2) 
İ.Şmidt  və  Q.Şuxardtın  “dalğa”  nəzəriyyəsi; 3) N.S.Trubeç-
kovun “allogenetik qohumluq” n
əzəriyyəsi (228, 33). 
 
68 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Türkologiyada b
əzən etimoloji araşdırmalarda obyek-
tivlik gözl
ənilməmişdir.  Məsələn, E.V.Sevortyan türko-
logiyadakı  etimoloji  araşdırmalar  haqqındakı  məqaləsində 
hind-Avropa dill
ərinin zəngin yazılı qaynaqlara malik oldu-
ğunu, türk dillərinin isə bu qaynaqlardan məhrum olduğunu 
iddia edir. Onun fikrinc
ə,  hətta qədim  uyğur  dili  ilə  yeni 
uyğur  dili  arasındakı  bağlantı,  əlaqə  mübahisəlidir (249, 
36). O zaman sual yaranır ki, niyə E.V.Sevortyan türk dillə-
rinin VIII-X 
əsrlərə aid zəngin qəbirüstü  yazılarını nəzərə 
alma
mışdır?  Əlbəttə, türk dillərinin tarixinə  bu cür ögey 
münasib
ət yolverilməzdir. 
Konkret bir türk dilind
ə geniş diaxron və sinxron mü-
qayis
ə olmadan, fonetik modifikasiyaları, reduksiya,  sıxıl-
ma, proteza, eliziya, metateza, geminant
laşma, leksikləşmə 
m
əsələlərini nəzərə almadan rekonstruksiya aparmaq müm-
kün deyil (170, 42). Kök morfeml
ərin arxetipinin bərpasın-
da, mü
əyyənləşməsində  protetik səslər də  mütləq nəzərə 
alınmalıdır.  Çünki  bir  dildən digər dilə  keçən söz həmin 
dilin 
fonotaktikasına uyuşur, yeni forma qazanır. Məsələn, 
türk dill
ərində işlənən əl sözü Dağıstan dillərinə aid tabasa-
ran dilind
ə xel // xil variantındadır.  
Türk dill
ərinin etimologiyası ilə bağlı aparılan tədqi-
qatlar göst
ərir ki, ilk türk söz köklərinin  formalaşmasında 
s
əs ritmləri mühüm rol oynamışdır. Vaxtilə söz köklərində 
heca ritml
ərinin dəyişməsi, səs  tonları  protosözlərdə  se-
mantik d
əyişmələrə yol açmışdır. Supraseqment elementlər 
(vurğu, səsin tonu, intonasiya) protosözlərin semantik dife-
ren
siallığını  təmin edən ünsürlər kimi fonematik funksiya 
daşımışdır. A.T.Kaydarov qeyd edir ki, türk söz kökü tarixi 
inkişafın  müxtəlif mərhələlərində  bütöv dil vahidi kimi 
 
69 


BABA MƏHƏRRƏMLİ 
 
 
mövc
ud olmuşdur və etimoloji cəhətdən onun öyrənilməsi 
fonetik 
meyarlarla  sıx  bağlıdır  (171,  14). Spontan səs ke-
çidl
ərinin, variantlılığın nəzərə alınması türk dillərinin kök 
morfeml
ərinin  rekonstruksiyasında həlledici rol oynayan 
faktlardan biridir.  
Dünya dilçiliyind
ə  praformaların  bərpası  məsələ-
sind
ə  iki  əsas fikir mövcuddur. Birinci fikir ondan iba-
r
ətdir ki, hind-Avropa dilçiliyində sözün etimologiyasının, 
m
ənşəyinin  araşdırılmasında  onun  ilkin  formasının  re-
konstruksi
yası  əsas sayılmır.  Həmin fikrə  görə, o sözün 
etimologiyas
ı verilə bilər ki, onun hər hansı bir feil kökün-
d
ən təşəkkül tapdığı isbat edilsin. Digər bir fikrə görə isə, 
(bu, 
əsasən, Ural etimoloqlarının  fərziyyəsidir) protodil 
dövründ
ə hər hansı bir söz yaradıcılığı prosesi inkar olu-
nur  (154,  18). Halbuki protodild
ə indiki dövrdəki morfo-
loji v
ə sintaktik üsullardan fərqli olaraq, fonoloji söz yara-
dıcılığı aparıcı yer tutmuşdur. 
Türkoloq
ların fikrincə, qədim türk söz kökündə vurğu 
əvvələ düşmüşdür. Qədim türk sözlərinin vurğusu haqqında 
“Türk dill
ərinin tarixi qrammatikası”  əsərində  aşağıdakı 
müdd
əalar irəli sürülmüşdür: 
“Ulu türkc
ədə  güc  vurğusu  olmuş  və  sözün birinci 
hecasının üzərinə düşmüşdür. Bu gümanın  xeyrinə bir sıra 
əsaslar gətirmək olar: 
1) Saitl
ərin ahənginin həyata keçirilməsində  istiqa-
m
ətləndirici rolunu saxlamaq üçün birinci heca öz key-
fiyy
ətini itirməməli idi. Bu o vaxt mümkün idi ki, vurğu bi-
rinci hecanın üzərinə düşsün.  
 
70 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə