Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
kökl
ərdə  axırıncı  samit  şəkilçi funksiyasındadır  (170, 43). 
Kök morfeml
ərdə son samitin variativlik nəticəsində fone-
matik mahiyy
ət  daşıması  ideyası  bütün  təkhecalı  köklər 
haq
qında qanunauyğun formul sayıla bilməz. Nəzərə alsaq 
ki, CVC 
formalı kök morfemlər türk dilləri üçün ən arxaik 
heca modell
ərindəndir, onda bu nəticəyə gəlirik ki, qədim 
türk söz kökl
əri eynitipli olmamışdır.  
M.Kaşğarinin  lüğətində  də  CVC  formalı  söz kökləri 
verilmişdir:  tam  “divar, qala” (DLTT, IV, 566), sın  “boy” 
(DLTT, IV, 515), tar- 
“ayırmaq” (DLTT, IV, 576) və s. Bəzi 
CVC tipli kökl
ər, əslində, sonradan şəkilçiləşmə nəticəsində 
yaran
mışdır.  Məsələn, müasir türk dillərində  işlənən  sın- 
feili 
sı- kökündən törəmədir: sın-sı+n. Həmin kök Gül Tigin
Mogilyan abid
ələrində - formasında işlənmişdir (71, 318). 
- kökü müstəqil morfem kimi sarı uyğur dilində mühafizə 
edil
mişdir (201, 107). Bəzi VC köklər də CVC kökündən il-
kin sami
tin reduksiyası nəticəsində yaranmışdır: yıl - il, yut - 
ud- v
ə s. Türk dilində ilkin forma qalsa da, Azərbaycan di-
lind
ə bu modifikasiya baş vermişdir. Bir çox CVC quruluşlu 
kökl
ər tarixən morfonoloji inkişaf nəticəsində ölü kökə çev-
ril
mişdir. Məsələn, yuv- kökü “yuvarlanmaq, qaçmaq, uzaq-
laşmaq” anlamında qədim abidələrdə müstəqil morfem kimi 
işlənmişdir:  eššäk  juvdı  “Uzunqulaq qaçdı”  (ДТС,  282). 
Dem
əli, müasir Azərbaycan dilindəki  yuvarlan-  feilində 
h
əmin morfem ölü kökə çevrilmişdir, yaxud da, qədim türk 
dill
ərində  yaş-  “gizlənmək, saxlanmaq” kökü  işlənmişdir 
(DLT, IV, 658). H
əmin kök yaşınmaq  feilində  izini qoru-
maq
dadır.  M.Kaşğarinin  lüğətində  yaşru  “gizli”,  yaşur- 
“örtm
ək, gizləmək” mənalarındadır (DLT, IV, 659). 
 
169 


BABA MƏHƏRRƏMLİ 
 
 
Q
ədim söz köklərində  samit səslər daha güclü, sabit 
mövqey
ə, saitlər isə daha mütəhərrik xüsusiyyətə malik ol-
muşdur. Türk dillərinin kök sözlərində müxtəlif istiqamətli 
s
əs keçidləri, səs  əvəzlənmələri  morfonoloji xarakterlidir. 
Buna gör
ə  də  qohum dillərdə  fonetik cəhətdən fərqlənən 
eyniköklü sözl
ərdə hansı variantın başlanğıc və ya əsas ol-
du
ğunu söyləmək çətindir (76, 5). Bəzən səs keçidi ilə iki-
he
calı sözlərin CVC quruluşlu köklərdən yaranmasını sübut 
etm
ək mümkündür. Məsələn, türk dillərində car // çer “də-
r
ə”, yar “dərə, yarğan” sözləri, c~y, ç~y, d~y əvəzlənməsi-
n
ə əsasən dərə sözünün kökü olan *der // *ter morfemi ilə 
eyniköklüdür. H
ər  bir qədim söz kökü  morfonoloji dəyiş-
m
ələrə məruz qalaraq ilkin formasını tamam itirə bilər. 
N.A.Baskakov “Q
ədim türk lüğəti”ndəki faktlara isti-
nad ed
ərək əski türk dillərində 709 təkhecalı kök morfemin 
ol
duğunu göstərir. Onlardan 540-ı CVC quruluşludur (113, 
146). T
ədqiqatçılar başqırd dilində 749 təkhecalı kök mor-
fe
min işləndiyini qeyd edirlər. M.X.Axtyamov qeyd edir ki, 
başqırd dilində 24, 03% təkhecalı söz kökü y, h, v samitləri 
il
ə başlayır. Onun fikrincə, CVC və VC quruluşlu heca tip-
l
ərinin hər ikisi, eyni zamanda qədim dövrdə ilkin söz for-
ma
ları kimi çıxış etmişdir (105, 285-288). Müqayisə üçün 
göst
ərək ki, hind-Avropa dillərində  ilkin kök forması CVC 
hesab olunur (221, 88-89). 
Q
ədim türk yazılı abidələrində aşağıdakı CVC formalı 
sözl
ər  işlənmişdir:  bay  “varlı”,  bat  “pis”,  baş  “zirvə”,  baz 
“sülh”,  b
əg  “bəy”,  boz-  “pozmaq”,  boz  “boz rəng”,  bor 
“tufan”, bök  
“evin tavanı”, boş “baş” (numerativ söz), bod 
“b
ədən”, bul- “tapmaq”, biç- “biçmək”, biş- // bis- “bişmək”, 
bir-  “verm
ək”,  bil-  “bilmək”,  bis  “beş”,  bol-  “olmaq”,  çıt 
 
170 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
“divar”,  çik  “türk q
əbiləsi”,  çuk  “qadın  geyimində  xüsusi 
b
əzək”, kaç “neçə, nə qəqər”, kaç- “qaçmaq”, kal- “qalmaq”, 
kat  “bünövr
ə”,  kıs-  “məcbur etmək”,  kır-  “qırmaq”,  kan 
“qan”, kar “qar”, ked 
“yaxşı”, keç- “keçmək”, kıl- “etmək”, 
k
əl-  “gəlmək”,  ked  “arxa, dal”, kod-  “qoymaq”,  kız  “qız”, 
kod-  
əl çəkmək”,  kış  “qış”,  kon  “qoyun”,  kol-  “istəmək”, 
kon- “qonmaq, m
əskən salmaq”, kop “hamısı”, kot “qurban”, 
kul  “qul”,  köz  “göz”,  kur  “baca
rıq”,  kör-  “görmək”,  kör- 
“tabe olmaq”, köl
“qoşmaq”,  köl  “göl”,  kuş  “quş”,  sab 
“söz”,  saç  “saç”,  saç-  “püskürm
ək”,  şad  “şad”,  səb-  “sev-
m
ək”, səp- “düzəltmək”, şəg- “cəmdək”, sın- “sınmaq”, siz 
“II şəxsin cəmi”, suk- “sancmaq, soxmaq”, suk “doğru, düz”, 
sük “h
ərbi yürüş”, täg- “yetmək”, tat- “dadmaq”, top- “top-
lamaq”, tur- “durmaq”, tün “gec
ə”, tüg- “düymək”, tüs- “en-
m
ək”,  tüz  “düz,  doğru”,  ton  “don”,  yağ-  “yığılan,  cəlb 
olunan”, 
yağ-  “yağmaq”, yan-  “məğlub  etmək”, yan-  “geri 
dönm
ək”,    yar-  “yarmaq”,  yar-  “uğurlu  olmaq”,  yap-  “dü-
z
əltmək”,  yaş  “ömür, sinni”, yaş  “göz  yaşı”,  yış  “meşəli 
dağ”, yig // yeg “yaxşı”, yir “yer”, yul “dağ çayı”, yut “bəd-
b
əxtlik”, yul- “qarət etmək”, yuk “yük” (71, 303-328). Yu-
xarıda örnək verdiyimiz CVC tipli sözlərin bir qismi müasir 
türk dill
ərində  arxaikləşmiş  və  ya asemantikləşmişdir. Bu 
tipli kökl
ərin  əksəriyyəti isim və  feillərdir. Onların  da  ha-
mısını ilkin kök kimi qəbul etmək düzgün deyil.  
Türk dill
ərində  ən qədim  söz  formalarından  biri  də 
VC (sait+samit)  quru
luşlu  morfemlərdir.  Çağdaş  türk  dil-
l
ərində belə tipli köklər qədim dövrlə müqayisədə nisbətən 
azlıq təşkil edir: Azərb. at, at-, al, as, uç-, ud-, um-, başq. 
ak 
“ağ rəng”, at “ad”, qaq. al- “götürmək”, ak “həqiqət”,  
“daxili”
, qırğ. uc- “uçmaq”, ur- “vurmaq” və s. 
 
171 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə