Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
VC (sait+samit) tipli kök morfeml
ərin qədim variant-
larının semantikasında müşahidə edilən ən səciyyəvi cəhət-
l
ərdən biri onların əksəriyyətinin omonimlik xüsusiyyətinə 
malik olmasıdır. Bu cəhəti N.A.Baskakov da qeyd edir. O, 
bu omonimliyin ya
ranmasını  VC (sait+samit)  quruluşlu 
kök morfeml
ərin struktur inkişafı ilə bağlayır: аt- “addım-
lamaq”, *at- “tullamaq”, *at “ad” (113, 181). Bu semantik 
proses 
əksər türk dilləri üçün səciyyəvidir. Məsələn: s.uyğ. 
ur  “n
əfəs, həyat”,  ur-  “kəsmək”,  ur-  “aşağı  düşmək”,  ur 
“kişi geyimi”, ür “yuxarı, ür- “yuxarı qalxmaq”, oy “səs”, 
oy  “d
ərə” (201, 80, 81).  Qədim türk dillərində işlənən bu 
kök morfeml
ərin zaman keçdikcə fonetik formaları dəyişik-
liy
ə məruz qalmışdır. Məsələn: qəd.türk. аb “ov”, Azərb. оv
Bu cür kök morfeml
ərin fonetik inkişafında cingiltiləşmə də 
müşahidə olunur: qəd.türk. *аt “ad”, Azərb. аd,  qəd.türk. оt 
“ot”, Az
ərb.  оd. Müqayisə  üçün qeyd edək ki, türk və 
monqol dill
ərində VC (sait+samit) strukturlu kök morfemlər 
paralellik t
əşkil  edir:  türk.  ur  “nəsil”, mon. ür  “məhsul”,  
türk. 
оr “çuxur”, mon. оr “iz, yer” (MTS, II, 967).  
Türk dill
ərində  bir  çox  daşlaşmış  köklərin arxetiplə-
rini Altay dill
ərindəki analoji faktları  müqayisə  etməklə 
b
ərpa etmək  mümkündür. Məsələn,  *al-  “dərk etmək”: 
türk. 
algılamak-  “dərk etmək”, kor. alda  “bilmək”, tunq. 
alagu  “oxumaq” (238,  45). Sonor samitl
ərin  əvəzlənməsi 
qanunauy
ğunluğuna görə *al- “dərk etmək” və an- “xatır-
lamaq” feill
ərinin mənşəyi  eynidir. Türk dillərində  bəzən 
bir söz kökünün daxilind
ə daşlaşmış bir neçə leksik şəkilçi 

şahidə  olunur. Məsələn, müasir türk dilində  quruluşca 
sad
ə  hesab edilən  ulaş-  “çatmaq” feili etimoloji cəhətdən 
*ul+ 
a+ş  formasında  morfoloji inkişaf  keçmişdir,  -a  və  ş 
 
181 


BABA MƏHƏRRƏMLİ 
 
 
komponentl
əri həmin söz kökündə fuziallaşmış şəkilçi fun-
ksiya
sındadır.  Bu  ehtimalı  Ə.Yəsəvinin XII əsrə  aid 
“Divani-hikm
ət” əsərində ula- feilinin “birləşmək, əlavə et-
m
ək” mənasında  müstəqil  kök  kimi  işlənməsi  faktı  sübut 
edir (ƏY, 126). Bəzi ikihecalı köklərin etimoloji cəhətdən 
t
əkhecalı  VC  tipli köklərdən yarandığını  digər dillərdəki 
leksik paralell
ər təsdiq edir. Məsələn, axsa- feili k // x ref-
leksi il
ə *ak- “hərəkət etmək” feilindən təşəkkül tapmışdır. 
Müqayis
ə edək: mon. aγsa- “qalxmaq” (ЭСТЯ, I, 69). 
Bel
əliklə, bu nəticəyə gəlirik ki, türk dilləri üçün VC 
(sait+samit)  heca tipi 
ən qədim söz formalarından biridir. 
Çağdaş  türk  dillərində  işlənən bir çox törəmə  köklər bu 
heca strukturundan yaranmışdır, ancaq bu tipli köklərin ha-
mısı ilkin deyil. Onların bir qismi etimoloji baxımdan törə-
m
ədir. Morfonoloji təkamül nəticəsində bəzi VC (sait+sa-
mit) 
quruluşlu morfemlər fuzial köklərə çevrilmişdir. 
 
 
182 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
IV FƏSİL 
 
TÜRK DİLLƏRİNDƏ  SÖZ YUVALARI 
 
İlkin  söz köklərinin bərpa  edilməsində  söz yuvası 
metodunun t
ətbiqinin mühüm əhəmiyyəti var. Bu metod iki 
prinsip
ə əsaslanır: fonetik və semantik. Dilin qədim mərhə-
l
əsində bir söz kökünün bir neçə məna daşıması, yəni poli-
fun
ksionallığı  ilkin  morfoloji quruluşun  səciyyəvi cəhət-
l
ərindəndir. İndi omonimlik adlandırdığımız hadisə  proto-
dil
ə aid təkhecalı söz köklərinin əsas xüsusiyyələrindən biri 
olmuşdur. Vaxtilə  tərkibcə  eyni olan monosillabik sözlər 
prototürk ça
ğında  polisintetik funksiya  daşımışdır  (207, 
91). Qeyd ed
ək ki, A.Vamberinin müəllifi  olduğu  türk 
dill
ərinin ilk etimoloji lüğəti söz yuvaları prinsipinə uyğun 
yazılmışdır. Məsələn, o, uyğ. ali “aşağı”, cağ. alçaq, türk. 
alt, yak. 
alın “aşağı” sözlərinin mənşəyində al // il “aşağı” 
kök morfeminin dayan
dığını  göstərmişdir  (EWTTS,  13). 
Y
əni türkologiyada söz  yuvası  metodundan ilk dəfə məhz 
A.Vamberi istifad
ə etmişdir.  
Q
ədimə  doğru  getdikcə  türk və  qeyri-türk sözlərinin 
s
ərhədini müəyyənləşdirmək də  çətinləşir.  Dərin etimoloji 
t
əhlillər, söz köklərinin kompleks  analizi  üçün  geniş  tipo-
loji müqayis
ələr  aparmaq  lazımdır.  Tədqiqatlar bir daha 
sübut edir ki, ölü kökl
ərin izləri daha çox türk dillərində 
uzunömürlülük hüququ qazan
mışdır.  Ona  görə  ki, türk 
dill
ərinin morfologiyası  uzun  müddət  ərzində, demək olar 
ki, d
əyişməmişdir və  ya yaxud da az dəyişmişdir  (32, 8). 
Dilçilikd
ə ilkin söz köklərinin bərpasının bir çox metodları 
mövcuddur. Bunlardan 
biri  söz  yuvası  metodudur. Azər-
 
183 


BABA MƏHƏRRƏMLİ 
 
 
baycan dilçiliyind
ə  V.Aslanov (11,  II,  64, 167),  F.Ağa-
sıoğlunun  (4,  221-228;  5,  229-232; 6, 233-236),    B.Xəli-
lovun (32,  61,  89,  142,  160) t
ədqiqatlarında  söz yuvası 
meto
dundan geniş istifadə edilmişdir. Türk dillərində ana-
loji derivat
ları müqayisə etməklə, törəmə sözlərdə semantik 
v
ə  fonetik qanunauyğunluqları  gözləməklə  söz yuvalarını 
b
ərpa etmək mümkündür. Bəzi söz yuvalarına nəzər salaq: 
*Ta  “yüks
əklik”: Bu yuvadan törəyən sözlərdən biri 
tağ // dağ sözüdür. M.Ergin qeyd edir ki, Orxon abidələrində 
dağ sözü ta formasında işlənmişdir (85, 130). Deməli, dağ 
sözünün kökü q
ədim  türk  yazılı  abidələrində  qorunan, kar 
anlautlu  *ta  morfemidir, sonuncu 
ğ  komponenti  daşlaşmış 
şəkilçi funksiyasındadır. Tuva etimoloqu B.İ.Tatarintsev dağ 
sözünü da – q~ta-q t
ərkiblərinə ayırır və da- kökünü “yuxarı 
qalxmaq” anla
mında izah edir (ЭСТув.Я, II, 35). Ən qədim 
türk dill
ərindən  olan  çuvaş  dilində  bu sözün ilkin  CV  for-
ması mühafizə olunmuşdur: çuv. tu “dağ” (ЭСЧЯ, 254). E.ə. 
III minilliyin bi
rinci yarısına aid şumer dastanlarında Aratta 
ölk
ə  adı  kimi  işlənmişdir. Alimlər müəyyənləşdirmişlər ki
h
əmin sözün  əsasında  ta  “dağ”  sözü durur (40,  198). 
Q.Kazımov  bu  sözün  arxetipini N.Andreyevin boreal kon-
sep
siyasına  əsaslanaraq  *ta  (“düz, çöl, səhra, təpə,  dağ, 
d
ərin”) formasında bərpa edir (40, 43). N.Y.Marr çuvaş di-
lind
əki tura “tanrı, səma” sözü ilə tu “dağ” sözü arasında se-
man
tik  bağlılıq olduğunu  göstərir (211,  8).  Ə.Tanrıverdi 
qeyd edir ki, problem
ə tarixi-linqvistik yanaşma göstərir ki, 
ta 
derivatı  qədim türk dilindəki tenqri  // taηrı  (“göy-səma, 
Allah”), 
tağ  (“dağ,  yerin  hündür,  dik,  yamaclı  və  zirvəli 
hiss
əsi”), eyni zamanda çin və  koreya  dillərindəki  tanqun 
 
184 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə