Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
şimal”  anlamlarını  ifadə  etmişdir  (EUTS,  219).  Deməli, 
dağ  sözünün  qədim məna variantlarından  biri  “şimal”dır. 
Qeyd etdiyimiz kimi, h
əmin məna  çağdaş  çuvaş  dilində 
mühafiz
ə olunur. 
XV 
əsrdə özbək şairi Ə.Nəvainin dilində doğ forma-
sında işlənmişdir: 
 
Ey Navoiy, telba kunqlum itti, emdi istamon, 
Neça doğu daştdin istab keturqaymen oni (AN, I, 508). 
 
Çağdaş özbək dilində isə toğ variantındadır. Əski türk 
yazılı  abidələrindən  olan  Tonyukuk  yazısında  “dağ”  anla-
mında işlənmişdir: 
 
Jänčü ügüzüg käčä 
Tinäsi oγly jatyγma 
Baŋligäk taγyγ... 
Tämir Qapyγqa tägi irtimiz.  
 
“Biz  Yençi  çayını  keçərək  Tinesi-oğlu  adlı  yaşayış 
m
əntəqəsində,  Benqliqek  dağında  düşməni Dəmir  qapıya 
q
ədər qovduq” (257, 92). 
“Kitabi-D
ədə  Qorqud”da  tağ  variantındadır:  Köksü 
göz
əl qaya tağlara gün dəgəndə, bəy yigitlər cılasınlar bir-
birin
ə qoyulan çağda (KDQİL, 165). G.Klauson bu sözün 
XIII 
əsrdə türk dillərində ta:g şəklində olduğunu qeyd edir 
(GC, 463). XI-XIV 
əsrlərdə  türkmən dilində  daaq  fono-
varian
tında işlənmişdir (222, 85). 
Dağ sözü B.A.Serebrennikov və N.Z.Hacıyevanın bir-
g
ə yazdıqları “Türk dillərinin tarixi qrammatikası” əsərində 
 
188 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
*ta:ğ  şəklində  rekonstruksiya  olunur  (66,  58). Ulu türk 
dilind
əki  kar  başlanğıc  bəzi türk dillərində  qorunmuşdur. 
Bu  morfemd
ə  anlautdakı  d  samiti sonradan    cingiltiləşmə 
hadis
əsinin nəticəsində yaranmışdır. 
Dağ morfemi türk toponimlərində aktiv işlənən kom-
ponentl
ərdən biridir. Məsələn,  Qırğızıstanda  Alatau,  Baş-
qırdıstanda  Yamantau,  Qazaxıstanda  Amantau,  Babatau, 
Aktau, Karatau toponiml
əri var (177, 35, 45).  
Ç.Qaraşarlı Trakiyada etruskların dövründə yaşamış dak 
tayfa  adının  “dağ  ilə  bağlı  olan” mənasında  izah  edildiyini 
göst
ərir.  Etruskların dilində dak adlı tayfa olmuşdur (44, 21). 
“Kutadqu bilik”d
ə taq biçimindədir: elig sunsa erdem bile er 
tegip,  uluq  taq  başın  yirke  ildrür  egip  (KB, I, 277): “Kim 
f
əzilət ilə  əlini uzadırsa,  uca  dağların  başını  əyərək yerə 
endirir” (KB, II, 196). XII 
əsrə aid Ə.Yəsəvinin “Divani-hik-
m
ət” əsərində də kar variantlı – tağ biçimindədir: 
 
Tağ ilə taşka başın urup bixod bolup 
Əhl ü iyal xanumandın ötər, dostlar (ƏY, 48). 
 
Bu sözün  müxt
əlif dillərdə  derivatları  var: çuv. tuxi 
“dağ,  təpə”, mon. taq  “yayla”, kalm. taq  “dağ  başı”, 
q
əd.yap. takyo “dağ” (262, 69), şor. tegey “dağ zirvəsi”, xak. 
tigey  “t
əpə, zirvə”, “dağın ən yüksək nöqtəsi”, mon. degde 
“qalxmaq”,  degedü  “yu
xarı”, or. deqde “yüksəklik”, manc. 
deken  “yüks
əklik, təpəlik” (264,  81).  N.A.Sıromyatnikov 
q
əd.yap. taka “hündür”, takyo “dağ”, kor. txok “təpə”, indo-
nez.  daki 
“dağa qalxmaq” sözlərinin eynimənşəli olduğunu 
göst
ərir (260,  51-65). Çin dilində  dakuai  (“torpaq, ana 
 
189 


BABA MƏHƏRRƏMLİ 
 
 
t
əbiət”) leksik paraleli var (БКРС, 93). Türk dillərində toqai 
// tuqay 
sözü “meşə ilə örtülmüş dağ” mənasındadır.  
Dig
ər dillərdə olduğu kimi, türk dillərində də bu mor-
fe
min inkişafı nəticəsində “dağ” → “meşə” semantik keçidi 
baş  vermişdir. Yəni  dağ  məfhumu bildirən  söz sonradan 
me
şə məfhumu bildirən sözə çevrilmişdir. Müqayisə üçün 
göst
ərək ki, hind-Avropa, dravid, Baltik, slavyan, sami dil-
l
ərində  də  “dağ-meşə-ağac”  semantik keçidi səciyyəvidir. 
Bu fakt da ümumi insan t
əfəkkürünün universallığı ilə bağ-
lıdır.  Yəni dildə  baş  verən bu cür analogiyalar, semantik 
paralellikl
ər insan təfəkküründə anlayışların eyni cür dife-
rensial
laşması ilə bağlıdır. Dünya dillərindəki analoji fakt-
lara baxaq: drav.: kann. mel 
“dağ, yüksəklik”, telu. mel “ta-
la, me
şə”, tod. mas “dağ, meşə”, tam. malou “dağ” (ОСНЯ, 
II, 51), q
əd.yap. yama “meşə”, “dağ” (262, 28), rus. гора 
“dağ”, qəd.hind. giri, alb. gur “qaya, daş”, litv. giria // gire 
“me
şə”, latış. dzira “meşə”, saam. varr “dağ, meşə”, mord. 
vir “
meşə” (139, II, 666), bol. qora “meşə”, serb. qora “dağ 
me
şəsi”, litv. qiria  “meşə”, qəd.yap.  yata  “dağ”, “meşə” 
(262, 51-53), vaar 
“dağ, meşə”, mord. vir “meşə” (139, II, 
666), sam. dabr 
“dağ”, dur // debr “meşə”. S.S.Mayzel bu 
cür uy
ğunluqları izosemantik cərgələr adlandırır (193, 196). 
Hind-Avropa dill
ərində kök sözlərin geniş semasioloji 
şərhini verən M.M.Makovski  yazır  ki,  “yuxarı,  hündür” 
seman
tikası “yaratmaq, etmək” - “cadu etmək” mənaların-
dan yaran
mışdır.  Bu  cür  semantik  inkişaf  qədimdə  insan-
ların hər hansı predmeti və ya heyvanı ağacdan asması ritu-
alı ilə bağlıdır. O, hind-Avropa dillərinə aid zəngin nümu-
n
ələr verərək bunu sübut etməyə  cəhd edir. Məsələn, rus. 
гора “dağ”, isv. qora “etmək” və s. (197,  48).   
 
190 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə