Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Ç.Qaraşarlı yazır ki, hindavropaşünaslar bəzən bir çox 
dil ail
ələrinin qədim qohumluğundan qaynaqlanan nostratik 
elementl
əri yanlış olaraq, hind-Avropa dillərinin qohumlu-
ğunu  sübut  edən leksemlər kimi qəbul  etmişlər. Onun 
fikrinc
ə, vak, văk, wak (“danışmaq, çağırmaq, söz, səs”) və 
q
ədim türk dilindəki  ok  (“səs”),  okı  (“çağırmaq”) ümumi 
nostratik kökd
ən qaynaqlanan sözlər olub, Avrasiya xalq-
larının daha qədim qohumluğunu – ayrı-ayrı dil ailələrinin 
qohum
luğunu  əks etdirir (43,  15). Müqayisə  edək: urar. 
kuqu  “yaz
maq”  (АСУЯ,  168),  qəd.mon.  uqa  “başa  düş-
m
ək” (КП, 158), sansk. uuh “başa düşmək”, ev. xupku “ba-
şa düşmək, oxumaq”, mon. uxa “başa düşmək” (ЭСТув.Я, 
I, 34).  XII 
əsrə aid Ə.Yuknəkinin “Atəbətül həqayiq” əsə-
rind
ə ukuş sözü “ağıl, anlayış” mənasındadır: ukuş huş yiti-
tip sözümni anqa 
“Ağıl və diqqətini toplayıb sözümü anla-
mağa çalış” (AH,  42). Müasir başqırd dilində işlənən üqə
“fikirl
əşmək” sözünün mənşəyi bu köklə bağlıdır.  
*Or  “yer”:  Türk dill
ərində  qədim  söz  yuvalarından  
biri d
ə or “yer” köküdür. Müasir türk dillərində bir çox sa-
d
ə hesab edilən sözlərin tərkibində bu qədim kök morfemin 
izl
ərini görmək mümkündür. 
Monqol dilinin daqur l
əhcəsində  həmin  söz həm  or 
for
masını,  həm də  ilkin  “yer”  anlamını  mühafizə  edə  bil-
mişdir  (235, 89). Türkologiyada ilk dəfə  ar // or  “yer” 
kökünd
ən A.Vamberi bəhs etmişdir. O, türk dillərindəki 
araorta, aral “göl” sözl
ərinin bu kökdən təşəkkül tapdığı-
nı  göstərmişdir (EWTTS, 17). Ancaq  aral  “göl” sözünün 
m
ənşəyi *ar “su” kökü ilə bağlıdır. 
Az
ərbaycan dilçiliyində F.Ağasıoğlunun (5, 229-232) 
v
ə B.Xəlilovun (32, 54) etimoloji araşdırmalarında proto ar 
 
203 


BABA MƏHƏRRƏMLİ 
 
 
// ur 
“yer” morfeminin tarixi inkişafından bəhs edilmişdir. 
F.Ağasıoğlu  ar  morfeminin allomorflarının  üç  semantika 
üzr
ə inkişaf etdiyini göstərir: hərəkət-ayrılma, insan, tanrı, 
yer-m
əkan. O, bu kökdən intişar  edən yer-məkan  anlamlı 
kökl
ərə  aşağıdakı  derivatları  aid  edir:  orta, ara, arxa, or-
man,  arx,  arıx,  arpa,  Ağrı  //  Arğı  dağı  (5,  229-232). Fik-
rimizc
ə, arx sözü *ar “su” kök morfemi ilə əlaqədardır. 
Müasir Az
ərbaycan dilində  işlənən  aran, ard, ora, 
sözl
əri də bu qədim kökün reliktini qoruyub saxlayır. Türk 
dill
ərinin mənsub olduğu Ural-Altay dillərinə, həm də digər 
dil ail
ələrinə nəzər saldıqda həmin kökün izini onlarla söz-
d
ə görmək mümkündür. 
Or 
kökünün derivatları: qəd.türk. ornak “yer, mahal” 
(64, 402), yak.dial. orqul “yüks
əklik, hündür yer” (DСЯЯ, 
188),  oruu  “yu
xarı”  (DСЯЯ,  189),  soy.  oran  “ölkə” 
(VEEWT,  365),  krım.  orın  “yer, mənzil”  (Kыр.РС,  159), 
Sib.tat.dial.  oro  “çu
xur”  (СДСТ,  161),  yak.  oroy  “zirvə”, 
(ЭСТЯ,  I,  473-474), xak., saq.dial. ora  “kartof saxlamaq 
üçün  qazılmış  çuxur, quyu” (VEEWT, 364).  Orta  əsrlərə 
aid  cağatay  lüğəti  “Abuşka”da  orun // orn sözü “yer” 
anlamında verilmişdir (Abus., 23). 
Qeyri-türk dill
ərində  derivatları:  kor.  orom // oram 
“dağ”  (ОСНЯ,  I,  IX),  qəd.mon.  oran  “yer” (КП, 154), 
manc. oron 
“boş yer” (Maн.РС, 132), manc. oron “boş yer” 
(Maн.РС, 132). XII əsrə aid Ə.Yəsəvinin “Divani-hikmət” 
əsərində orun sözü “yer, məskən” anlamındadır (ƏY, 124): 
 
 
Yaş ornığa kanın töküp yüzni boyar,  
 Ham
dın aytıp şeytan ləin kaçar, dostlar (ƏY, 46). 
 
 
204 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Əski türk yazılı abidələrində orun “yer, məskən, mə-
h
əllə, taxt” mənalarında işlənmişdir: orun nağ “yer, taxt”, 
yığışlığ  orun  “qurbangah”,  orun  töşək  “yataq yeri”, yer 
orun  “ölk
ə, diyar”, kara orun  “qara yer, qəbir,  məzar” 
(QTAS,  79).  Çağdaş  xakas  və  çuvaş  dillərində  or-  feili  
“qazmaq” anla
mındadır. Həmin fakt da or // ur  kökünün 
sinkretikliyini göst
ərir. Qədim türk dilində oruk “yol” sözü 
işlənmişdir (86, 289). Müqayisə edək: mon. oru- “bir yerə 
getm
ək” (MTS, II, 968). 
Qıpçaq qrupu türk dillərinin leksikası üçün səciyyəvi 
olan  orman 
“meşə” sözünün kökü də  or // ur  “yer” kök 
morfemi il
ə bağlıdır. G.J.Ramstedt orman sözünün or // ur 
“dağ,  təpə” kökündən  yarandığını  ehtimal  edir  (ЭСТЯ,  I, 
473). A.T.Kaydarov da 
orman,  orın sözlərinin *or kökün-
d
ən təşəkkül tapdığını qeyd edir, lakin ilkin mənanın nə ol-
du
ğunu  göstərmir (171,  256). Türk dillərində  orman  sözü 
aşağıdakı  mənalardadır:  çuv.  “kənd,  tala,  meşədə  ağacsız 
yer”, qu
m., tat., qaz., noq. “meşə” (ЭСТЯ, I, 473). Türk dil-
l
ərində olduğu kimi, monqol dillərində də oron “yer” məna-
sındadır.  S.Y.Malov uyğur  dilinin  Hami  ləhcəsində  orna
feilinin “yerini d
əyişmək” mənalarında işləndiyini qeyd edir 
(199,  172).  Dünya dill
ərində bu söz yuvasından yaranmış 
ar // or // ur  kökünü özünd
ə ehtiva edən “yer-məkan” an-
lamlı, tarixi baxımdan düzəltmə sözlər kifayət qədərdir. Bu 
kök yuva
sından ur // ar // er // ər // ir allomorflarının şaxə-
l
ənməsi nəticəsində yeni semantikalı sözlər yaranmışdır 
Ar allomorfu: Bu allomorf öz müst
əqilliyini bəzi dillər-
d
ə mühafizə edə bilmişdir: mon. ar “arxa tərəf, arxa” (MРС, 
40), kalm. ar “arxa t
ərəf, şimal tərəf, şimal” (Kaл.РС,  46). 
H
əmin kökün  türk dillərində  derivatları  aşağıdakılar-
 
205 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə