Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
duq,  yab
ğusunu, şadını” (60, 120). Digər faktları nəzərdən 
keçir
ək:  tu-  “doldurmaq,  tutmaq,  tıxamaq,  qarşısını  kəs-
m
ək” (Tonyukuk): Sülədim, – tidim. Kögmən yolı bir ermis
tumıs,  tiyin esidip bu yolın yorısar yaramaçı tidim, yerçi 
til
ədim  “Qoşun  çəkək,  –  dedim. Kökmən  yolu  bir  imiş, 
(onu da düşmən) tutmuş, – deyə eşidib, – bu yolla getmək 
yaramaz, – dedim...b
ələdçi dilədim (60, 123); ko- “qoymaq, 
salmaq” (Bilg
ə  Xaqan, Moyun Çor):  Bunca  budun  saçın, 
kulkakın  (yanakın)  ıçdı.  Edgü  özlək  atın,  kara  kisin,  kök 
tiyinin  sansız  gəlürin  kop  kotı  “Bunca  xalq  saçını  yoldu, 
qulağını,  yanağını  cırdı,  yaxşı  cins  atını,  qara  samurunu, 
göy d
ələsini gətirib hamısını (dəfn mərasimi üçün) qoydu” 
(60,  103,  107);  to-  “doymaq, tox olmaq” (Gül Tigin): 
Ötüg
ən yir olurup, arkış - tirgiş ısar, nən bunığ yok. Ötükən 
yiş olursar, bengü il tuta olurtaçısən, türk bodun tok. Arık 
oks
ən,  açsık,  tosık  öməzsən,  bir  todsar,  açsık  öməzsən 
“Ötük
ən yerində oturub karvanlar göndərsən, heç bir dərdin 
yox. Ötük
ən  ormanında  otursan,  əbədi el düzəldərək otu-
rasısan, türk xalqı, tox. Arıq oxsan, aclıq, toxluq bilməzsən, 
bir  doysan,  aclıq  bilməzsən” (60,  71);  bi  “madyan”  (Irk 
Bitik):  B
əg ər yontunaru barmış, ak bisi kulunlamış, altun 
tuyuğluğ  adğırlığ  yarağ  “Bəy ər  ilxısına  tərəf  getmiş.  Ağ 
mad
yanı  qulunlamış,  qızıl  nallı  ayğırlığa  yarayar”  (60, 
195);    “
qoşun,  ordu”  (Gül Tigin,  Bilgə  Xaqan, Moyun 
Çor, Tonyukuk):  Sü sül
əpən  tört  bulundakı  bodunuğ  kop 
almıs, kop baz kılmıs,  başlığığ yügüntürmis “Qoşun çəkib 
dörd t
ərəfdəki  xalqı  bütünlüklə  almış,  tabe  etmiş,  başçını 
s
əcdə etdirmiş, dizlərini çökdürmüş” (60, 119); - “sındır-
maq, yer
ə salmaq, dağıtmaq, dağıdılmaq” (Gül Tigin, Bilgə 
 
151 


BABA MƏHƏRRƏMLİ 
 
 
Xaqan):  M
ənim  sabımın  sımadı  “Mənim sözümü  sındır-
madı” (60, 71).  
S.Y.Malov to “say” sözünü Altay dilind
əki , monqol 
dilind
əki  (“miqdar, say”) paraleli ilə müqayisə edir. Onun 
fikrinc
ə, tümən sözünün kökü bu morfemlə bağlıdır (ПДП, 
431). Abid
ələrdə işlənən  “rəng, fərqli” sözü müasir türk 
dilind
ə işlənən türlü “çeşidli” sözünün kökündə dayanır. 
“Kitabi-D
ədə  Qorqud”  dastanında  qoy-  feilinin  ilkin 
forması  qo-  şəklində  işlənmişdir:  Dərsə  xan istədi kim, 
oğlancuğın üstinə körəlib düşəydiOl qırq namərd qomadı 
(KDQ, 37); 
Ağ alınların yerə qodılar (KDQ, 66). Eposda 
s
ın- feilinin ilkin forması sı- şəklində işlənmişdir: Uruz ba-
ba
sının  sözin  sımadı,  qayıdub  gerü  döndi  (KDQ, 71). 
C
ənubi Asiya dillərinə  aid tibet dilində  də  analoji kök 
mövcuddur: 
sık-  “sınmaq” (157, 62). Beləliklə,  sı- 
kökünün izl
əri digər dillərdə  də  müşahidə  olunur.  Das-
tanda  qu  “söz, x
əbər” mənasındadır: Ulu kiçi qalmıya-söz 
ayıdana,  qarı-qoca  qalmıya,  qu  ayıdana  (KDQ,  42). 
G.Klauson orta 
əsrlərə  aid  etimoloji  lüğətində  aşağıdakı 
CV 
quruluşlu sözləri qeydə almışdır: bu (işarə əvəzliyi), bi 
“ülgüc” (biç- feilinin köküdür),  ba
“bağlamaq”: at badım 
“Atı  bağladım” (GC, 292). Qal-  feilinin  *qa-  şəklindən 
yaran
masını  uyğur  dialektlərindəki faktlar sübut edir. 
Uyğur  dilində  indi də  qa-  “qalmaq” mənasındadır  (УДС, 
126, 
133). Uyğur dialektlərində həmçinin qi- “etmək” an-
la
mındadır (УДС, 135). O feil də  qıl- // kıl- feilinin ilkin 
şəklidir. Uyğur dialektlərində - feili “görmək” mənasın-
dadır (УДС, 94). Türkologiyada belə bir fikir var kikor, 
gör-, göz  sözl
ərinin mənşəyi eynidir, onlar   kökündən 
yaranmışdır (17, 16; 1, 28). Müqayisə üçün qeyd edək ki, 
 
152 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
dravid dill
ərində  gi-  “görmək”  kökü  işlənməkdədir (157, 
43). Dem
əli, bu dillərdə gör- sözünün kökü CV biçimində 
qorunmuşdur. Yür- // yürü- feilinin ilk şəkli - variantında 
uyğur  dialektlərində  mühafizə  edilmişdir  (УДС,  85).  Qə-
dim türk abid
ələrində işlənən ku // qu “səs” kök morfemi 
çağdaş  türk  dilinin  dialektlərində  qorunmuşdur:  Bu gu 
uzaktan geliyor (DS, VI, 2184) “Bu s
əs uzaqdan gəlir”. 
Türk söz kökl
ərinin bugünkü mənzərəsi min illərin 
trans
formasiyalarını, divergensiyalarını əks etdirir. Türk dil-
l
ərinin bir çox söz köklərinin praformalarını ölü dillərin ma-
teri
allarına istinad edib rekonstruksiya etmək olar. Məsələn, 
türk dill
ərindəki dağ // tağ // tau  “dağ” lekseminin arxetipini 
q
ədim Misir dilindəki  tu  “dağ”  (EHie.D,  823) sözünün 
köm
əyi  ilə  bərpa etmək mümkündür. Deməli,  dağ  //  tağ 
sözünd
ə sonuncu samit daşlaşmış şəkilçi funksiyasındadır. 
Bel
əliklə, yuxarıdakı faktlar bir daha sübut edir ki, CV 
(samit+sait
) quruluşlu morfemlər ən qədim kök formaların-
dan
dır. Çağdaş türk dillərində onların çox az qismi mühafizə 
edil
mişdir. Həmin köklərin inkişafı, əsasən, asemantikləşmə, 
fuzial
laşma ilə  nəticələnmişdir.  Bu  köklərin  əksəriyyəti in-
diki dövrd
ə sadə hesab etdiyimiz köklərin tərkibində qorun-
muşdur.  Türk  dillərinin  ilkin  inkişaf  mərhələsindən  başla-
yaraq  CV  tipli kök morfeml
ər fonomorfoloji təkamülün 
n
əticəsi olaraq struktur dəyişmələrə  məruz qalmışdır.  Türk 
dill
ərində  CV  (samit+sait) heca tipi bir çox feil  və əvəzlik 
kökl
ərinin etimoloji əsasında dayanır. CV heca strukturu türk 
dill
ərində ən çox fuziallaşan kök formalarındandır. 
Türk dill
ərinin erkən dövrlərində işlənən ən qədim söz 
formalarından biri də V (sait) quruluşlu köklərdir. Bəzi tür-
koloqlar bu tipli kökl
ərin qədim dövrdə  varlığını  inkar 
 
153 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə