TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
lin
ə aid təkhecalı söz kökləri V, CV, VC və CVC quruluşun-
dadır. Onların da içərisində CVC forması kəmiyyətcə daha
çoxdur (297, 287). A.Vamberi q
ədim türk söz kökünü CVC
biçimli hesab edir (171, 14-15).
A.N.Kononov türk dill
əri üçün V, CV, CVC for-
malarının daha qədim olduğunu göstərir (179, 76). Altay
dill
ərində CVC strukturlu köklərin ilkinliyi ideyasını
İ.V.Kormuşin və E.D.Polivanov da dəstəkləyirlər (113,
145). Türkologiyada bu ide
yanın ən ardıcıl tərəfdarı
N.A.Baskakovdur. O göst
ərir ki, CVC tipi həm qədim, həm
d
ə müasir türk dillərindəki söz köklərinin 76%-ni təşkil
edir (113, 145-146). N.A.Baskakov samit+sait+samit heca
tipini daha q
ədim sayır, çünki əski türkdilli qaynaqlarda hə-
min forma daha çox
işlənmişdir (115, 26-30). Göründüyü
kimi, N.A.Baskakov burada statistikaya
əsaslanır. A.M.Şer-
bak da CVC for
masının ilkinliyi ideyasını müdafiə edir. O,
yazır ki, bəzi türkoloqlar kök hecaların ən tipik növü kimi
samit+sait+samit modelini
əsas hesab edirlər ki, digər heca
tipl
əri də ondan yaranmışdır (290, 109).
Ç
ağdaş türk dillərində CVC formasında olan köklərin
bir qismi VC forma
sından təşəkkül tapmışdır. Məsələn,
Az
ərbaycan dilində hür- feilinin ilkin forması ür- şəklində
olmuşdur: Köpək nə kirüsün, nə ürsün (Oğuz., 162); it ürdi
“İt hürdü” (ДТС, 626). Deməli, Azərbaycan dilində hür-
feilinin CVC for
ması həmin kökün önünə h səsinin artı-
rılması nəticəsində əmələ gəlmişdir. Eyni fikri vur- feili
haqqında da demək mümkündür, çünki həmin feilin də
ilkin forması ur- şəklindədir (ПДП, 438); ol ani urdı “O,
ona z
ərbə vurdu” (ДТС, 614). Müasir türk dillərində söz
163
BABA MƏHƏRRƏMLİ
başında v, h protetikliyi ilə VC köklərindən təşəkkül tapan
CVC
formalı köklər mövcuddur.
Əski türk söz formalarından biri kimi qəbul etdiyimiz
samit+sait+samit modeli h
əm qədim, həm də çağdaş türk
söz kökl
əri içərisində aparıcı yer tutur. Məsələn, qaq. qit-
“getm
ək”, qırğ. kel-, kec (“gec”), san (“say”), qaç-, tat, tam
(“dam”), tay (“ana t
ərəfdən qohum”, Azərbaycan dilindəki
dayı sözünün kökü- B.M.), qat (“hissə”), türk. kat “mər-
t
əbə”, başq. buy (“uzunluq, boy”), buş (“boş”) və s.
B
əzi CVC tipli köklər tarixən CV tipli kök morfemlər-
d
ən törəmişdir. Məsələn, V.Aslanov çağdaş Azərbaycan di-
lind
ə işlənən dəl- və deş- feil köklərinin, əslində, *tə- kök
morfemind
ən yarandığını göstərir. Türkoloqun fikrincə, -l-
v
ə -ş- bu feillərdə şəkilçi morfemlərdir (12 ,II, 31). Azər-
baycan dilind
ə işlənən güd- feili tarixən kü- “qorumaq, mü-
hafiz
ə etmək” kökündən yaranmışdır (ДТС, 322). A.T.Kay-
darov qov- // kov- feilinin ku- kökünd
ən törədiyini ehtimal
edir (171
, 250). Əslində, qov- feili nostratik mənşəli *ke-
“h
ərəkət etmək” feilinin derivatlarından biridir.
Türk dill
ərində CVC quruluşlu söz köklərinin sayı
f
ərqlidir. Çağdaş qazax dilində 179 CVC quruluşlu kök mor-
fem işlənir, yəni bu tipli köklər təkhecalı sözlər arasında 78,
1% t
əşkil edir (113, 146). Müasir qırğız dilində təkhecalı
kökl
ər içərisində CVC tipli morfemlər 60%-dir. E.R.Tenişev
salar dilind
ə 1000-ə qədər təkhecalı kökün işləndiyini qeyd
edir. Onların statistikası aşağıdakı kimidir: V-50, VC-170,
CV-300, CVC-437, CVCC-23 (171, 39). N.Avazbayevin
hesab
lamalarına görə, müasir özbək dilində CVC heca tipləri
lüğətlərdə 59%, mətnlərdə isə 65% təşkil edir. Onun
t
ədqiqatının nəticəsinə əsasən, CV heca tipi hind-Avropa,
164
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
CVC heca tipi is
ə türk dilləri üçün xarakterikdir (97, 27, 35).
Xakas dilind
ə 450 CVC quruluşlu kök işlənməkdədir (303).
Q.Kaliyev daha çox q
ədim türk mənşəli VC və CVC kök tip-
l
ərinin qazax ədəbi dilində daşlaşdığını, qazax şivələrində
is
ə müstəqil işləndiyini göstərir (173, 185).
B.X
əlilovun qənaətinə görə, CVC tipli feillərin hamısı
CV
formalı köklərdən yaranmışdır. O, CVC şəklində olan
feill
əri ilkin kök deyil, gövdə adlandırır (32, 119, 179).
Lakin bu fikri bütün CVC tipli kökl
ərə şamil etmək olmaz.
Onların da bir qismi ilkin köklərdir. Türk dillərində CVC
tipli kök sözl
ərin bəzilərinin praformaları həm qədim yazılı
qaynaqlarda, h
əm də müasir türk dillərinin dialekt və şivə-
l
ərində qorunur. Məsələn, yay (“ox atmaq üçün silah nö-
vü”) sözünün kökü olan ya-
forması (ДТС, 221) uyğur di-
linin Hami l
əhcəsində mühafizə olunmuşdur (199, 153).
Y
əni türk dillərinin müxtəlif dialekt və şivələrində qədim
söz formaları qorunmuşdur. Ancaq elə söz formaları var ki,
onların arxetipini bərpa etmək üçün tipoloji araşdırmalara,
d
ərin müqayisəli-tarixi təhlillərə ehtiyac var. Qədim türk
yazılı abidələrində müxtəlif semantikalı CVC quruluşlu kök
morfeml
ər işlənmişdir. Təbii ki, çağdaş türk dillərindəki
CVC tipli sözl
ərin hamısı kök morfem hesab oluna bilməz,
çünki onların da bir qismi etimoloji baxımdan düzəltmədir.
M
əsələn, başq. kaz, Azərb. qaz “quş növü”. Çağdaş türk
dill
əri üçün bu söz quruluşca sadədir, ancaq tarixi-etimoloji
yönd
ən baxsaq, *ka // *qa praformalı kökdən yaranmışdır.
CVC tipi türk dill
ərinin ən qədim heca formalarından
biridir v
ə onların bir qismi törəmə deyil, ilkinliyi, qədimliyi
əks etdirir. Biz bəzi türkoloqlar tərəfindən iddia edildiyi
kimi, q
ədim türk söz kökünün yalnız bir strukturlu olması
165
Dostları ilə paylaş: |