Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
la”,  tarra 
“taxıl”  (277, II, 345-347), qədim  uyğur  dilində 
taraγ “toxum” (ЭСТЯ, III, 158) mənalarını ifadə etmişdir.  
Dem
əli,  tari-  biçimi  *tar+i  formasında  kök+şəkilçi 
birikm
əsinə uğramışdır. E.V.Sevortyan *tar kök morfemini 

əkin yeri, tarla” anlamında  bərpa  edir  (ЭСТЯ,  III,  158). 
A.R
əhimov M.Kaşğarinın “Divanı”nda işlənən tarıq “əkin, 
bitki, buğda” və müasir Azərbaycan dilində işlənən darı sö-
zünün d
ə  *tar  kök morfemindən yarandığını  göstərir (65, 
67). B.A.
Əhmədov türk dillərindəki  tarlaq  “əkin sahəsi”, 
tartın “məhsul” sözləri ilə tarla sözünün qohum olduğunu 
qeyd edir (ADQEL, 266). Dem
əli, darı // tarı sözü də mor-
fonoloji 
inkişaf nəticəsində sonuncu samitini itirən sözlər-
d
ən biridir. Yəni  darı  sözünün ilkin forması  tarığ  olmuş, 
sonradan 
tarı // darı şəklinə keçmişdir. Qədim qaynaqlarda 
darı sözünün daha çox tarı variantında işlənməsi də sübut 
edir ki, h
əmin sözün kar anlautu daha qədimdir.  
Göründüyü kimi, bütün derivatlarda sabit t
ərəf, də-
yişməz komponent tar hissəsidir. Ümumiyyətlə, bu üsulla
y
əni analoji derivatları müqayisə etməklə ilkin kök morfe-
mi v
ə ya söz yuvasını müəyyənləşdirmək mümkündür. Bu 
metodda semantik meyar da n
əzərə  alınmalıdır.  Qədim 
türk ya
zılı mənbələrində tarı- “əkin əkmək”, tarığçı “kənd 
t
əsərrüfatı  işçisi”,  tarığ  “əkin sahəsi,  taxıl,  darı,  toxum, 
m
ənşə, soy” mənalarındadır (64, IV, 440). XIV əsrdə türk 
dill
ərində  taramak-  “taxıl  səpmək”,  tarlağ  “əkin sahəsi” 
anlam
larını ifadə etmişdir (ИССТЯ, 85). M.Kaşğarinın lü-
ğətində tarıt- sözü “əkinçilik etmək” mənasında verilmiş-
dir (DLTT, IV, 579). 
Tarla sözünün m
ənşəyini digər köklərlə də bağlayan-
lar olmuşdur. Məsələn, Ş.Sami tarla sözünün kökünü tara-
 
197 


BABA MƏHƏRRƏMLİ 
 
 
mak-  “daramaq, t
əmizləmək” feili ilə  əlaqələndirir (KT, 
1168). Ancaq bu f
ərziyyə  digər analoji derivatların  təh-
lilind
ə özünü doğrultmur. N.Budayev yapon dilindəki tane 
“ta
xıl, dən” sözü ilə türk dillərindəki tarı “darı” sözünü qar-
şılaşdırır  (129, 185). Yapon mifologiyasında  Ta-no Kami 
“tarla Al
lahı”dır (МНМ, 493). Müqayisə edək: qəd.yap. ta 
“tarla” (262, 20, 71), kor. tta “torpaq”, kom. 
 “tarla” (106, 
125), Sib.tat.  tara, tuv. tara  “çör
ək, taxıl”, tof. dara “taxıl 
əkini”, ev. tari  “əkmək”, rus.dial. tara  “darı”  (ЭСРДС, 
533), kalm. taran 
“taxıl” (СНГТ, 544), mon.-xal. taria, ev. 
taria “çör
ək, taxıl” (СНГТ, 544), qəd.mon. tariyan “çörək” 
(КП,  157),  mon.-xal.  tarix  “əkmək” (ИССТЯ,  85).  Tarla 
sözünün q
ədim forması tarlaγ- dır (ЭСТЯ, II, 158).  
Dünya dill
ərində  analoji faktlara nəzər salaq: kom. 
turun “ot, quru ot, saman”, protoperm. tarna, fin. taarna // 
tarna, est. tarn “ot, sa
man, quru ot” (КЭСКЯ, 287), sansk. 
dorn “ot”, mon. tari “toxum 
əkmək” (MTS, II, 1205), taria 
“toxum, çör
ək,  taxıl,  məhsul” (MTS, II, 1205), tarialan 
“tarla, 
əkinçilik” (MРС, 392), kalm. tarān “toxum, çörək” 
(ЭСТЯ, III, 159), soy. tarı “taxıl, dən səpmək”, tarığ “məh-
sul”, taryaa “
əkin”, bury. taryan “çörək, taxıl” (241, 106), 
xak. 
taarığ  “əkin,  əkin-biçin”,  taarığçı  “əkinçi”  (XРС, 
567),  sol., daq.  tarran 
“şumlamaq”,  tarqan  “əkin yeri, 
şum”,  qəd.mon.  tariya  “əkmək” (MTS, II, 1206), ər.  drr
sam. trr “s
əpmək, tökülmək” (193, 152). 
XI-XIV 
əsrlərə aid türkmən yazılı abidələrində tarıq 

zü  “darı”  anlamını  bildirmişdir.  Z.Muxamedova  qeyd 
edir ki, 
tarıq sözü “darı” anlamında ancaq oğuz türklərinin 
dilind
ə  işlənir, digər türklərin dilində  isə  “arpa”  anlamını 
ifad
ə  edir  (222, 162). Bu kökün ən qədim morfemlərdən 
 
198 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
olma
sını Misir mifologiyasında Taru teoniminin “əkin-bi-
çin Al
lahı” anlamında işlənməsi faktı da sübut edir. Qədim 
Mi
sir heroqlif yazılarında tar // taar “əkinçi, kəndli” anla-
mındadır (EHie.D,  867). Slavyan mifologiyasında  Taru // 
Tara  “me
şə  ilahəsi”dir.  Qədim slavyanlar həmin ilahənin 
şərəfinə torpağın oyandığı dövrdə – mart ayının sonlarında 
bayram keçirirdil
ər. Vaxtilə Sakit Okeandan Atlantik Oke-
anına qədər olan geniş ərazidə As Tarı teonimi “Yer ilahə-
si” m
ənasında  işlənmişdir.  Slavyan  mifologiyasında  Tara 
“şumlanmış    yer”  anlayışını  ifadə  edir. Rus kazaklarının 
dilind
ə isə tarançı sözü “pay torpağı” mənasındadır (300). 
Dem
əli, *tar ən qədim kök sözlərdən biridir, çünki mifo-
loji m
ənbələr dilin ən arxaik leksik  layını  inikas  etdirir. 
B.M.Yunus
əliyev bu kök morfemi türk-monqol ümumlek-
sika
sına aid edir (295, 147). 
Faktlar  göst
ərir ki, qədim türk dillərində  *tar-  “ək-
m
ək”-*tar “əkin yeri” sinkretik kökü olmuşdur. Hind-Av-
ropa dill
ərində  də  bu kökün paraleli var: litv. ar  “şumla-
maq” (118, 231). H
əmin leksik paraleldə anlautda t reduk-
siya
sını fərz etsək, tar- və ar- “əkmək, şumlamaq” köklə-
rinin morfonoloji  v
ə  fonosemantik  uyğunluğu  onların  ho-
mogenliyini t
əsdiq edir. Ehtimal kiaratlamak, arat etmək 
sözl
əri də  bu kök yuvasındandır.  Müqayisə  edək: hind.-
Avr. *aru “tarla”, lat. aruum “tarla” (139, II, 477), ar “
ək-
m
ək”, qot. arjan “əkmək”, ta “səpmək” (195, 65, 83), drav. 
da:u “yer 
əkmək, yer sürmək” (157, 110). Bütün bu analoji 
paralell
ərdə d // t anlautu və səs reduksiyası müşahidə edi-
lir. A.fon Qaben q
ədim türk dilində tarığ // tarağ sözünün 

əkin”,  tarığlağ  sözünün isə  “tarla” anlamında  işləndiyini 
qeyd edir (86
,  297).  Əgər bu qədim kök türk dilləri üçün 
 
199 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə