TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
s
əlidir. Buna görə də onların mənşəyi naməlumdur (290,
142). Bel
əliklə, türkologiyada V (sait) quruluşlu köklərin
m
ənşəyi haqqında olan fikirlərdə qeyri-müəyyənlik var.
Türk dill
əri ilə çoxsaylı leksik paralellərə malik olan
şumer dilində V (sait) quruluşlu sözlər işlənmişdir: a “ata”,
“göz yaşı”, “tufan”, e “ev”, “ailə”, “məbəd”, ı “bitki, ot” (81,
9). K.M.Musayev, V.Aslanov, F.C
əlilov, V.L.Kotviç,
B.M.Yunus
əliyev, A.T.Kaydarov, Ə.Rəcəbli, B.Xəlilov V
quruluşlu söz köklərini türk dilləri üçün ən qədim söz struk-
turlar
ından biri hesab edirlər. Biz də bu qənaətə gəlirik.
Orxon-Yenisey abid
ələrində işlənən V (sait) quruluşlu
kökl
ər bunlardır: u “yuxu” (Gül Tigin, Tonyukuk), ı “ağac,
bitki” (Tonyukuk), ö-
“duymaq, düşünmək, anlamaq” (Gül
Tigin, Irk Bitik), u- “bacarmaq, olmaq” (Gül Tigin, Turfan),
i- “etm
ək” (Moyun Çor, Gül Tigin, Küli Çor), ü- “yığmaq,
birl
əşdirmək” (Gül Tigin, Bilgə Xaqan) (60, 357, 372, 380,
381). G.Klausonun eti
moloji lüğətində qeyd edilir ki, bir
saitd
ən ibarət söz kökləri türk dillərində o qədər də çox
deyil. O, bel
ə sözlərə aşağıdakıları nümunə göstərmişdir: o
“müdafi
ə”, u- “olmaq”, ö- “fikirləşmək, xatırlamaq”, u
“yuxu”, u- “bacarmaq, mümkün olmaq”,
ı “kol” (GC, 2).
“Q
ədim türk lüğəti”ndə aşağıdakı V (sait) tipli söz
kökl
əri verilmişdir:
1) ö – “fikirl
əşmək, “duymaq, anlamaq”: menŋä acγїl
emdi ešitmiš ömiš
: “İndi mənə de görüm, nə eşitmisən, nə
haqqında fikirləşmisən” (ДТС, 375);
2) u – “yuxu”:
qırqїzїγ uqa basdїmїz “Yuxuda
qırğızların üstünə hücum çəkdik” (ДТС, 603);
3) u – “dözm
ək, sinə gərmək”: saqїnč qa
δγu birlä özüm
umadї: “Mən kədərli fikirlərə dözə bilmədim” (ДТС, 603);
157
BABA MƏHƏRRƏMLİ
4) u – “bacarmaq”;
üč oγlanїmїn ulγa[d] turu umadїm
“M
ən üç oğlumu böyütməyi bacara bilmədim” (ДТС, 603);
5)
ı – “bitki, ağac” (ДТС, 216).
Müasir türk dill
ərində həmin köklər, əsasən, aseman-
tikl
əşmişdir. Məsələn, ağac sözünün kökü qədim ı (“ağac,
me
şə”) morfemidir. Bəzi türk dillərində indi də ağac sö-
zünün
ığac şəklində işlənməsi fikrimizin doğruluğunu təs-
diq edir. Türk dill
ərində iğac // ağac // ağış // ağaş // ıyaş
forma
larında işlənən bu söz “bitki, ölçü vahidi, odun, kol,
meşə” mənalarındadır. Şumer dilində u kökü “yatmaq”
anlamını ifadə etmişdir (SL, 4). Deməli, dilimizdəki uzan-
sözünün kökü *u “yuxu” kök morfemidir. M
əlum d>z, d>y
keçidl
əri türk dillərinin tarixi fonologiyası üçün səciyyə-
vidir. Q
ədim özbək dilində d // z refleksi ilə uzı- “yatmaq”
fe
ili işlənmişdir (277, II, 431). Müqayisə edək: kom.-perm.
uzьnı “yatmaq”, udm. izın “yatmaq”, qəd.perm. *uz “yat-
maq” (КЭСКЯ, 296), kom.-perm. un, udm. um, mord.
udoms, mans. ul
əm “yuxu” (КЭСКЯ, 297). Sonradan bu
kökd
ən d~y əvəzlənməsinə əsasən uy- // ud-, uyu-, uyku //
uyğu, udıq “yuxu”, udıt- “yatmaq” (ДТС, 605) sözləri ya-
ran
mışdır. U- “yatmaq, yuxu” morfemi müasir türk dillə-
rind
ə işlənən aşağıdakı sözlərin tərkibində mühafizə olun-
muşdur: Azərb. yuxu, türk. uyumak “yatmaq”, uyku “yuxu”,
türkm.
ukı, yak. uu “yuxu”, s.uyğ. uzu- “yatmaq”, dolq.
utuy “yat
maq” (ДРС, 77). Rus dilində işlənən уют (“rahat-
lıq”) sözü də türk mənşəlidir. Orxon-Yenisey abidələrində
işlənən uyğu “yuxu”, udıcık “yatmaq”, udı- “yuxulamaq”
(QTAS, 114-115) sözl
əri u “yuxu” kökünün derivatlarıdır.
Türkm
ən yazılı qaynaqlarında uymak “yatmaq” anlamında-
dır: Oyandırsak uymuş bakqtı (TKES, 396). Xakas dialekt-
158
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
l
ərində uzu- yatmaq” feili işlənir (147, 12). Bu söz də
q
ədim türk sözlərindəki ənənəvi d // z refleksini əks etdirir.
Q.Bağırov abidələrin dilindəki faktlara əsaslanaraq, oyan-
feilinin m
ənşəyini u “yuxu” morfemi ilə bağlayır (14, 122).
H
əmin ehtimal inandırıcıdır.
Q
ədim türk dialektlərində u- “bacarmaq” kökü işlən-
mişdir (ДТД, 133). Fikrimizcə, dilimizdə işlənən uğur sö-
zünün kökü q
ədim u- (“bacarmaq”) morfemidir. Yəni qə-
dim u- morfemi
uğur sözündə (*u+ğur) asemantikləşməyə
m
əruz qalmışdır. *U- “bacarmaq” feilinin kökü yakut dilin-
d
əki uy “bacarıq” sözündə də qorunmuşdur. Bu qədim kö-
kü özünd
ə mühafizə edən sözlərdən biri oğan “Allah” lek-
semidir. V.Aslanov h
əmin sözün kökünü u- “bacarmaq”
feili il
ə əlaqələndirir (12, II, 268). N.A.Baskakov (115, 42),
M.Seyidov (68, 257) da h
əmin fikri irəli sürür. U- “bacar-
maq” feili ondan tör
əmə uğan // oğan “Allah, tanrı”, oğan
“qüdr
ətli, qüvvətli” sözlərində daşlaşmışdır. Uğan // oğan
sözü q
ədim türk yazılı qaynaqlarında aktiv işlənmişdir:
Kaçan ölüp gurg
ə kirsə, gurı kingür,
Uğan İzim, Rahim, Rahman, rahməti bar (ƏY, 41).
Bu söz q
ıpçaq yazılı abidəsi “Houtsma” lüğətində
oğan (“Allah, yaradan, törədən”) (188, 174), XV əsrə aid
yazılı abidələrdə uğan (“Allah”) biçimlərində işlənmişdir.
T
ürk yazılı abidələrində işlənən öd // öt “öyüd”, ödük
“n
əsihət”, od- “anlamaq”, ökünc “öyünmə”, ög- “öyrən-
m
ək”, ögə “müdrik”, ögləş- “məsləhətləşmək”, ögür- “dü-
şündürmək”, ötlə- “nəsihət vermək” (QTAS, 81, 84, 88)
sözl
ərinin etimoloji əsasında qədim * ö- (“düşünmək, anla-
159
Dostları ilə paylaş: |