Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
*tar biçimind
ə bərpa edilirsə, bu, o demək deyil ki, həmin 
forma ilkindir, çün
ki daha geniş tipoloji müqayisələr apar-
dıqda həmin kökün özünün düzəltmə olması anlaşılır. Mə-
s
ələn, kom.  tı  “tarla”, kor. tta  “torpaq, yer” (262, 20), 
q
əd.Mis.  ta  “yer, torpaq” (EHie.D, 815), Ta  “yer  Allahı” 
(EHie.D, 816). Dem
əli,  *tar  kökü ancaq türk dilləri üçün 
ilkin pra
formadır. Digər dillər üçün isə praforma *ta- dır. 
*Yığ-  “ağlamaq,  yas  mərasimi”:  Ağla-  feilinin kökü 
*yığ-  kök morfemidir. Türk dillərindəki yığla-  //  ağla-ağı, 
yuğ  sözləri eyni kökdəndir.  Cağatay  yazılarında  yığ-  “ağla-
maq,  göz  yaşı”  mənasında işlənmişdir  (82, 37). Qədim türk 
dill
ərində  yığı  sözü “fəryad, inilti” anlamını  ifadə  etmişdir 
(ДТС, 265). XII əsrə aid Ə.Yəsəvinin “Divani-hikmət” əsə-
rind
ə  yığla-  feili  “ağlamaq” mənasındadır  (ƏY,  126).  Azər-
baycan dilind
əki ağla- biçimi söz əvvəlində y samitinin düş-
m
əsi  nəticəsində  yaranmışdır,  yəni sonrakı  variantdır.  Dia-
lektl
ərimizdə (Qax, Şəki, Zaqatala, Dərbənd) yığlamağ- // yığ-
lamax-  vari
antı  mühafizə  olunmuşdur (ADDL, 550). Müqa-
yis
ə  edək:  Alt.,  qırğ.  ıy, özb. yığ  “ağlamaq”, qaz.  jıla,  Alt. 
ıyla-  “ağlamaq”,  bury.,  monq.  uyla-  “ağlamaq”,  uy  “kədər” 
(295, 55,  207). XI-XIV 
əsrlərə  aid türkmən qaynaqlarında 
yıqla- biçimində işlənmişdir (223, 109). V.Aslanov yığla- və 
ağla-  feillərinin etimoloji cəhətdən eyniköklü olmadığını 
iddia edir (12, III, 138). Halbuki analoji faktlar h
əmin sözlərin 
homogenliyini göst
ərir. B.Xəlilov ula- və ağla- sözlərinin şor 
dilind
ə mühafizə olunan ı- “ağlamaq” kökündən yarandığını 
ehtimal edir (32, 33). Bizim d
ə qənaətimizcə, ulamaq və ağ-
lamaq  feill
ərinin kökü homogendir. Bu sözlər həm fonoloji
h
əm də semantik cəhətdən uyğundur. 
 
200 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Əski  yazılı  abidələrdə  ağlamaq-sığlamaq  qoşa  sözü 
işlənmişdir. Orxon-Yenisey yazılarında sığıt “matəm”, sığı-
ta- 
“ağlamaq”, sığıtçı “ağı deyən” mənalarındadır (QTAL, 
48). H
əmin sözlərdə y>s keçidi baş vermişdir. Qədim türk 
dill
ərində yoğ- “dəfn”, yoğçı “matəmçi”, yoğlat- “dəfn et-
m
ək”, yuğlat “dəfn etmək” (QTAL, 57), XIV əsrdə türk dil-
l
ərində  ığlamak  //  yığlamak  “ağlamaq”  mənalarında  işlən-
mişdir  (ИССТЯ,  79).  Deməli,  *yığ-,  *sığ-,  *yuğ-  //  *yoğ- 
kökl
ərinin mənşəyi eynidir. 
*Ak-  h
ərəkət etmək, qalxmaq, yığmaq”: Türk dil-
l
ərində, o cümlədən Azərbaycan dilində  ən qədim söz 
yuvalar
ından biri də indiki sözlərin bir çoxunun nüvəsində 
dayanan *ak- 
// *ağ-  // *aq- kök morfemidir. Qədim türk 
dill
ərində  -  “qalxmaq”,  -  “qocalmaq”,  ağ-  “çevrəyə, 
əhatəyə  almaq” sözləri  işlənmişdir.  Şivələrimizdə  indi də 
- “yuxarı qalxmaq, çıxmaq, bir tərəfə əyilmək” kökü mü-
hafiz
ə olunmuşdur (ADDL, 15). Bu kökün nüvə semantika-
sında “hərəkət etmək” anlayışı  dayanır.  *Ak-  morfeminin 
ük-  allomorfu da var. Türk dill
ərində  ükmək-  // yükmek- 
feili  “yığmaq,  toplamaq”  mənasındadır.  Yenisey  yazı-
l
arında  ük-  “varlanmaq,  yığmaq, toplamaq”  mənalarını 
ifad
ə  etmişdir  (116,  57,  59). Beləliklə, səciyyəvi    k  //  ğ 
refleksi il
ə türk dillərində eyni kök yuvasından yeni sözlər 
t
əşəkkül  tapmışdır.  Əski  türk  dialektlərində  ük-  “varlan-
maq”  (ДTД,  141),  aqıt-  “qovmaq”  (ДTД,  159)  sözləri 
işlənmişdir.  M.Kaşğari  *ağ-  feilinin qədim türk dillərində 
“çıxmaq,  yüksəlmək,  aşmaq,  dəyişmək,  başqalaşmaq, po-
zulmaq, meyil etm
ək, dönmək” mənalarında  işləndiyini 
göst
ərmişdir (DLT, IV, 20). Göründüyü kimi, *ağ- feilinin 
q
ədim dövrdə zəngin məna variantları, çalarları olmuşdur. 
 
201 


BABA MƏHƏRRƏMLİ 
 
 
İ.Z.Eyyuboğlu ağ- feilinin türk dillərində 20-yə qədər məna 
ifad
ə  etdiyini  bildirir  (TKS,  39).  Ş.Sami  ağır  sifətinin  də 
ağ- feilindən yarandığını iddia edir. O, hətta ağız sözünün 
bu kökd
ən törədiyini göstərir (KT, 32-33). Amma bu 
ehtimallar h
əqiqəti əks etdirmir. Türk dilində işlənən ağdır-
mak “
aşağı enmək” feili də etimoloji cəhətdən *ağ- “hərə-
k
ət etmək”  yuvasından yaranmışdır.  Türk  dilinin  Muğla 
şivələrində  ālad-  //  ālat-  “yüksəltmək” feilində  ğ  reduksi-
yası müşahidə olunur (80, 292). Qədim türk dialektlərində 
işlənən aqış “qaçış”, aqış “keçid” sözləri də bu kökdəndir. 
Müqayis
ə edək: qəd.hind.-Avr. *ag- “qovmaq, uzaqlaşdır-
maq, h
ərəkətə gətirmək” (232, 219). 
*Uk-  “
ağıl,  anlamaq,  başa  düşmək”. Bu kök mor-
femd
ən k // x refleksi ilə türk dillərində oxu- // oku- feili ya-
ran
mışdır. Qədim türk dilində uq- “başa düşmək” anlamın-
da ol
muşdur: uqa bar munï sen “Sən bunu başa düş” (ДТС, 
613). H
əmin kökdən yaranmış  okuş  sözü  M.Kaşğarinin 
lüğətində  “anlayış”  mənasında  verilmişdir  (DLTT,  I,  62). 
A.M
əmmədov bu kökü şumer dilindəki uqu “kəllə” sözü ilə 
müqayis
ə edir (206, 13).  
Türk  yazılı  qaynaqlarında  işlənən  uquğ  “ağıl”,  uquş 
“şüur” sözləri də bu kökdən törəmişdir. Çağdaş xakas dilin-
d
ə ilkin kök qorunsa da, semantika bir qədər dəyişmişdir: 
ux
“eşitmək”. E.Z.Kajibəyov ög “ağıl” sözü ilə bu kökün 
homogenliyini göst
ərir (165, 199). N.A.Baskakov bu sözün 
m
ənşəyini u- “bacarmaq” feili ilə əlaqələndirir və ilkin pra-
for
manın *yuη şəklində olduğunu iddia edir (113, 150). An-
caq N.A.Baskakovun ehtimalı o qədər də inandırıcı səslən-
mir. A.fon Qaben d
ə qədim türk dilində uk- “anlamaq” fei-
lini qeyd
ə almışdır (86, 304).  
 
202 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə