Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
Az
ərbaycan dilinin Qərbi Azərbaycan  şivələrində  iş-
l
ənən ılğa- “sürətlə getmək” kökü də *yıl- morfemini mü-
hafiz
ə  etmişdir.  Azərbaycan  dilinin  Borçalı  şivəsində  ilğı-
max-  “gözd
ən itmək” sözü var (ADDL, 232). Ehtimal ki, 
bu sözl
ərdə anlautda y samiti reduksiyaya uğramışdır. Mü-
qayis
ə edək: qəd.çin. - “köçmək” (EDOC, 566), drav. ya
“getm
ək” (157, 137). Bütün bu analoji faktlar *yıl-  söz 
yuva
sının qədimliyini sübut edir.  
*Ok “tayfa, n
əsil, ana, toxum. Bu kök morfem tari-
x
ən  ok // ög  formalarında  fonosemantik  şaxələnməyə 
m
əruz  qalmışdır.  Türk  dillərində  ak  sözü “toxum” 
m
ənasındadır (ЭСЧЯ, 15). Oğul, oğlan, oğuş, oğlaq, doğ-
tox(um) sözl
ərinin etimoloji əsasında *ok kök morfemi da-
ya
nır. Qədim türk dialektlərində ok // oq // uq // oğ “oğul, 
tay
fa” (ДТД, 74), öq “ana”  (ДТД, 153) anlamlarını ifadə 
etmişdir.  Fikrimizcə,  öq // ok  “ana” və  oğ  // ok  “tayfa, 
n
əsil” və  ak // ok  “toxum” sözləri eyni kökün 
allomorflarıdır. Yenisey yazılarında oquş sözü “tayfa üzvü, 
h
əmqəbilə, həmtayfa” semantikasını  ifadə  etmişdir  (116, 
63) 
Oğlan,  oğlaq,  oğla,  oğlıt-,  oğul,  öke,  ögey,  ögsüz 
sözl
ərinin etimoloji əsasında duran *ok- kök morfemi digər 
sözl
ərin də  yaranmasına səbəb olmuşdur. Ehtimal ki, *ög 
“ana” sözü il
ə *oğ- “doğmaq, törəmək, tayfa, nəsil” sözləri 
g  //  ğ  refleksi ilə  eyni söz yuvasından  törəmişdir.  Qədim 
türkc
ədə ok “ana” - ok “doğmaq” korrelyativ kökü mövcud 
olmuşdur. Təsadüfi deyil ki, A.Məmmədov  şumer  dilin-
d
əki uqu // uqun “ata”, “ana” sözü ilə türk dillərindəki *ök 
“ana”
,  şumer dilindəki  uqu // uq  “əhali, xalq” sözü ilə 
q
ədim türk dilindəki  uk  “tayfa”  sözləri arasında  genetik 
bağların olduğunu bildirir (50, 13-14). Qeyd edək ki, Altay 
 
194 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
dilinin tatar-çalkan dialektind
ə  uk  “tayfa, nəsil,  əcdad, 
ail
ə” sözü müstəqil morfem kimi işlənməkdədir (114, 216). 
Türkoloji 
ədəbiyyatlarda doğ- sözü ilə *oğ- sözünün eyni-
m
ənşəliliyi  haqqında  ehtimallar mövcuddur. Z.Eyyuboğ-
lunun göst
ərdiyinə  görə,  ok  kökü hal-hazırda  türk  dilinin 
Ana
dolu  şivələrində  “ata-ana” mənasında  işlənməkdədir 
(TKS, 111). Q
ədim qaynaqlarda həmin kökdən yaranmış 
oğlıt-  feili “artırmaq, çoxaltmaq” mənalarındadır  (ДТС, 
363). Müqayis
ə edək: dol. oqo “uşaq” (ДРС, 49), yak. oğo 
“uşaq”,  şum.  uqu  “övlad”,  tox.  ok  “nəsil,  məhsul” 
(ССМСИЯ,  82), ass.  uqu  “xalq, ordu”    (AD, XX, 203).  
Analoji derivatlar sübut edir ki
oğ // ok // uk kök yuvasın-
dan müasir türk dill
ərində yeni -yeni sözlər törəmişdir. 
*Ku 
“deşik,  yuva,  boşluq”.  Bu  söz  yuvasından  həm 
türk dill
ərində, həm də  digər dillərdə  çoxlu sözlər yaran-
mışdır. Müqayisə edək: Sib.tat. kuış “boş yer” (СДСТ, 143), 
şum. qud “yuva” (SL, 23), qəd.çin. kuăn “deşik, çala, oyuq” 
(EDOC, 338), q
əd.kelt.  *kuvo  “boşluq”  (EDPC, 230), 
q
əd.gür. qureli “deşik” (ЭСАЯ, I, 132), ad. que, ub. quə “de-
şik,  çuxur”  (ЭСАЯ,  I,  132).  Xakas  dilinin  saqay  və  kaçin 
dialektl
ərində  kuy  və  kuyak  sözləri  “mağara”  mənasındadır 
(147, 146). M.R.Fedotov çu
vaş  dilindəki  kulata // kuluta 
“quyu” sözünün rus dilind
əki  koloda  sözündən  alındığını 
qeyd edir (Фед., I, 305). Türk dilində kof “oyuq, çuxur” sözü 
işlənməkdədir. Z.Eyyuboğlu bu sözün yunan mənşəli 
kouphos 
“boş  yer,  oyuq”  kökündən yarandığını  göstərir 
(TDE, 421). Güman ki, türk dill
ərindəki koğ // koğuş sözü də 
bu kök yuva
sından təşəkkül tapmışdır. Deməli, müxtəlif dil-
l
ərdə *ku yuvasından yeni sözlər törəmişdir.  
Dialektl
ərimizdə işlənən küyül “deşik, koğuş, mağara” 
 
195 


BABA MƏHƏRRƏMLİ 
 
 
(ADDL, 171;15  108) sözünd
ə  də  *ku  kök morfemi qorun-
muşdur. Həmçinin  şivələrimizdə  kuful  “boş”  anlamındadır 
(ADL, I, 290). Faktlara n
əzər salaq: Alt., tel., kuy “mağara, 
iri çala” (VEEWT, 297), kom.-perm. qu “çuxur, çala”, udm. 
qu  “çu
xur” (КЭСКЯ, 81), fin. kiides “dərin mağara, kaha” 
(ЭСРЯ, II, 241), mon. qün “dərinlik” (MРС, 130). Deməli, 
Ural dill
ərində ilkin forma mühafizə olunmuşdur. Fikrimiz-
c
ə, quyu sözünün *ku “çuxur, deşik” kökü ilə heç bir əlaqəsi 
yoxdur.    G.Klauson orta 
əsrlərdə xakas türkcəsində kuy sö-
zünün “d
ərə dibi” anlamında, digər türk dillərində isə “xəl-
v
ət yer, mağara”  mənasında  işləndiyini qeyd etmişdir.  Eti-
moloq h
əmin sözlə türk dilində işlənən kuytu “sığınacaq” sö-
zünü eyniköklü hesab edir (GC, 674). Faktlardan göründüyü 
kimi, h
əm türk dillərində, həm də digər dillərdə *ku “çuxur, 
deşik, boşluq” yuvasından müxtəlif sözlər yaranmışdır. 
*Tar-  “
əkmək”:  *Tar-  “əkmək” kökü XII-XIII  əsr-
l
ərə aid təfsirlərdə qeydə alınmışdır (ЭСЧЯ, 268). Müasir 
sarı uyğur dilində tarı- // taru- “yeri şumlamaq” sözü işlən-
m
əkdədir (201, 113). Lobnor dilində həmin feildə r>y səs 
ke
çidi  baş  vermişdir:  tay-  “şumlamaq”  (ЭСТЯ,  III,  158). 
Tarla  “
əkin yeri” (Azərb.) və  tarım  “kənd təsərrüfatı” 
(türk.) sözl
ərinin paralel mövcudluğu onların kökünün *tar 
oldu
ğunu  sübut edir. Qədim türk  dilində  tari-  “əkmək” 
sözü  işlənmişdir  (ЭСРДС,  533).  Həmçinin  əski türk dil-
l
ərində  tarığ  “əkin” (QTAL, 49), tarığçı  “əkinçi” anla-
mındadır (İML, 69). M.Kaşğari tarığ sözünü “buğda” mə-
na
sında  vermişdir:  ol  manqa  tarığ  savruşdı  “O, mənim 
üçün 
taxıl sovurdu” (DLTT, II, 213). Qədim özbək dilində 
tarı “taxıl”, tarı “səpmək”, tarığ “çörək, taxıl”, tarlağ “tar-
 
196 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə