Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
B
əzi  VC  quruluşlu  köklərin  CV  formalı  köklərdən 
yaran
masını  türk  dillərindəki  kur  //  kır  “dağ,  tarla,  təpə, 
düz, çöl” - ur 
“dağ”<*ku+r sözlərinin paralelliyi bir daha 
t
əsdiqləyir. Qədim özbək dilində  uy-  feili  “ardınca  gəl-
m
ək, izləmək” mənasını ifadə etmişdir (277, II, 431). Hə-
min kök d
ə  d~y  əvəzlənməsinə  əsasən  ıd-  “gəlmək” fei-
linin fonovarian
tıdır. 
Tarix
ən qədim türk dillərində  işlənən bu strukturlu 
kökl
ərin bir çoxu morfonoloji inkişaf nəticəsində ölü kök-
l
ərə  çevrilmişdir,  ancaq  bütün  türk  dilləri  haqqında  bunu 
söyl
əmək olmaz. Bir türk dilində  ölü kökə  çevrilmiş  VC 
qu
ruluşlu  söz  başqa  bir  türk  dilində  qədim formasını  mü-
hafiz
ə edə bilmişdir. Məsələn, Azərbaycan dilində irəli sö-
zü  quruluşca  sadədir, kök və  şəkilçi hissələrinə  ayrılmır. 
Qırğız dilində isə ir (“irəli”) kökü müstəqil morfem kimi iş-
l
ənir (Kир.РС, 243).  Türk dilində irəli sözü ileri variantın-
da
dır. Azərbaycan dilinin dialektlərində  iley “qabaq” sözü 
işlənir (ADDL, 232). Deməli,  l~r  sonor  əvəzlənməsinə 
uyğun olaraq il və ir kökləri eyni yuvadan yaranmışdır. 
Q.Kaliyev  VC  v
ə  CVC  kök tiplərinin qazax  ədəbi 
dilind
ə daha çox daşlaşdığını göstərir. O, məhz bu köklərin 
dialekt sözl
əri üçün əsas baza rolunu oynadığını qeyd edir 
(173, 185).  N.A.Baskakov  VC  (sait+samit)  tipli heca
ların  
CVC forma
larından y, h, v samitlərinin düşməsi nəticəsində 
yaran
dığını iddia edir (113, 158). 
Q
ədim türk dialektlərində  işlənən  VC (sait+samit) 
for
malı  kök  morfemlərin bir qismi müasir türk dillərində 
arxaikl
əşmişdir.  Həmin köklər,  əsasən,  aşağıdakılardır:  оk 
“n
əsil”,  ıd-  “pozmaq”,  ön  “sifət”,  оz-  “xilas etmək” və  s. 
(
ДТД, 126, 136). Türk dillərində VC biçimli kök sözlərin 
 
175 


BABA MƏHƏRRƏMLİ 
 
 
bir qismi b
əzi türk dillərində ilkin formasını qorumuş, bəzi 
türk dill
ərində asemantikləşmiş, digər türk dillərində isə ta-
mamil
ə arxaikləşmişdir. Məsələn ig “xəstəlik” kökü uyğur 
dilind
ə  qalmış,  türkmən dilində  igle  “xəstəlikdən zəiflə-
m
ək” sözünün tərkibində izini saxlamış (92, 182), Azərbay-
can dilind
ə isə arxaikləşmişdir. 
Türk dill
ərindəki VC (sait+samit) quruluşlu köklərdən 
olan us 
morfeminin şərhinə nəzər salaq:  
Us 
“ağıl”: qum. es “yaddaş” (Kум.РС, 378), türk. us 
“ağıl”,  çuv.  as  “ağıl”,  Sib.tat.dial.  is  “yaddaş”  (СДСТ, 
60), q
əd.türk.  us  “ağıl”,  qırğ.  еs  “yaddaş”,  uyğ.  əs  “ağıl, 
yad
daş”,  Alt.  es  (ATS, 85), Sint.uyğ.  иs  “yaddaş”  (203, 
113), lob.  es 
“ağıl,  yaddaş”  (200,  108).  Ə.Nəcipin qeyd-
l
ərinə  görə, XI-XIV  əsrlərdə  müxtəlif türk dillərində  us 
sözü “ağıl, yaddaş” anlamını ifadə etmişdir (ИССТЯ, 70). 
Müqayis
ə  edək: mon.  işi  “müdrik” (45, 154), xant. us 
“ağıl” (КЭСКЯ, 376), çin.  “fikirləşmək, düşünmək”,  
“fikir, ide
ya”  (БКРС,    425). A.Məmmədov  şumer 
dilind
əki zu “bilgi, məlumat” sözü ilə türk dillərindəki  
“ağıl” sözünü leksik paralel kimi izah etmişdir (50, 7). 
Faktlardan göründüyü kimi, us  kökü çin v
ə  şumer 
dill
ərində metatezaya uğramışdır. Digər dillərdə də analoji 
faktlar mövcuddur: sam. u`s “ümidini itirm
ək” (193, 175), 
xet.  as(s)us  “müdrik, m
ərhəmətli” (118, 81), mans. ūs 
“ağıl”  (КЭСКЯ,  376).  Qədim türk dillərində  us  sinkretik 
kök olmuşdur. Yəni us “həm “ağıl”, həm də “fikirləşmək” 
m
ənasını  ifadə  etmişdir:  us-  “fikirləşmək”:  men ejlä 
usdum  “M
ən belə hesab etdim” (ДТС, 616). Müasir türk 
dilind
ə uslan- “ağıllanmaq” feili işlənməkdədir. İlkin mor-
feml
ərin inkişafında  metateza hadisəsinin tez-tez  müşa-
 
176 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
hid
ə  olunduğunu nəzərə  alsaq,  us-ıs-sı  keçidləri normal 
morfonoloji qanunauy
ğunluq  sayılmalıdır.  “Kitabi-Dədə 
Qorqud” eposunda us 
“ağıl, düşüncə, zəka, dərrakə” anla-
mında  işlənmişdir:  Mərə, dini yoq əqilsiz kafir,  usı  yoq 
d
ərnəksiz kafir (KDQİL, 178). 
Türk dill
ərinin faktlarını müqayisə etdikdə görürük ki, 
VC (sait+samit)  strukturlu kök morfeml
ərin bir qrupunun 
fonomorfoloji inkişafı anlautda protetik səslərin yaranması 
il
ə  nəticələnmişdir.  Məsələn,  qırğ.  аr-,  uyğ.,  har-  “yo-
rulmaq”. Göründüyü ki
mi, uyğur dilində anlautda h-laşma 
geniş  yayılmışdır. Müqayisə edək: tof. ır, başq. yır “mah-
nı”,  qırğ.  ir-  “hürmək”, Azərb.  hür-.  Bəzi  VC  quruluşlu 
kökl
ərdə  isə  səz  əvəzlənmələri  baş  vermişdir.  Məsələn, 
XIV 
əsrə aid türkdilli yazılı qaynaqlarda uz- “göndərmək” 
feili işlənmişdir (ИССТЯ, 66). Halbuki ıd- variantı müasir 
türk dill
ərində  mövcuddur.  Həmin kök ız-  variantında  sarı 
uyğur dilində də mühafizə olunmuşdur (201, 153). Qədim ya-
zılı qaynaqlarda ay- “demək” mənasındadır (85, 104). Demə-
li, b
əzi türk dillərində  işlənən ayt-  (“demək”) feili  etimoloji 
ba
xımdan düzəltmədir. Bu fakt da sübut edir ki, türk dillərin-
d
ə VCC (sait+samit+samit) quruluşlu köklər tarixən VC (sait 
+samit)  strukturlu kökl
ərdən yaranmışdır.  Bir çox  VC (sait 
+samit) 
quruluşlu  kök  morfemlərin tarixən asemantikləş-
m
əsini türk dillərinin analoji faktlarını müqayisə etməklə mü-
əyyənləşdirmək olar. Qədim türk dillərində  öq  kökü “ana” 
m
ənasında  işlənmişdir.  Çağdaş  uyğur  dilindəki  öqiç  “ana” 
sözünd
ə həmin kök morfem daşlaşmışdır. Bu fakt da göstərir 
ki, türk dill
ərində asemantikləşmə prosesini izləmək üçün VC 
(sait+samit)  strukturlu kök morfeml
ərin tədqiqi zəngin ma-
terial verir. Müasir türk dill
ərində işlənən uleş- // ülə
ş- “böl-
 
177 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə