Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə49/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
edirl
ər. Qeyd edək ki, yalnız bir saitdən ibarət heca forması 
müasir türk dill
ərinin əksəriyyətində  arxaikləşmiş,  aseman-
tikl
əşərək digər sözlərdə izlərini saxlamışdır. Bu kök forması 
türk dill
ərində  ən  çox  daşlaşan,  arxaikləşən söz modelidir. 
Müasir türk dill
ərində mövcud olan V (sait) biçimli köklərin 
b
əzisi sonradan yaranmadır. Məsələn, Sibirdə yaşayan bara-
ba tatar
larının dilində ö kökü “ev”, “ailə” mənasında işlənir 
(150,  193).  Ehtimal ki, h
əmin kök samitinin reduksiyası 
n
əticəsində ev // öv formasından yaranmışdır. 
Türkologiyada t
ək sait (V) quruluşlu köklərin morfo-
noloji  inkişafı  mövzusu  ən çox N.A.Baskakovun  araşdır-
mala
rında öz əksini tapmışdır. N.A.Baskakov bu tipli kök-
l
ərin  CVC  formalı  köklərdən yarandığını  iddia  etmişdir 
(113,  147-152). Az
ərbaycan dilçiliyində  M.Yusifov  (78, 
113) v
ə B.Xəlilovun araşdırmalarında (32, 84-109; 35, 49-
52)  V 
(sait)  formalı  feil  köklərinin  fonosemantik  inkişafı  
şərh olunmuşdur. 
Müasir türk dill
ərində V (sait) quruluşlu müxtəlif kök-
l
ər mövcuddur:  s.uyğ.  e-  “olmaq”  (201,  24),  ü  “ev” (201, 
132), Sib.tat.  ü 
“ev” (СДСТ, 228), yak. i “iy” (124, 458), 
lob.  i-  “olmaq” (200, 112). 
Sarı  uyğur  dilindəki  u  “ev” 
kökü (201,  132)  v  reduk
siyası  nəticəsində  yaranmışdır. 
Dem
əli,  V  quruluşlu  köklərin  hamısını  ilkin  hesab  etmək 
düzgün deyil. Ad
ətən,  qədim hind-Avropa dilçiliyində  V 
(sait) qu
ruluşlu ilkin köklərin varlığı istisna edilir (221, 92). 
Ə.Nəcip XI-XIV əsrlərə aid türk bədii qaynaqlarında 
sözünü “hakim” m
ənasında  qeydə  almışdır  (ИССТЯ,  68). 
A.N.
Kononov türk runik yazılarında işlənən ini “kiçik qar-
daş”  sözünün  *i  kökündən  yarandığını  fərz  etmişdir:  i+ni 
(ini) “ki
çik  qardaş”  (179,  75). Fikrimizcə,  ini  sözü  *an 
 
154 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
“can
lı” kökünün derivatıdır. XII-XIII əsrlərə aid təfsirlərdə 
“sahibkar”, ï- “gönd
ərmək”, u- “bacarmaq” kökləri işlən-
mişdir (127, 320).   
Q
ədim dövrdə tək saitli kök morfemlərin varlığına şüb-
h
ə ilə yanaşan dilçilər də var. Ancaq əski türk yazılı abidələ-
rind
əki faktlar bir daha sübut edir ki, türk dillərinin ilk çağla-
rında bu cür köklər  mövcud  olmuşdur. Türk  dillərinin dia-
lekt v
ə şivələrində V (sait) quruluşlu köklər mühafizə edil-
mişdir. Məsələn, Azərbaycan dilinin Dərbənd dialektində i- 
“yem
ək” anlamındadır (13, 109). Uyğur dilinin Hami ləhcə-
sind
ə ӓ- // e- // i- “olmaq” feili işlənir (199, 139, 148, 151). 
A.T.Kaydarov  erdi-,  en-  sözl
ərinin kökünün e- oldu-
ğunu göstərir (171, 206). Əski uyğur abidələrində ı “ağac”, 
“bitki”, 
ı- “göndərmək”, u “yuxu” tipli, yəni yalnız bir sait-
d
ən ibarət sözlər işlənmişdir. U- “fikirləşmək” kökünün izi 
tatar dilinin Oren
burq  şivələrində  işlənən  ula-  //  uyla
(“fikirl
əşmək”) feilində qalmışdır (244, 29). Fikrimizcə, öy-
r
ən- feilində V (sait) quruluşlu ö- “fikirləşmək” kökü ase-
mantikl
əşmişdir.  Qədim türk dilində  ögə  “fikir” anlamını 
bil
dirmişdir.  Sibir  tatar  dialektlərində  i  “yumşaqlıq” 
(CДСТ,  52),  yakut dilində  ӓ-  “olmaq”  (СЯЯ,  I,  213) 
kökl
əri var. Altay dilində e- (“çatmaq”) morfemi er- // ir
feilinin kökü kimi  V 
(sait)  şəklində  qorunmuşdur (ATS, 
79). Uyğur dilinin Sintszyan ləhcəsində də e- “olmaq” mə-
na
sındadır  (203,  107).  Əslində,  r  digər cingiltili samitlər 
kimi z
əif səs və auslaut (söz sonu) zəif mövqe olduğundan 
reduk
siyaya uğramışdır. XII əsrə aid Ə.Yəsəvinin “Divani-
hikm
ət” əsərində i- feili “olmaq” mənasındadır (ƏY, 123). 
M
üasir şor dilində ı- “ağlamaq” anlamını bildirir (33, 15).  
 
155 


BABA MƏHƏRRƏMLİ 
 
 
Yazıyaqədərki  dövrdə  kök morfemlərin fərqli heca 
tipl
əri anlautda və auslautda samit-sait distribusiyasının nə-
tic
əsi kimi yaranmışdır. Fonetik dəyişmələr əsrlər boyu da-
vam ed
ərək müasir kök morfemlərin formalaşmasına səbəb 
ol
muşdur.  Bəzi  türkoloqların  fikirlərini istisna etsək, tür-
koloji 
ədəbiyyatlarda V (sait) tipli söz kökləri ən qədim söz 
kökl
ərindən biri kimi qəbul olunur. Müasir türk dillərində 
bu cür kökl
ər  kəmiyyətcə  azdır.  Məsələn, Azərbaycan di-
lind
ə o əvəzliyi kimi V (sait) quruluşlu sözlər var. Lakin bu 
forma tör
əmədir, yəni  ol  əvəzliyindən  samit  düşməsi (re-
duk
siyası) nəticəsində yaranmışdır. Bir çox türk dillərində 
u 
əvəzliyi (“bu” mənasında) işlənir ki, həmin fonetik forma 
da 
şu // bu əvəzliyindən reduksiya nəticəsində formalaşmış-
dır.  Müasir  qaqauz dilində  i-  “yemək” mənasındadır 
(
ГРМС, 202). Həmin forma türk dillərindəki ye- // yi- feili-
nin fonetik vari
antıdır, səsdüşümünün nəticəsində təşəkkül 
tap
mışdır.  Deməli, müasir türk dillərindəki  tək sait quru-
luşlu heca tiplərinin əksəriyyəti  sonradan yaranmadır. 
Yazılı  qaynaqlar sübut edir ki, vaxtilə  prototürk döv-
ründ
ə  V  (sait) quruluşlu  sözlər  çox  olmuşdur.  Bəzi dilçilər 
(N.A.
Baskakov, Q.Kazımov) bu formanı törəmə hesab edir-
l
ər. N.A.Baskakov  V  heca tipinin CVC  formasından  (113, 
147-152), Q.Ka
zımov  isə  CV  formasından  (40,  35) səs-
düşməsi nəticəsində yarandığını qeyd edirlər. K.M.Musayev 
q
ədim türk dilində 8 saitin olmasına əsaslanaraq, V quruluşlu 
söz kökl
ərinin də  sayını  8  hesab  edir (221,  92). 
A.T.Kaydarov bu tip söz kökl
ərini protürk dövrünün əlaməti 
kimi s
əciyyələndirir (171,  146).  A.M.Şerbak  isə  qeyd edir 
ki, onların başlanğıc kök olduğunu və ya hər hansı bir struk-
turun d
əyişməsi nəticəsində  yarandığını  söyləmək mübahi-
 
156 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə