Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə55/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   51   52   53   54   55   56   57   58   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
 B.O.Oruz
bayeva  qırğız  dilində  VC (sait+samit)  tipli 
kök morfeml
ərin struktur-morfoloji xüsusiyyətlərini təhlil et-
miş, VC quruluşlu kök morfemlərin tarixi inkişafına nəzər sal-
mışdır.  O, qırğız  dilinin faktları  əsasında VC  tipli kök mor-
feml
əri belə  xarakterizə  etmişdir: “VC  quruluşlu  köklərin 
əksəriyyəti öz struktur-semantik bütövlüyünü mühafizə  et-
mişdir, onların  digər bir hissəsi isə tarixi-etimoloji cəhətdən 
düz
əltmə sözlərin tərkibində qorunmuşdur” (231, 78-81). 
Qeyd ed
ək ki, türk dillərində  vaxtilə  VC  formasında 
olan sözl
ərin bir qismi sonradan protetik səslər nəticəsində 
CVC 
formalı  söz  kökünə  çevrilmişdir.  Bir  sıra  VC  quru-
luşlu köklərin tarixən  CVC tipli köklərdən səs reduksiyası 
n
əticəsində  yaranmasını  əski yazılı  qaynaqlardakı  faktlar 
t
əsdiq edir. Məsələn, Azərbaycan dilindəki ud- feilinin ilkin 
for
ması Ə.Yəsəvinin XII əsrə aid “Divani-hikmət” əsərində  
yut- biçimind
ədir: 
 
Riyaz
ətni katığ tartıp, kanlar yutup,  
Min d
əftəri-sani sözin açtım muna (ƏY, 7). 
 
Q
ədim türk dilində aşağıdakı VC (sait+samit) quru-
luşlu köklər işlənmişdir: аb “ov”, аç- “açmaq”, аç “mər-
h
əmət”,  аc-  “acmaq”,  аy-  “demək”,  аl  “hiylə”,  аl 
“qırmızı”, аl- “götürmək”,  аn “ağıl”, аr- “aldatmaq”,  аr- 
“yormaq”, 
аq-  “axmaq”,  аq-  “ağ  rəng”,  аq-  “dəyişmək”, 
аq- “qalxmaq”, аş “qida”, аt “ad”, аt- “atmaq”, аz “xalq”, 
аn “ov”, аl “yalan”, ir- “hiss etmək”, iç- “daxili”, iq “xəs-
t
əlik”, il “dövlət”, il- “asmaq”, it- “etmək”, it- “itələmək”, 
оy  “fikir”,  оq  “ox”,  оl  “o”,  оn-  “əymək”,  öq  “ana”,  öq 
“fikir”,  öt-  “keçm
ək”,  öt-  “od qalamaq”, öt-  “oxumaq”,  
 
172 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
ud  “in
ək”,  ud-  “izləmək”,  um-  “ümid etmək”,  ut- 
“udmaq”,  ur- “vurmaq”, uz “usta”,   uz- “mah
nı oxumaq”, 
ün
“çıxmaq, qalxmaq”,  ün  “səs”,  üz-  “üzmək, kəsmək”,  
ıd-  “göndərmək”  (ПДП,  353-441)  və  s. Faktlardan gö-
rünür ki, q
ədim türk dövründə  VC (sait+samit)  quru-
luşunda olan köklərin sayı o  qədər də çox deyil. Bu kök-
l
ərin əksər hissəsi müasir türk dillərində işlənməkdədir. 
Bel
ə quruluşlu köklər qədim türk dövrünün fonomor-
foloji izl
ərini  əks  etdirir. Onlardan biri də  müasir Azər-
baycan dilind
ə arxaikləşən ir- “çatmaq, yetmək” feilidir: 
 
V
əslünə irənlərə təşrif nə hacətdür,  
Eşq əhli müəyyəndür, tərif nə hacətdür (QB, 280).  
 
Fikrimizc
ə, l~r sonor əvəzlənməsi qanunauyğunluğu-
na gör
ə türk dillərində işlənən ilet- // ilət- “çatdırmaq” fei-
linin kökü olan il- il
ə ir- feillərinin mənşəyi eynidir. 
Müasir türk dill
ərində VC (sait+samit) quruluşlu kök-
l
ərin fərqli fonovariantları var. Məsələn, tat. , tof. еş, Alt. 
, s.uyğ. ıs, Azərb.   “iş”. A.fon Qaben qədim türkcədə 
oyun, oyna- sözl
ərinin kökü olan *oy- formasının müstəqil 
morfem kimi 
işləndiyini  göstərir (86, 289). N.A.Baskakov 
VC heca tipini 
ən qədim türk söz köklərindən biri kimi sə-
ciyy
ələndirir. Onun fikrincə,  (C)VC  kök tipinin mənşəyi 
söz anlautunda w, y, h protetik s
əsləri ilə sıx bağlı olan iki 
əsas nəzəriyyəyə əsaslanır: birinci çox geniş yayılan nəzə-
riyy
əyə görə, bu tipli köklər sonradan yaranmadır, onların 
əvvəlindəki samitlər  protetikdir.  İkinci  nəzəriyyə  tərəfdar-
larının  fikrincə,  VC  heca tipi ilkin söz kökü  forması  kimi 
q
əbul edilməlidir  (113, 164).  
 
173 


BABA MƏHƏRRƏMLİ 
 
 
Sait+samit  tipli kökl
ərin bir qisminin etimoloji ba-
xımdan törəmə  olmasını  türk  dillərinin paralel faktlarını 
müqayis
ə  etməklə  müəyyənləşdirmək olar. Məsələn: türk. 
yıl, Azərb. il “il”, türk. yüz, Azərb. üz “sifət”. Müasir türk 
dill
ərində  VC (sait+samit)  quruluşlu  kök  sözlərin  miqdarı 
f
ərqlidir. A.T.Kaydarov qazax dilində 158 VC (sait+samit) 
tipli kök m
orfemin işləndiyini qeyd edir.  O yazır: “Müasir 
dövrd
ə  V, CV, VC  formalı  köklərin  azlığına  baxmayaraq, 
onlar  ilkin  söz  strukturları  kimi  türk  dillərinin  ən qədim 
inkişaf  mərhələsini  əks etdirir” (171,  181). B.O.Oruzba-
yeva 
qırğız dilində 172 VC (sait+samit) tipli kök morfemin 
işləndiyini bildirir (231, 78).  
Türk dill
ərində  daşlaşan  VC  quruluşlu  kök morfem-
l
ərin bir çoxu digər sözlərin tərkibində qalmışdır. Məsələn, 
arıq sifətinin kökü ar- “yorulmaq, zəifləmək” feilidir. Hə-
min  kök qumuq dilind
əki  arımaq,  başqırd  dilindəki  aruı
tatar dilind
əki aru-, noqay dilindəki aruv- “yorulmaq, zəif-
l
əmək” sözlərində  mühafizə  edilmişdir  (188, 85). Müasir 
tuva dilind
ə isə arıq sözünün kökü olan ar-  (“arıqlamaq”) 
feili müst
əqilliyini qorumuşdur  (ЭСТув.,  I,  124).  Yapon 
dilind
əki  arava  “arıqlamaq” (129,  181)  derivatı  da  kök 
morfemin  ar-  feili oldu
ğunu təsdiqləyir. Qeyd edək ki, 
Ural-Altay dill
ərindəki analoji leksik paralellər türk dil-
l
ərinin söz köklərinin bərpasında  mühüm  önəm daşıyır. 
Müqayis
ə  üçün göstərək ki, qədim yəhudi dilində  də  `ur 
“yorulmaq” kö
kü işlənmişdir (193, 181).  
XIV 
əsrdə türk dillərində aşağıdakı VC biçimli köklər 
işlənmişdir:  öq  “fikir, yaddaş,  ağıl”,  uk-  “başa  düşmək” 
(ИССТЯ,  84),  ıd-  “göndərmək”  (ИССТЯ,  97),  ün  “səs” 
(ИССТЯ, 84), ay- “demək” (ИССТЯ, 77) və s.  
 
174 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə