Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə57/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   53   54   55   56   57   58   59   60   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
m
ək” feilinin kökü *ül-  olmuşdur.  Yazılı  qaynaqlarda  üləş
“paylamaq” an
lamındadır: 
 
 Otuz üçd
ə saqi bolup mey üləştim
 Cami-
şərab kolğa alıp toya içtim (ƏY, 18). 
 
Türk dill
ərində məlum l // ş paralelliyinə əsasən üş- və 
ül- “bölm
ək, parçalamaq” kökləri homogendir.  
Az
ərbaycan dilində işlənən itələ- feilinin kökü türk və 
türkm
ən,  sarı  uyğur  dillərində  it-  formalarında  qalmışdır 
(201, 32). Dem
əli, Azərbaycan dilindəki heca tipi sonradan 
düz
əlmədir, bu feil it+ə+lə  formasında  şəkilçilərlə  bir-
l
əşmiş, fuzial kökə çevrilmişdir. Monqolustan və Qırğızıs-
tan 
ərazisində  tapılan  qədim  türk  yazılı  abidələrində  VC 
(sait+samit) 
strukturlu  aşağıdakı  kök  morfemlər  işlənmiş-
dir: 
аb  “ov”,  аy-  “danışmaq”,  аl-  “götürmək”,  ur-  “vur-
maq”,  ud  “öküz”,  uç-  “uçmaq”,  uz  “b
ədiilik,  yaradıcılıq”, 
ud-  “izl
əmək”, еs “yoldaş”, at “ad”, aş- “aşmaq”, aç- “aç-
maq”, 
ıd- “göndərmək” (202, 100-105). 
 H
əm qədim, həm də çağdaş türk dillərində VC qurulu-
şu, əsasən, feillərdə müşahidə olunur. Orta əsrlərə aid (XII-
XIV 
əsrlər) türkdilli qəbirüstü  abidələrdən olan siro-türk 
m
ətnlərində işlənən VC (sait+samit) strukturlu köklər aşağı-
dakılardır:  еl,  it  (146,  152). Bəzi türk dillərində  VC 
(sait+samit) strukturlu kök morfeml
ərin bir hissəsi aseman-
tikl
əşmişdir. Məsələn, uz “yaxşı, bacarıqlı, sənət, usta” (52, 
70; 85, 137) kö
kü çağdaş Azərbaycan dilindəki usta sözündə 
asemantikl
əşmişdir.  Həmin kök fars dilindəki  ostad  “usta, 

əllim”, rus dilindəki  искусный  “ustadcasına”  sözlərində 
d
ə izini saxlamışdır. Sözün kök forması müasir teleut dilində 
 
178 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
qorun
muşdur:  us  “usta”  (Tel.РС,  92).  Us  “usta” forması 
Saxalin evenkl
ərinin dilində də mövcuddur (130, 110). 
Türk dill
ərində VC tipli kök sözlərdən biri də öl “su” 
morfemidir. Bu söz müasir türkm
ən dilində öl // höl (“rütu-
b
ətli, nəm”), xalac dilində  höl  formalarında  qorunmuşdur. 
Dialektl
ərimizdə işlənən öləng “sulu” sözü də həmin kökdən 
yaranmışdır.  M.Kaşğarinın  lüğətində  öl  “islaq, nəm” mə-
nasında verilmişdir (DLTT, IV, 456). Türk dillərində VC və 
CV formal
arının qədimliyini rekonstruksiyalar zamanı məhz 
bu formalara üstünlük verilm
əsi faktı da təsdiqləyir. 
V.Aslanov yazır ki, müasir dövrdə ayrı-ayrı türk dillə-
rind
ə rast gəlinən bütün təkhecalı xalis türk  mənşəli sözlər 
q
ədim kök sözlərin rudimentidir, az və ya çox miqdarda fo-
netik d
əyişikliyə uğramışdır. Türk dillərində yüzlərlə təkhe-
calı söz mövcuddur ki, onlar diaxronik baxımdan düzəltmə-
dir (12, II, 68). Bu 
fikri çoxhecalı sözlərə də aid etmək olar. 
M.R
əsənen addım və  adlama-  // atla-, atlanmaq sözlərinin 
at- feilind
ən yarandığını qeyd etmişdir. Həmin kök türk dil-
l
ərində müxtəlif formalarda mühafizə olunmuşdur: Alt. alta
xak. atlam, çuv. oda, türkm. 
adım “addım” (VEEWT, 31). 
Az
ərbaycan dilindəki alın sözündəki al komponenti-
nin kök mor
fem olmasını sarı uyğur dilindəki аl “alın” sö-
zünün müst
əqil  işlənməsi sübut edir. Sarı  uyğur  dilində 
alında “irəlidə “anlamındadır (201, 15). Deməli, Azərbay-
can dilind
əki  alın  sözündə  tarixi-etimoloji baxımdan  kök 
v
ə şəkilçi fuziallaşması baş vermişdir. Həmin söz *al mor-
femind
ən yaranmışdır:  *al+ın. J.A.Mankeyeva qazax 
dilind
ə  işlənən  ırqa-  “yelləmək” feilinin *ır-  morfemin-
d
ən,  аdаs-  “yolunu azmaq, səhv etmək” sözünün  *аd- 
morfemind
ən yarandığını qeyd edir (209, 99). VC tipli kök 
 
179 


BABA MƏHƏRRƏMLİ 
 
 
morfeml
ərin müəyyən  hissəsi  türk dilində  fuziallaşmış, 
asemantikl
əşmiş, digər türk dillərində  isə  qorunmuşdur. 
M
əsələn, Azərbaycan dilində oraq sözünün kökü olan or- 
“biçm
ək” feili özbək dialektlərində, Altay dilinin tuba-kiji 
dialektind
ə müstəqil morfemdir (142, 133; 111, 140). Sarı 
uy
ğur  türkcəsində  həmin kökdən törənmə  urğala-  “kəs-
m
ək” feili işlənməkdədir (201, 130). 
Bel
ə  köklərin bir hissəsi  reduksiyaya  uğramışdır: 
q
əd.türk. оl “o, bu”, Azərb. o. Bu tipli sözlərin bir qismi V 
(sait) quruluşlu köklərdən yaranmışdır. Məsələn, ир- // ер- 
“olmaq”  feili  uyğur  dilinin Sintszyan ləhcəsində  e-  //  i- 
(“olmaq”) forma
sındadır (203, 107). Həmin fakt sübut edir 
ki, b
əzi  VC  tipli köklərin  özü  etimoloji  baxımdan  törə-
m
ədir, onlar V  (sait)  quruluşlu  kök morfemlərdən yaran-
mışdır. Buna görə də belə sözlərin hamısını ilkin söz kökü 
kimi q
əbul etmək düzgün deyil. Onlar arasında  etimoloji 
baxımdan düzəltmə olan köklər kifayət qədərdir. Türk dil-
l
ərinin  ən qədim xüsusiyyətlərini qoruyan  sarı  uyğurların 
dilind
ə  ün-  “qalxmaq,  çıxmaq”  (201, 132), dolqan dilində 
ас-  “itələmək” (276,  18) kimi  VC (sait+samit)  quruluşlu 
kök sözl
ər var. Türk dillərində bu quruluşlu sözlərin bəzi-
l
ərində uzanma da müşahidə edilir: yak. ōl “o”, türkm. āy 
“ay”, 
s.uyğ.  ōt  “atəş,  od”  (201, 83).  B.Xəlilov Orxon-
Yenisey abid
ələrindəki faktlarla müasir Azərbaycan dilin-
d
əki analoji faktları müqayisə edərək bu nəticəyə gəlmişdir 
ki, Az
ərbaycan dilindəki VC (sait + samit) heca tipli feillər 
əski mənbələrdə də müstəqil leksik-semantik mənaya malik 
vahid  kimi  çıxış  etmişdir.  Bu  tipli  feillər qədim olduğuna 
gör
ə  törəmə  mənbəyi  kimi  çıxış  etmiş,  inkişaf  edərək 
sonralar yeni semantik çalarla
rını üzə çıxarmışdır (32, 37). 
 
180 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə