Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə59/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
(“r
əhbər,  şaman,  Allah”),  tan-ta  (“torpaq,  ağac”) sözlərini 
eyni semantik şaxədə birləşdirir (73, 18).  
Bir sıra dillərdə də ta // tav // tar // dar // tu morfemi 
“hündürlük, 
baş,  dağ,  zirvə”  semantikalarını  əks etdirir: 
q
əd.fars.  darqa  “hündür”  (CCМСИЯ,  345),  ər.  tūr  “dağ” 
(193, 215), dahr 
“dağ başı” (193, 154), sam. dabr “dağ” (193, 
215), kartv. *txam  “yüks
əklik, zirvə”, gür. taw, çan. ti “baş” 
(ЭСКЯ,  97, 175), çin. tun  “təpə, yüksəklik”  (БКРС,  459), 
oset. 
tīğ // teğæ “dağ təpəsi, yal, sərhəd, hüdud, çıxıntı”, fars. 
ti
γ // teγ “dağ başı, dağ yüksəkliyi” (ИЭСОЯ, III, 291-292). 
Q
ədim Misir dilində tua sözü “dağ” mənasını ifadə et-
mişdir (EHie.D, 872). Həmin sözün praforması *ta-dır, tağ 
// tav // tau // dağ formaları isə sonradan yaranmışdır, yəni 
bu kökün CV 
variantı (samit+sait) daha qədimdir. Türk dil-
l
ərindəki  dağ  //  tağ  //  tau  //  tu  “dağ”  kökünün arxetipini 
q
ədim Misir dilində işlənən tu “dağ” (EHie.D,  823) sözü 
il
ə də bərpa etmək mümkündür 
Tarix
ən köçəri və yarımköçəri həyat sürən türk xalq-
larının  həyatında,  məişətində, etnokulturoloji və  mifik tə-
f
əkküründə  dağ  məfhumu,  dağ  anlayışı  mühüm yerlərdən 
birini tutur. Q
ədim türklərin teoloji baxışlarında dağ anla-
yışına xüsusi önəm verilmişdir. Türk xalqlarının mifik qay-
naq
larında müqəddəs  dağ,  dağ  ruhu  sözlərinə  tez-tez rast 
g
əlinir. Dağ məfhumu türkdilli xalqların etnoqrafik düşün-
c
əsində, şüurunda əsas sakral anlayışlardan biri olmuşdur.  
B
əzi dillərdə dağ sözü v sonluğu ilə işlənir: qar. tav 
“dağ”,  qum.  tav  “dağ”  (Kум.РС,  298),  mon.  davaa  “dağ 
ke
çidi” (MРС, 137), dov “təpə” (MРС, 149), çuv. tăvalla 
“dağa  sarı,  tərəf,  çayın  axdığı  istiqamət”,  tăvayki  “dağın 
ətəyi, çayın və ya dərənin sahili” (ЭСЧЯ, 234), mon.dial. 
 
185 


BABA MƏHƏRRƏMLİ 
 
 
dawā “dağ aşırımı” (269, 22), ur. tav “meşə” (УРС, 276). 
Q
ədim qıpçaq abidəsi “Kodeks Kumanikus”da tav forma-
sında  işlənmişdir  (CC, 15). Azərbaycan dilinin Dərbənd 
dialektind
ə  tov  bicimindədir (15,  184).  N.A.Sıromyat-
nikov evenk dilind
əki  dawakit  “dağ  aşırımı”  sözü  ilə 
q
ədim yapon dilindəki  tamıkё  ()  “aşırım” 
sözl
ərinin eyni kökə malik olduğunu qeyd edir (261, 119). 
E.V.Sevort
yanın fikrincə, taw forması sonradan yaranmış-
dır (ЭСТЯ, III,118). Türk dilinin Muğla şivəsində də dav 
vari
antındadır  (80,  296). Ural  dillərinə  aid olan komi 
dilind
ə  dav  “meşə  otlağı,  meşə, quru yerdə  olan kiçik 
meşə”, dialektlərdə  isə  dav  “quru dərə” mənasındadır. 
Komi dilinin etimoloqla
rının  fikrincə,  əvvəl bu sözün 
“quru d
ərə”, sonra “quru dərədə  olan çəmənlik”, daha 
sonra  “me
şə” mənası  yaranmışdır.  Onlarin fikrinə  görə, 
h
əmin söz hind-Avropa mənşəlidir (КЭСКЯ, 87). 
Dağ sözü türk dillərindən digər qohum olmayan dil-
l
ərə, o cümlədən  İran  dillərinə  də  keçmişdir:  kürd.  däx 
“dağ”, “meşə”, tac. tax “dağ”. M.Kaşğarinin lüğətində bu 
kökd
ən düzəlmə tağık- “yuxarı qalxmaq” feili işlənmişdir: 
eçkü  tağıktı  “Keçi  dağa  çıxdı”  (DLTT,  II,  117).  Qədim 
türk yazılı abidələrində də tağık- feili “dağa çıxmaq” anla-
mındadır (71, 320). A.M.Şerbak (290, 197) və M.Rəsənen 
(ЭСТЯ, III, 118) dağ sözünün arxetipini *tāγ formasında 
b
ərpa edirlər. 
Dağ // tağ morfemi fonosemantik inkişaf nəticəsində 
müxt
əlif modifikasiyalara (yəni forma dəyişikliyinə) məruz 
qal
mışdır:  özb.  toğ,  noq., kar., qum. tav,  qırğ.  too,  uyğ. 
ta:ğ, xak. tağ, çuv. tăv // tu, yak. tıa, qar.-balk. tuv // tau, 
qaq. daa, 
qaz., tat., q.qalp., başq. tau, türk. dağ, Alt. tuu // 
 
186 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
tau, türkm. 
da:ğ  //  da:q, tuv. dağ,  şor.  taq, Sib.tat. tau 
(ЭСТЯ, III, 118), tel. tuu “dağ” (Tел.РС, 88), uyğ.dial. taγ 
(УДС,  159).  Türk,  perm,  monqol, tunqus, fin-uqor dilləri 
il
ə yanaşı, digər Ural-Altay dillərində də bu morfemin para-
lell
əri mövcuddur: Məsələn: yap. taka “təpə, yüksək yer”, 
kor. 
thăk  “təpə” (262, 69). Qədim türk runik abidələrində 
ta
ğtın sözü “şimali, şimal”, tağurnu sözü “dağ çıxıntısı, şi-
mal, quzey” anlam
larını ifadə etmişdir (QTAS, 96). Müxtə-
lif türkdilli qaynaqlarda 
tağ // dağ sözü “şimal, qərb, çöllü-
bi
yaban,  meşə, təpə, yüksəklik, dağ”  mənalarında  qeyd 
olun
muşdur (ЭСТЯ, III, 118). Əksər türk dillərində bu söz  
“dağ” məfhumunu bildirsə də, bəzi türk dillərində “meşə” 
m
ənasındadır: yak. tıa “meşə, dağda olan meşə”, K.tat. daq 
“dağ”,  “meşə”, türk.dial. dağ  “sıx  meşəlik yer”, qaq. daa 
“meşə”  (ГРМС,  127),  dol.  tıa  “tundra, meşə” (СДР, 72). 
Əski  Oğuz  dastanında  dağ  formasındadır:  Bunlar  bir  dağ 
geçi
tinde yaşamaya mecbur edildiler (EOS,147). Dağıstan 
toponimin
in  mövcudluğu  sübut edir ki, dağ  leksemi türk 
dill
ərindən Şimali Qafqaz xalqlarının dilinə keçmişdir. 
 E.V.Sevortyan bu kökün b
əzi fonetik variantlarındakı 
uzun  *a:  saitini arxetip for
manın  izi  kimi  qəbul edir 
(ЭСТЯ, III,118). Dağ  sözü qədim türk  yazılı abidələrində 
(Tonyukuk, Gül Tigin) 
tağ  variantında  işlənmişdir  (ПДП, 
425). Dem
əli, sözün taγ forması daha qədimdir. Buna görə 
d
ə onun praformasının bərpasında türkoloqlar kar varianta 
üstünlük verirl
ər. Bu leksem “Qədim türk lüğəti”ndə “dağ” 
anla
mında  verilmişdir  (ДТС,  526):  söŋüküŋ  taγča  jatdї 
“Sümükl
ərin  dağlar  kimi  yatdı”  (ДТС,  526).  Əski  yazılı 
abid
ələrdə  tağ  taban  “dağ  keçidi”  mənasındadır  (QTAS, 
95). Q
ədim  uyğur  dilində  tag  “dağ  silsiləsi,  sıra  dağlar, 
 
187 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə