Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə40/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
d
əki ad-feil korrelyatı  olan  aq-  “axmaq” kökü ilə  sami-
hami dill
ərindəki  ku  “su, tökülmək” köklərini müqayisə 
edir (165, 132). Hal-
hazırda da müxtəlif dillərdə ka // ku 
“su” kökü mövcuddur. Bu q
ədim nostratik kökdən  meta-
teza n
əticəsində müxtəlifsistemli dillərdə ak- // aq- // ax
“axmaq, tökülm
ək” feili  formalaşmışdır.  Analoji  müqa-
yis
ə: türk dillərində:  kuy-  //  quy-  //  kud-  “tökmək,  axıt-
maq”  -  kud-  //  kuy-  <  *ku  “su”. Dem
əli,  yağ- feili  aq-  // 
ak- // ax- feilinin 
əvvəlinə səsinin artırılması yolu ilə ya-
ran
mışdır.  Müqayisə  edək: manc. aqa  “yağış”  (262, 20), 
xet.  eku  “içm
ək”  (ССМСИЯ,  79),  ass.  agu  “su  axını” 
(AD, I, 157), protogerm.  *agra 
“daşqın” (EDPG, 5), yap. 
aka  “müq
əddəs  su”  (БЯРС,  11),  latış.  aka  “su quyusu”, 
selk.  ak  “ça
yın  mənsəbi”, xant.dial. yax “çay”, bury. axa 
“böyük  çay”  (СНГТ,  33,  465). “Tökülmək, axmaq” se-
mantikasının su anlayışı ilə bağlılığını qədim şumer dilin-
d
əki šu- “tökmək, axmaq” (SL, 28) feili ilə türk dillərin-
d
əki su kökünün analogiyası sübut edir. 
Türk dill
ərində işlənən ok // ög // oq “ana, tayfa, nə-
sil”  - 
doğ- “doğmaq, törəmək” - *tox “toxum” köklərində 
d
ə  protetik səs söz yaradıcılığına  səbəb olmuşdur. Müqa-
yis
ə üçün qeyd edək ki, protetik səslərin kök sözlərdə se-
mantik v
ə fonoloji divergensiya yaratması prosesinin izlə-
rini hind-Avropa dill
ərinə  aid kök sözlərdə  də  müşahidə 
etm
ək mümkündür. Məsələn, qəd.hind.-Avr. *ar “su”, tox. 
war 
“su” (ССМСИЯ, 40), qəd.hind. varsa, “Avesta”da vār 
“yağış” (195, 172). Təkhecalı köklərdə anlautdakı samitin 
müxt
əlif dillərdəki reflekslərini nəzərə  alaraq, ilkin kökün 
sonradan s
əs protetikliyinin nəticəsi kimi yeni sözə çevril-
m
əsini  müşahidə  etmək mümkündür. Məsələn, türk dil-
 
126 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
l
ərindəki qar // kar “qar” sözü qədim türkcələrdən olan çu-
vaş dilində xur şəklindədir. Həmin kökün paraleli mari di-
lind
ə yur (“yağış”) formasındadır (290, 168). İlkin *ar “su” 
kökünd
ən yaranan bu sözlər, göründüyü kimi, səs protetik-
liyi il
ə  yeni sözə  çevrilmişdir.  H.Mirzəyev  an-  və  qan- 
feill
ərinin homogen olduğunu göstərir (56, 51). Yəni qədim 
an- feilind
ən səs protetikliyi ilə yeni söz formalaşmışdır  
S
öz kökünün formalaşması probleminə kompleks ya-
naşmaq üçün fərqli dillərə aid nəzəri fikirləri də saf-çürük 
etm
ək lazımdır. Sami dillərində metateza hadisəsi ilə söz 
ya
radıcılığı tarixən çox aktiv olmuşdur. S.S.Mayzel qeyd 
edir  ki, metateza v
ə  alloteza hadisələri sami dillərində  o 
zaman m
əhsuldar söz yaradıcılığı vasitəsi olmuşdur ki, hə-
min dill
ərdə  affikslər hələ  mövcud deyildi (193,  24). 
Metatezik yol, üsul  q
ədim dönəmlərdə  dilin leksik baza-
sının  zənginləşməsinə  xidmət edən bir hadisə  olmuşdur. 
Halbuki müasir dövrd
ə bu hadisəyə ancaq kombinator sə-
ciyy
əli hadisə kimi yanaşılır. M.Erdal zəngin faktlarla qə-
dim türk dilind
ə  metatezanı  geniş  yayılmış  fonoloji 
hadis
ələrdən biri kimi səciyyələndirir  (299,  114).  S.Əli-
zad
ə metatezanın söz köklərində söz yaradıcılığına səbəb 
olduğunu yazır (24, 50). 
H
əm ölü dillərdəki, həm də qədim türk yazılı qaynaq-
larındakı  faktlarla  müasir  türk  dillərindəki söz köklərini 
müqayis
ə etməklə ilkin köklərin inkişaf istiqamətlərini mü-
əyyənləşdirmək mümkündür. Məsələn, dialektlərimizdəki 
usdamaq “susamaq” (ADDL, 520) sözünün möv
cudluğu bu 
sözd
ə qədim dövrlərdən metatezanın baş verdiyini göstərir. 
Əski türk yazılı qaynaqlarında da us “su” komponentli söz-
l
ər  işlənmişdir.  Məsələn, VIII əsrə  aid  uyğur  yazılarında 
 
127 


BABA MƏHƏRRƏMLİ 
 
 
usak  “susuzluq”,  usuk  “susamaq” m
ənalarındadır:  usakı 
ya
ηça içgül “Susayanda su iç”, er usuktı “Kişi susadı” (GC, 
245). 
İslanmaq feilinin tərkibindəki ıs morfemi metatezanın 
söz yara
dıcılığındakı rolunu isbat edir. B.Xəlilov islanmaq 
feilind
ə is hissəsinin  metatezaya uğradığını  təsdiq edir, il-
kin  formanın  si  //  çi  şəklində  olduğunu  göstərir (32, 80). 
Q
ədim türk abidələrində  usu-  “içmək”,  usağ  “susuz”,  us-
mak-  “susuzlamaq” m
ənalarındadır    (64, IV, 470; QTAS, 
117).  
Müasir sarı uyğur dilində us- feili “susamaq” anlamını 
ifad
ə edir (201, 131). İslan- // ıslan- feilinin etimoloji kökün-
d
ə  *ıs  “su” morfemi dayanır.  Müqayisə  edək: mon.  us  // 
usun  “su”,  uslaq  “sulu” (MED, 88), urar. isina  “arx, su il
ə 
bağlı  hər  hansı  bir  suvarma  sistemi”  (АСУЯ,  149).  Türk 
xalq danışıq dilində də usu “su” sözü işlənir (TTSKBS, II, 
972). Dem
əli, ı~u əvəzlənməsi nəticəsində ıs // us kökü for-
ma
laşmışdır.  Azərbaycan dilinin  şivələrində  ussu  (Salyan) 
vari
antı da var. Uyğur dialektlərində usa- // usu- “susamaq” 
feili işlənməkdədir (251, 149). Yəni ıs // us // sı - su keçidləri 
il
ə  eyni kökün variantları  –  allomorfları  yaranmışdır.  Doğ-
rudur,  islanmaq  feilinin  m
ənşəyi haqqında  digər ehtimallar 
da var. M
əsələn, Q.Bağırov  bu  sözün kökünü  ıs  //  is  “iy, 
qoxu” morfemi il
ə bağlayır (14, 117). Ancaq həmin hipoteza 
sözün semantika
sında bir o qədər də öz əksini tapmır, yəni 
burada semantik prinsipi mütl
əq gözləmək  lazımdır,  çünki 
islanmaq 
anlayışı  su  məfhumu ilə  əlaqədardır.  İ.Z.Ey-
yuboğlu da türk dilindəki ıslak “nəm” sözünün su sözündən 
t
əşəkkül tapdığını  bildirir. O, islak  kökünün  sulak  //  uslak 
şəklində formalaşdığını göstərir (TDE, 334).  
B
əzi türk dillərində (q.qalp., Alt., qırğ.) uk// uq- feili 
“eşitmək, qulaq asmaq” anlamındadır  (113,  151;  Кир.РС, 
 
128 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə