Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
Müqayis
ə  üçün qeyd edək ki, tədqiqatçılar  hind-Av-
ropa dill
əri üçün praformaları daha çox CV, VC, CVC şəkil-
l
ərində bərpa edirlər. Hind-Avropa dilçiliyində E.Benvenist - 
Y.Kuriloviç n
əzəriyyəsinə görə, CV və VC heca tipləri CVC 
forma
sının  təkamülü nəticəsində  yaranmışdır  (139,  I,  249; 
195, 151). G.J.Ramstedt (239, 29) v
ə V.L.Kotviç (185, 30-
34) türk dill
ərində CVC tipli söz köklərinin tarixən V və CV 
formala
rından  təşəkkül tapdığını  ehtimal  etmişlər. A.Bom-
har
dın fikrincə, protonostratik dövr üçün söz kökləri yalnız 
CV  v
ə  CVC  formalarında  rekonstruksiya oluna bilər (298, 
28). V.L.Kotviç d
ə  CV  formasını  daha  qədim hesab edir 
(185, 33-
36). A.M.Şerbak türk dilləri üçün 28 CV quruluşlu 
kökün arxetipini b
ərpa etmişdir (290, 136). 
 Türk dill
ərində  CV  (samit+sait) quruluşlu köklərin 

əyyən bir hissəsi ilkin deyil, sonradan formalaşmışdır. 
Eyni zamanda samit+sait+samit quru
luşlu köklərin bir çox 
hiss
əsi tarixən  samit+sait  formalı  köklərdən yaranmışdır. 
M
əsələn, bağ “düyün” < ba- “bağlamaq”. Qoy- // koy- feili-
nin 
əski forması qo- şəklindədir. Bəzi çağdaş türk dillərində 
indi d
ə həmin qədim forma mühafizə olunub. Məsələn, Uk-
rayna
da  yaşayan  urum  türklərinin dilində  ko-  “qoymaq” 
feili  müst
əqil şəkildə işlənir (УС, 175). Qoy- feilinin pra-
for
masının  qo-  olmasını  qədim  yazılı  mənbələr də  təsdiq 
edir:  K
əlbi  andıqca  ağacı  yanına  qo  (Oğuz.,  167);  Toğ-
madıq oğlana ad qoma (Oğuz., 131).  
“Q
ədim türk lüğəti”ndə 14 CV strukturlu kök morfem 
verilmişdir:  ba-  “bağlamaq”:  tükätti bitig türdi badï tutup  
“M
əktubu  yazıb qurtardı və bağladı” (ДТС,  77); ya “yay, 
kaman”: bo
δum erdi oq teg köŋül erdi ja: “Mənim bədənim 
oxa, ür
əyim isə yaya bənzəyirdi” (ДТС, 221 ); je- “yemək”: 
 
142 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
er aš jedi “K
işi yemək yedi” (ДТС, 25) və s. M.Kaşğarinin 
lüğətində aşağıdakı CV formalı köklər verilmişdir: su- “ita-
ət etmək” (DLTT, IV, 536), sa “sən” (DLTT, IV, 477), sa- 
“saymaq” (DLTT, IV, 477),  “tük” (DLTT, IV, 666), 
“qapamaq” (DLTT, IV, 648), ya “yay, kaman”: er ya kur
 
“Adam yay düz
əltdi” (DLTT, II, 7).  
Tarix
ən türk dillərində CV (samit+sait) quruluşlu kök 
morfeml
ər fonetik, morfoloji dəyişikliklərə  məruz  qalmış, 
n
əticədə, onların bəziləri arxaikləşmiş, bəziləri asemantik-
l
əşmişdir. CV heca biçimi türkoloji dilçilikdə ilkin kök tipi 
kimi 
ən  çox  adı  hallandırılan  formalardan biridir.  Yazılı 
qaynaqlar  sübut edir ki, CV  heca tipi 
ən ilkin söz forma-
larındandır.  A.A.Zayonçkovski 11 CV  biçimində  olan kö-
kün arxetpini  b
ərpa  etmişdir  (156,  29).  Müasir türk dil-
l
ərində CV formalı sözlərin bəzisi bəzisi reduksiya nəticə-
sind
ə yaranmışdır. Məsələn, su sözü qədim yazılı abidələr-
d
ə suv formasında işlənmişdir. Qədim özbək dilində də suv 
şəklindədir (277, II, 303). Yəni su forması türk dilləri üçün 
tarix
ən törəmədir. Ancaq *su  kökünün ilkin forması  türk 
dill
əri üçün qapalı hecalıdırsa (suq // suv // sub), nostratik 
m
ərhələ  üçün  CV  şəklindədir. Bəzi türk dillərində  həmin 
heca qapalılığı qorunmuşdur: özb., qaz. suv, çuv. suq // şıv
başq.  hıv,  şor.  suğ. Azərbaycan dilində  isə  auslautda  (söz 
sonunda) 
son samit düşmüşdür, yəni su forması reduksiya 
n
əticəsində  yaranmışdır.  Müasir  türk dillərində  bu quru-
luşda olan kök sözlər nisbətən azdır: Azərb. ye-, de-, su, bu
n
ə, çuv. su,  uyğ.  sa-  (“saymaq”)  və  s.  Uyğur  dilinin  Sin-
ts
zyan şivəsində işlənən çı- feili çıx- feilinin ilkin formasını 
əks etdirir (203, 171). 
 
143 


BABA MƏHƏRRƏMLİ 
 
 
Hazırda türk dillərində işlənən bir çox sözlər CV heca 
tipl
ərindən törəmədir.  CVC  formalı  köklərin müəyyən bir 
hiss
əsi tarixən CV  heca tipindən yaranmışdır.  Eyni  seman-
tikalı köklərin müqayisəsində biz bunu müşahidə edə bilərik. 
M
əsələn, yan- “yanmaq”, yak- “yanmaq”, *yal- “yanmaq” < 
*ya-. B
əzən analoji dil faktları söz kökünün praforması haq-
qında  ilkin  təəssürat yaradır.  A.T.Kaydarov göstərir ki, 
qazax dilind
əki  bölə-  və  böbek  (“körpə”) sözləri  *bö
morfemind
ən törəmişdir  (171,  195).  M.Kaşğari yazır  ki, 
oğuz türklərinin dilində kar- feili müstəqil şəkildə, digər türk 
dill
ərində isə kat- feili ilə birlikdə işlənir (DLTT, IV, 265). 
Dig
ər qədim  yazılı qaynaqlarda da kar- feili “qarışdırmaq” 
m
ənasındadır  (ƏY,  123).  Həmin məlumatlara  əsaslansaq, 
kat- v
ə kar- feillərinin paralel şəkildə eyni mənada mövcud-
luğu kök morfemin *ka- olduğunu sübut edir (12, III, 147). 
M
əlumdur ki, koy-  //  qoy-  feilinin ilkin forması  *ko-  biçi-
mind
ə  Orxon-Yenisey abidələrində  qeydə  alınmışdır.  XIII 
əsrə  aid “Töhfeyi Hüsam”  lüğətində  həmin feil qo-  for-
masında verilmişdir  (21,  117).  Müasir Azərbaycan dilində 
bu feild
ən törəmiş  qoy  ədatı  danışıq  dilində  qo  formasını 
mühafiz
ə etmişdir. Məsələn, qo sözümü deyim. Türk dilinə 
aid atalar sözl
ərində də həmin kök qorunmuşdur: Sinme tilki 
dulda
sına  arslan yesin ko seni, Geçme muhanet 
köprüsünden seyl alsın ko seni (89, 134).  
Faktlar göst
ərir ki, tarixən  CV  formalı  sözlər içəri-
sind
ə  feillər üstünlük təşkil  etmişdir. V.Aslanov Azərbay-
can dilinin tarixi mate
rialları  əsasında  -  (“sınmaq”),  yü- 
(“yükl
əmək”) feillərini arxetip kimi bərpa etmişdir. O, bur
v
ə  bük-  feillərinin praformasının  *bü-  olduğunu  qeyd  et-
mişdir.  V.Aslanov qədim  yü-  kökünün  yük, yüklə-  söz-
 
144 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə