BABA MƏHƏRRƏMLİ
maq”) feili durur. Q
ədim özbək dilində öq sözü “ağıl” mə-
nasını ifadə etmişdir (277, II, 183). Müasir dilimizdə iş-
l
ənən öyüd, öcəş-, öyrən- sözləri də qədim *ö- morfe-
mind
ən törəmişdir. İlkin söz köklərinə müəyyən ünsürlərin
artırılması ilə yeni sözlərin yaranması vaxtilə söz yaradıcı-
lığının əsas üsullarından biri olmuşdur.
Müasir türk dill
ərində quruluşca sadə hesab olunan
söz kökl
ərinin əksəriyyəti tarixi baxımdan düzəltmədir.
Əgər şumer dilində e “ev”, a “ata” mənasında işlənibsə,
dem
əli, müasir dilimizdə işlənən ev, ata sözləri diaxronik
baxımdan düzəltmə sözlər sayılmalıdır. B.Atalay qeyd edir
ki,
şumer dilindəki a sözü (“ata, yemək, yağış, su, almaq”)
türk dill
ərində işlənən aş, ata, ağız, almaq sözlərinin eti-
moloji
əsasında dayanır (81, 9). Alimlərin mülahizələrinə
gör
ə, ən qədim insanların nitqi birhecalı, dəyişməyən və
bir-biril
ə bağlanmayan sözlərdən ibarət olmuşdur (40, 15).
Müasir türk dill
ərində tək sait quruluşlu sözlər, əsasən,
müxt
əlif hissiyyatları ifadə edən nidalardır. Vaxtilə müs-
t
əqil leksem kimi işlənən bu cür kök sözlərin çoxu türk
dill
ərinin lüğət tərkibini artıq çoxdan tərk etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, tək sait quruluşlu kök-
l
ərin özünün törəmə olduğunu söyləyən dilçilər də var.
Lakin biz bu fikirl
ərlə razılaşmırıq. Səbəbi aşağıdakılardır:
1) Q
ədim türk söz köklərinin yalnız bir formadan
ibar
ət olması fikri inandırıcı deyil;
2) Q
ədim türk söz köklərində ancaq samit səslərin
əsas rol oynaması fikri real zəmindən uzaqdır;
3) Artiku
lyasiya baxımından sait səslərin samit
s
əslərə nisbətən asan yaranması fikrimizi təsdiq edir;
160
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
4) Kök morfeml
ər struktur baxımdan mürəkkəbdən sa-
d
əyə doğru deyil, sadədən mürəkkəbə doğru inkişaf etmişdir.
Müqayis
ə üçün qeyd edək ki, qədim hind-Avropa dil-
l
ərində də V (sait) quruluşlu köklər işlənmişdir. Ancaq öncə
d
ə qeyd etdiyimiz kimi, hind-Avropa dillərinin araşdır-
maçıları çox vaxt bu faktı təkzib edirlər. Biz türk dillərində
V (sait)
quruluşlu kökləri ilkin söz formalarına aid edirik,
ancaq protodil üçün h
əmin köklər törəmə ola bilər. E.V.Se-
vortyan er- “çatmaq” feilinin e- kökünd
ən yarandığını qeyd
edir. O, e- sözünün iki m
ənasını verir: 1) “olmaq”; 2) “nə-
y
əsə aid”. Müəllif e- kökündən er- “çatmaq”, er kökündən
is
ə arıg “dayanacaq”, ergü “yaşayış yeri” sözlərinin yaran-
dığını qeyd edir (ЭСТЯ, I, 218). Qədim e- kökü müasir
türk dill
ərində işlənən er- // ir- “gəlmək, çatmaq” feilində
daşlaşmışdır. Həmin kökün koreya dilində o- “olmaq”,
tunqus-mancur dill
ərində ı- “olmaq” paralelləri mövcuddur.
B.X
əlilovun qeyd etdiyinə görə, erdi, irdi, idi, imiş
köm
əkçi feillərinin mənşəyində i- “göndərmək, yollamaq”
kökü durur (33, 45).
“Kitabi-D
ədə Qorqud” dastanında i- (-mək) “olmaq”
anla
mındadır: Tənri verən canın, seyranda imiş indi, dəxi;
Qazan, oğlan avda idügin andan biləyin kim, yorğun atun-
la, güd
əlmiş cidanla ardına”, – dedi; Dərsə xan oğlancuğu
idüyin bilm
ədi, qarşu gəldi; soylar, görəlim xanım, nə soy-
lar
(KDQİL, 96). İ- // ı- kökü Orxon-Yenisey abidələrində
işlənən id- // ıd- “göndərmək, aparmaq, yola salmaq” sö-
zünd
ə qalmışdır: Tokız oğuz bodun yerin, subın ıdıp Tab-
ğaçğaru bardı (Bilgə Xaqan): “Doqquz oğuz xalqı yerini,
suyunu (v
ətənini) buraxıb Tabğaça tərəf getdi” (60, 106).
161
BABA MƏHƏRRƏMLİ
Apardığımız tədqiqat nəticəsində qədim türk dillərin-
d
ə V (sait) quruluşlu aşağıdakı kök morfemlərin olduğunu
mü
əyyənləşdirmişik. Bu köklər türk dillərinə aid ən qədim
yazılı qaynaqlara, etimoloji lüğətlərə, tarixi araşdırmalara
əsasən bərpa edilir: * ö- “fikirləşmək”, * u- “bacarmaq”, * u
“yatmaq, yuxu”, *u- “dözm
ək”, *ü- “toplamaq, yığmaq”,
* e- “olmaq”, *
ı “ağac, kol”, * ı- “göndərmək”, “yığmaq”, * i
“iy”, i- “olmaq”.
Bel
əliklə, V (sait) quruluşlu kök morfemlərin qədim
türk dill
ərində mövcudluğu danılmaz fakt kimi ortaya çıxır.
Bu tip kökl
ərin müasir türk dillərində azlığı qədimdə onların
mövcudluğunu heç də inkar etmir. Dünya dillərində yazı-
yaq
ədərki dövrlərdə V (sait) quruluşlu kök morfemlər ki-
fay
ət qədər çox olmuşdur. Sonradan isə onlar morfonoloji və
fonose
mantik inkişaf nəticəsində dəyişikliklərə məruz qa-
laraq öz ilkin for
malarını itirmişdir. Türkologiyada qədim
söz struktur
larından biri kimi adı hallandırılan köklərdən biri
d
ə CVC (samit+sait+samit) heca tipidir. Statistikaya əsas-
lan
saq, çağdaş türk dillərində təkhecalı morfemlər içərisində
samit+sait+samit tipli kökl
ər üstünlük təşkil edir.
Müasir türk dill
ərinin lüğət fondunda daşlaşmış çoxlu
miqdarda lekseml
ər var ki, onlarda kök+şəkilçi sərhədini
v
ə ya münasibətini araşdırmaq üçün həmin sözlərdə tarixən
baş verən fonetik və morfoloji inkişaf proseslərini izləmək
lazımdır. Kökü, mənşəyi bir olan çağdaş türk dillərində
CVC heca tipli söz kökl
ərinin say nisbəti fərqlidir. Bunun
da s
əbəbi çoxəsrlik inkişafın, türk dillərinin parçalanma-
sının nəticəsidir. Müqayisə üçün qeyd edək ki, türk dillə-
rinin kök morfeml
əri ilə uyğunluq təşkil edən şumer dilinə
aid söz kökl
ərinin əksəriyyəti monosillabikdir. Şumer di-
162
Dostları ilə paylaş: |