Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Müqayis
ə edək: əfq. taaq “yüksəklik”, tib. taq “qaya”, 
yap. take 
“dağ”, taka “hündür” (СНГТ, 537), fars. tiq // teq 
“dağın  zirvəsi,  ən yüksək nöqtəsi”  (СНГТ,  548),  çin.  tuo 
“da
ğın ətəyi” (БКРС, 459). Göründüyü kimi, bütün bu lek-
sik paralell
ər “yüksəklik” anlamını  bildirir.  Sintszyan uy-
ğurlarının dilində tağ // dağ sözünün sonu diffuz səslə ifadə 
edilir: 
taŋ “dağ” (203, 154-155). Q.E.Kornilov bu sözlərin 
m
ənşəyində  nivx dilində  işlənən  tux-  “çıxmaq, qalxmaq”, 
tav 
“dağ, təpə” sözlərinin dayandığını qeyd edir  (183, 34). 
Əslində,  tux-  “qalxmaq” feilinin mövcudluğu  ilkin  sözlər 
üçün s
əciyyəvi olan sinkretikliyin əlamətidir. Deməli, tağ // 
dağ  sözünün nüvə  semantikasında “yüksəklik,  ucalıq, 
qalxmaq, ucalmaq” anla
yışları dayanır.  
Ümumiyy
ətlə, təpə, dağ türk mifologiyasında göylərlə 
bağlıdır. İnsanlar təpələrdə tonqal qalamaqla olan hadisələri 
göyl
ərə  xəbər verirdilər. Eləcə  də  müqəddəs ruhların  çoxu 
göyl
ərdən təpələrə, türbələrə enirdi (18, 114-115). Yəni Göy 
tan
rısına sitayiş edən türk əcdadlarımız dağ zirvəsinin, dağ 
yüks
əkliyinin tanrı ilə təmasın ən yaxın məsafəsi olmasına, 
dağ  ruhunun  mövcudluğuna  inanmışlar.  Vaxtilə  Tyan-Şan 
dağlarını  hələ  hunların  vaxtında  Tanrı  dağları  adlandırır-
dılar. Çin mənbələrində ci-lien adlanan dağların hun dilində 
m
ənası göy və ya Tanrı demək olduğu anlaşılır (59, 276). 
*Ta 
yuvasından törəyən sözlərdən biri də tayqa sözü-
dür.  Türk dill
ərində  dağ  sözündən  başqa,  tayqa  sözü də 
“dağ-meşə” semantikasını  əks etdirir:  tel.  tayka  “hündür 
dağ”, tayğa “meşə”, “dağ” (221, 22). M.Fasmer rus dilində 
işlənən tay “sıx meşə” sözünün monqol mənşəli *taji “me-
şə” kökündən yarandığını  ehtimal  edir.  O,  rus  dilində  iş-
l
ənən  tayqa  etnoniminin də  bu kökdən  yarandığını  qeyd 
 
191 


BABA MƏHƏRRƏMLİ 
 
 
ed
ərək, həmin sözü türk mənşəli hesab edir. M.Fasmer bu 

zün  Altay,  şor,  teleut,  lebedin  tatar,  saqay dillərində  iş-
l
ənən  taiγa,  oyrot dilində  işlənən  taika  sözlərindən 
alındığını  bildirir.  Vaxtilə  Tayqi etnonimi də  olmuşdur 
(ЭСРЯ, IV, 11). M.Rəsənen də monqol mənşəli iddia edi-
l
ən tayqa sözü ilə türk dillərindəki tağ // tau sözünün qo-
humluğunu  göstərir. O,  bu sözlərin mənşəyini monqol 
dill
əri ilə bağlayır (ЭСТЯ, IV, 10-11). Şor, saqay dillərində 
tai
γa, oyrot dilində  taika  sözləri  “qayaları  olan  dağ”  mə-
nasındadır.  Tayqa  sözünün  tağ  //  dağ  kökü ilə  homogen-
liyini Yenisey abid
ələrində tau formasının “tayqa”, tağ for-
ma
sının isə “dağ” mənasını bildirməsi də sübut edir (116, 
194).  V.M.İlliç-Svitıç  tunqus dillərindəki  *dajγa  “meşə, 
dağ”  formasını  ilkin hesab edir (161, 48). Halbuki həmin 
söz sonradan yaran
madır.  Müqayisə  edək:  rus.dial.  dayqa 
“ça
yın yuxarısında yerləşən dağ” (161, 48).   
*Ta 
yuvasında törəyən sözlərdən biri də tuva dilindəki 
tey  “t
əpə, zirvə, yüksəklik” sözüdür (Tув.РС, 410). Qədim 
türk  yazılı  qaynaqlarında  *ta  yuvasından  törəyən sözlərə 
rast g
əlmək mümkündür. Məsələn, İbn Mühənnanın lüğətin-
d
ə tayız sözü “təpə” mənasında verilmişdir (İML, 70). Bi-
zim fikrimizc
ə, həmin söz proto ta “dağ” kökü ilə homogen-
dir, y
əni tau~tey fonosemantik divergensiyası tarixi inkişaf 
baxımından mümkündür. Müqayisə edək, tağ~tau ~tey
*Ta 
yuvasından  törəyən sözlərdən biri tula  (*tu+la) 
sözüdür. Türk dill
ərində tula “dağ keçidi, bataqlıqda çayırlı 
yer, ç
əmən,  yaşıl  otluq”  mənalarındadır  (16,  391). Həmin 
sözd
əki tu kökü də qədim variantın izidir. Müqayisə edək: 
Alt. tuu 
“dağ”, tuula- “dağla getmək” (155, 77). 
*Yıl- qaçmaq, hərəkət etmək”. Bu  yuvadan ilxı // 
 
192 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
yılxı // yılkı // jılkı sözü törəmişdir. Həmin söz qədim türk 
dialektl
ərində  yılkı  formasında  işlənmişdir  (ДTД,  47). 
M.R
əsənen  türk dillərindəki  ılxı  //  yılxı  //  yılkı  //  yılğu // 
yulku 
// yilki // yulğu // sulqu “at, at sürüsü” sözünün mən-
şəyini yul “il” kökü ilə bağlayır (VEEWT, 201). Ancaq hə-
min fikir h
əqiqəti əks etdirmir. 
M.Kaşğari  yel-  feilini  “qaçdı,  çapdı”  mənasında  ver-
mişdir  (DLT,  III,  63).  Ə.Yüknəkinin “Atəbətül həqayiq” 
əsərində yil- feili “qaçmaq” mənasındadır: aya şek yolında 
yiligli odun 
“Ey  şübhə  yolunda qaçan,  oyan”  (AH, 42). 
Güman ki,  yel  v
ə  yol  isimləri də  yıl-  kökünün “hərəkət” 
semantika
sından yaranmışdır. Türk dillərindəki ilan // yılan 
//  jılan  sözünün kökü də  *yıl-  feilidir.  Əski  türk  qaynaq-
larında yıla// yilə- feili “qaçmaq” anlamını ifadə edir: Yi-
girmi bin 
ər yağı gördümsə, yılamadım (KDQİL, 111). Qə-
dim 
*yıl- “qaçmaq” kökünün yel- fonovariantı XVIII əsrə 
q
ədər Azərbaycan dilinə  aid müxtəlif  yazılı  qaynaqlarda 
işlənmişdir (12, II, 259). Hazırda türk xalq danışıq dilində 
h
əmin kök sözün fonovariantı olan yel- feili “qaçmaq” mə-
na
sında işlənməkdədir. Digər çağdaş türk dillərində də mü-
əyyən fonoloji fərqlə *yıl- feili öz müstəqilliyini qorumuş-
dur:  y~ç, y~j, y~s: xak. 
çıl-  “hərəkət etmək, sürünmək”, 
yak. 
sııl-  “sürünmək”,  siel-  “sürünmək, iməkləmək, qaç-
maq”  (92, 181).  Müasir türk dilinin dialektl
ərində  də  yıl- 
“qaçmaq” kökü mühafiz
ə edilmişdir (DS, XI, 4272). Bəzi 
türk  dill
ərində  isə  ancaq  daşlaşmış  formadadır.  Məsələn, 
qaz. 
jıljı-  “hərəkət etmək”,  jılıs-  “çıxıb  getmək, yavaşca 
ir
əli getmək”,  jılpos  “cəld, zirək adam”, jılğa  “kiçik çay” 
(295, 116). Dem
əli, *yıl- kök morfeminin ilk samiti tarixən 
anlautda y~ç~j~s 
əvəzlənmələrinə məruz qalmışdır.  
 
193 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə