Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
ideyası ilə razılaşmırıq. Ümumiyyətlə, indiyə qədər aparılan 
t
ədqiqatları təhlil etsək, türkologiyada ilk söz forması kimi 
adı hallandırılan heca tipləri arasında üstünlük ən çox CV və 
CVC  formala
rına  verilir.  CV  və  CVC  heca tipləri dünya 
dill
ərində,  əsasən,  əvəzliklərdə  müşahidə  olunur və  həmin 
əvəzliklərin əksəriyyəti leksik paralellik təşkil edir. Bu əvəz-
likl
ər, əsasən, şəxs, işarə və sual əvəzlikləridir. Məsələn: to 
(fars.) “s
ən”,  şen  (gür.) “sən”,  ты  (rus.) “sən”,  tu  (fran.) 
“s
ən”,  ğu (sax.) “sən”,  (sax.) “mən”, mun (av.) “mən”,  je 
(fran.) “m
ən” və  s. L.R.Zinderin qənaətincə,  CVC  və  CV 
heca tipl
əri dil universalilərinə aiddir (158, 288). 
Ç
ağdaş türk dillərində CVC heca tipli etimoloji cəhət-
d
ən düzəltmə olmayan köklər də var: daş // taş, çıt // çet və 
s.  Bu cür monosillabik kökl
əri tərkib hissələrinə  ayırmaq 
qeyri-mümkündür. CVC tipli isiml
ərin bir qismi qədim döv-
rün izl
ərini  daşıyır,  ancaq  feil  köklərində  bu hal müşahidə 
edilmir, y
əni həmin heca tipli feillərin bir çoxu tarixi-etimo-
loji c
əhətdən törəmədir. Qədim türk söz kökünün CVC quru-
luşunda olduğunu qəbul edən dilçilər, əslində, ilkin söz kö-

nün  yalnız  qapalı  hecalılığını  iddia edirlər. Bu fərziyyə 
özünü bir o q
ədər də doğrultmur. CVC tipli köklərin hamı-
sını törəmə və ya düzəltmə hesab etmək də düzgün deyil. 
T
ürk  yazılı  qaynaqlarında  təkhecalı  sözlər  arasında 
CVC tipli söz kökl
əri daha məhsuldar işlənmişdir. Xüsusilə 
Yenisey abid
ələrində təkhecalı sözlər arasında VC və CVC 
tipli kök morfeml
ər üstünlük təşkil  edir  (116, 42), ancaq 
h
əmin fakt CVC formasının ilkinliyinin sübutu ola bilməz. 
Müqayis
ə  üçün göstərək  ki,  İ.Q.Melikişvili  qeyd  edir  ki, 
ümumkartvel dill
ərində 710 kök sözdən 608-i CVC qurulu-
şundadır (216, 61). Kartvel dillərində tipik kök morfem for-
 
166 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
ması CVC  hesab edilir (139, I, 252). M.Yusifov CVC tipli 
kökl
əri leksik məna ilə yanaşı, etimoloji mənanı daha çox 
qoruyan kökl
ər kimi xarakterizə  edir (76, 110). K.M.Mu-
sayev is
ə CVC formasının  şəkilçiləşmə nəticəsində CV for-
ma
sından  yarandığını  ehtimal edir (221, 91).  Azərbaycan 
dilçil
ərindən S.Cəfərov (145, 11-13), M.Yusifov (76, 110), 
Ə.Tahirzadə  CVC  tipli heca formasını  daha  qədim hesab 
edirl
ər.  Ə.Tahirzadənin fikrincə, məsələn,  gör-, göz(ük), 
güz(gü), güd-  sözl
ərini  gö-  // gü-  hissəsinə  ayırıb,  -r,-z,-d 
hiss
ələrini qəlibləşmiş,  donmuş,  daşlaşmış  morfoloji  for-
mant kimi t
əqdim etmək olmaz. Onun qənaətincə, praaltay 
dilin
ə aid CVC tipli köklərdəki axırıncı samit fərqləri: η/n, 
b/m, r/z/l, ç/c/
ş,  t/d  qədim kökün eyni samitinin fonetik 
f
ərqlərini əks etdirir (263, 8). 
Türk dill
ərində bəzi CVC quruluşlu sözlərin CV biçimli 
kökl
ərdən  yaranması  faktı  məlumdur. Məsələn, qədim türk 
dilind
ə  yul  “kiçik su mənbəyi, bulaq”, yulak  “kiçik-kiçik, 
çoxlu su bu
lağı” (DLT, III, 23) sözləri işlənmişdir. Çağdaş 
salar dilind
ə  yule  “bulaq,  çeşmə” mənasındadır  (266, 33). 
H
əmin sözlər su // yu kökündən yaranmışdır. 
Müxt
əlif türk dillərindəki faktları  müqayisə  etməklə 
b
əzi CVC quruluşlu köklərin ilkinliyini müəyyənləşdirmək 
mümkündür. M
əsələn, Azərbaycan dilində yaxın,  yaxınlaş
Az
ərbaycan dialektlərində  yavumaq, türk dilində  yaklaş-
çu
vaş dilində yaxan “yaxın” (Фед., II, 505) sözlərinin möv-
cud
luğu  kök  morfemin  *yak-  olduğunu  sübut edir.  Azər-
baycan dilind
ə  sovuş-,  türk dilində  savul-  “yol vermək” 
feill
ərinin kökü  sav-  feilidir.  Əgər  Azərbaycan dilində  bu 
kök  morfem  daşlaşmışdırsa,  türk  dilində  müstəqilliyini 
qoru
muşdur. Türk dilindəki sav- “yanından keçmək, uzaq-
 
167 


BABA MƏHƏRRƏMLİ 
 
 
laşmaq”  (TS,  1711)  kökü  ilkinliyi  əks etdirir. Həmin kök 
Az
ərbaycan dilində  savış-  şəklində  daşlaşmışdır.  Türk  di-
lind
əki savruk “diqqətsiz” sözü də sav kök yuvasındandır
Sızla-, sızılda-, sızıltı,  sızanaq sözlərinin mənşəyi, ehtimal 
ki, s
əs təqlidinə bağlıdır. Bu sözlərin kökü Altay, tatar, Si-
bir  tatarlarının  dilində  işlənən  sus  “ağrı”  morfemidir. 
L.S.Levitskaya qırğız, qazax dillərində olan suz “nəmişlik, 
soyuq” anla
mındakı  kökü  də  bu sözlərlə  eyni  yuvaya aid 
edir (191, 134-135). Qaqauz v
ə türk dillərindəki suzu “kəs-
kin a
ğrı” sözü də həmin yuvadan təşəkkül tapmışdır. 
N.A.Baskakov qeyd edir ki, türk dill
ərində hazırda iş-
l
ənən CV tipli köklər ən qədim CVC köklərindən reduksiya 
n
əticəsində  yaranmışdır  (113,  153). Ancaq bizim 
fikrimizc
ə,  CVC  heca tiplərinin bir qismi  CV  formalı 
kökl
ərdən  şəkilçiləşmə  nəticəsində  yaranmışdır.  Tədqiqat-
çıların statistik məlumatına görə, CVC heca forması müasir 
çu
vaş  dilində  94%, koreya dilində  77%-dir (115,  31). 
D.M.Na
silov  yazır  ki,  “üçhərfli” (yəni  CVC  heca tipləri- 
B.M.) kök-
əsaslar açıq hecalı köklərdən  yaranmışdır (226, 
53). Yenisey abid
ələrində  CVC  heca  tipli  aşağıdakı  söz 
kökl
əri işlənmişdir: tüş- “yıxılmaq”, çet “sərhəd” (116, 42), 
yür- // yör- “getm
ək”, bay  “varlı” (116, 42, 54-56) və s. 
A.N.Kononovun fikrinc
ə, türk dillərində  CVC  tipli 
kök sözl
ərin əksəriyyətində sonuncu samit qrammatik fun-
ksiya daşımış, sonradan həmin samitin funksiyasının zəif-
l
əməsi nəticəsində kök-əsasın tərkib hissəsinə çevrilmişdir 
(179, 77). Ancaq bütün CVC 
quruluşlu köklər haqqında bu 
fikri ir
əli sürmək düzgün deyil, yəni bəzi CVC tipli köklər 
ilkin dövrün m
ənzərəsini  əks etdirir. G.J.Ramstedtin və 
V.Ban
qın mülahizələrinə görə, sinkretik mahiyyətli bu tipli 
 
168 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə