Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
dır: Alt. arka “dağ döşü, yamacı”, ur. aran “at saxlanan yer
ağıl” (УС, 35), yak. ara “yol” (СЯЯ, I, 126), yak.dial. araan 
“ala
çıq  olan yer” (DСЯЯ, 48), arqı “yuxarı” (DСЯЯ, 50), 
tuv.  arqa 
“dağ  meşəsi”  (ЭСТув.Я,  I,130),  Alt.dial.  araqa 
“sıra dağlar”, arqa “çıxış yeri”, arqa “dağ, təpə, dağın arxası, 
arxa t
ərəf”, arqaa “şimal”, arka “sıra dağ” (111, 103, 142). 
Qeyri-türk dill
ərində derivatları: fin. aro “çöl” (ФРС, 
39), mac. arra 
“ora” (ВРС, 46), bud. ara “keçid, məsafə” 
(Буд.РС,  20),  kürd.  aran  “çəmənlik,  otlaq”  (Кур.РС,  48), 
ər. arīn “meşə” (13, 255), lak. arşi “yer” (СССДЯ, 71), ər. 
ărāb-ā  “çöl” (193, 212), оset.  arӕn  “sərhəd”  (ОРС,  41), 
bury.  ara  “arxa t
ərəf”,  “şimal”  (КП, 154), sansk. arana 
“uzaq”, ardha “t
ərəf, vilayət, yer” (СРС, 71), inq. are “düz, 
çöl”, çeç. 
ārē “yer, tarla, düz, çöl” (Чеч.РС, 41), xet. aras 
“meşə” (CCМСИЯ, 138), kor. are “aşağı” (238, 66).  
Türk dill
ərindəki  arqa  “dağ  silsiləsi,  dağ  aşırımı” 
sözü vaxan dilind
ə də eyni mənada işlənir. İ.M.Steblin-Ka-
menski s
əhvən  bu  sözün  kökünü  İran  dillərinə  bağlayır 
(ЭСВЯ,  86).  Halbuki həmin sözün kökü nostratik mənşə-
lidir. Müqayis
ə edək: amer. arqa // arya “dağ” (AED, 12), 
uyğ. aruğ “meşə”, soy. aruğ “dağ meşəsi” (VEEWT, 25).  
Müasir Az
ərbaycan dilində işlənən arxa sözü eyni mə-
nada q
ədim assur dilində də arka variantında olmuşdur (AD, 
I, 271). Dün
yanın ekzotik dillərindən olan bask dilində aran 
“vadi” anla
mındadır  (EDB,  100).  Daqur  dilində  ar  “ara”, 
arka // arxa  
sözünün  variantı  kimi  işlənir (EDAL, 311). 
Müqayis
ə  üçün qeyd edək ki, protokelt dilində  *aro  sözü 

əkilmiş,  şumlanmış  yer,  torpaq” mənasını  ifadə  etmişdir 
(EDPC, 42). Qazax dilind
ə  aran “çəpər, alçaq divar”, türk 
dilind
ə  aran  “mal-qara saxlanan həyət” mənasındadır. 
 
206 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
V.V.Radlovun qeydin
ə görə, qədim türk dillərində aran sö-
zü “ç
əmən, qışlaq” mənalarında işlənmişdir (OСТН, I, 143). 
*Ur  allomorfu: 
başq.  urın  “yer”  (БРС,  580),  uram 
“küç
ə” (БРС, 578),  yak.  uraha “yay iqamətgahı,  mənzili” 
(276, 64, 61). A.Vamberi ur kökünün q
ədim cağatay dilin-
d
ə “hündürlük, yüksəklik” anlamında işləndiyini qeyd edir 
(EWTTS, 57). 
Qeyri-türk dill
ərində  də  ur  allomorfunun  derivatları 
var:  man.  ur-ala 
“dağ zirvəsi”, mon. ur “quyu” (VEEWT, 
364), fin. ura 
“iz, yol” (ФРС, 681), mol. urme “iz” (ГРМС, 
198). Az
ərbaycan dilinin Dərbənd dialektində  urşu  sözü 
“bünövr
ə, özül” (ADDL, 519), Mehri  şivəsində  urım  sözü 
“me
şə” (ADDL, 516) mənasındadıır.  Türk toponimlərində 
ur  “möhk
əmləndirilmiş  qaya,  yer,  qala səddi, səngər, yar-
ğan, sıldırım” anlamlarındadır. Q.Qeybullayevin məlumatı-
na gör
ə, Qazaxıstanda Urnak şəhərinin adı da bu köklə bağ-
lıdır (45, 92). Beləliklə, toponimik materiallar bir daha təs-
diq edir ki, or // ur  kökü q
ədim və  müasir türk dillərində 
onomastik vahidl
ərdə  “yer, məkan” anlamında  qorunmuş-
dur.  Əksər müasir sözlərin tərkibində  isə  həmin kök ase-
mantikl
əşmişdir. Lebedin tatarlarının dilində urna- feili “yer 
tutmaq, yerind
ə olmaq” mənasınıı ifadə edir (114, 217). 
Ör allomorfu: *Or kökünün allomorfu olan ör türk dil-
l
ərində  “yuxarı,  yoxuş,  yüksəklik, sərhəd” mənalarındadır 
(ЭСТЯ,  I,  542).  Həmin  allomorfun  derivatları  aşağıdakı-
lardır:  Azərb.  örüş,  qəd.türk.  örü  “yuxarı”  (ПДП,  407), 
Alt.dial.  örö  “yüks
əklik, yuxarı”, örökö “həyət”, örqöö “sa-
ray” (111, 103, 142). Müst
əqil kök kimi işləndiyi dillər: kom. 
ör 
“dağ” (КЭСКЯ, 153). Türkmən klassik ədəbi nümunələ-
rind
ə öre sözü “meydan” mənasını ifadə edir  (TKES, 286). 
 
207 


BABA MƏHƏRRƏMLİ 
 
 
Lebedin  tatarlarının  dilində  (Altay dilinin  şimal dialekti) 
örqö “m
əbəd, saray, qala” anlamlarındadır (114, 181). 
*Ür allom
orfu: başq. ür “yoxuş”, üreş “otlaq” (БРС, 
589). 
*İr  allomorfu: mon. ira,  uyğ.  ir  “şimal” (VEEWT, 
364). “Q
ədim türk lüğəti”ndə ir “dağın günəş düşən, günəş-
li t
ərəfi, hissəsi” mənasında verilmişdir (ДТС, 211). Orxon 
abid
ələrində yir // ir // ır “şimal, quzey” anlamındadır (93, 
245, 259). Bu paralellik d
ə bir daha sübut edir ki, yer sözü 
il
ə or // ur // ir köklərinin etimoloji cəhətdən yaxınlığı var. 
N.M
əmmədov yazır ki, ir termini  qədim türk sözü olmaqla 
“yüks
əklik, dərə-təpə, çay döngəsi” mənaları kəsb edir. İr 
termini Qarair (Goran
boy), İrkar təpəsi (Kəlbəcər rayonu), 
İrdağ  (Astara  rayonu),  İrkör  dağı  (Xocavənd rayonu) və 
dig
ər toponimlərdə iştirak edir (54, 157).  
*Er  allomorfu: protokelt. 
ērra  “geri” (EDPC, 118). 
Orta Asiyada Erqın hidronimi var. E.Murzayev erqın sözü-
nü “çöl, düz” anla
mında izah edir (СНГТ, 201).  
 
Analoji leksik paralell
ər göstərir ki, proto *or  “yer” 
kökü
nün işlənmə coğrafiyası çox genişdir və həmin qədim 
kök qeyri-Altay dill
ərində  də  yayılmışdır.  Bütün bu sada-
ladığımız dil faktları bir daha sübut edir ki, proto or // ur 
“yer” morfemi q
ədim türk dillərində əsas söz yuvalarından 
biri  olmuşdur.  Tarixən  onun  allomorfları  çoxşaxəli fono-
morfoloji t
əkamül prosesinə məruz qalmış, ar // or // ur // 
ür // er // ir // ör fonovariant
larında yeni mənalar qazanmış 
v
ə  ya digər sözlərin tərkibində  asemantikləşmişdir.  Ural-
Altay dill
ərinin zəngin materialları təsdiq edir ki, həmin kö-
kün tarixi çox q
ədimlərə gedib çıxır.  
Bel
əliklə, qədim türk dilində müxtəlif yuvalardan tə-
 
208 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə