Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
541). Güman kioxu- feili  bu kökd
ən yaranmışdır. “Kitabi-
D
ədə Qorqud”da oxu- // oxı- feili “çağırmaq” mənasındadır: 
Baybör
ə  bəg  bazırganlarını  yanına  oxıdı,  buyuruq etdi 
(KDQİL, 141). Deməli, türk dillərindəki uk- // uq- “eşitmək” 
feili *ku “s
əs” kökünün metatezası nəticəsində yaranmışdır. 
Sonradan türk dill
ərində uk- // uq- “eşitmək” feilinin “anla-
maq, d
ərk etmək” semantikası yaranmışdır. S.S.Mayzel sami 
dill
ərində  metatezanı  “samitlərin”  əvəzlənməsi adlandırır 
(193, 140). Bu hadis
ənin izləri türk dillərinin analoji faktla-
rının  müqayisəsində  ortaya  çıxır. Məsələn, qədim və  nos-
tratik m
ənşəli morfemlərdən olan od  morfemi  sarı  uyğur 
dilind
ə  to  “od” biçimindədir.  S.Y.Malov onu çin mənsəli 
hesab edir (201
, 119). Əslində, bu qədim kök morfemin çin 
dilind
ə metatezaya uğramış variantıdır.  
Şumer dilində  su  //  zu  sözü  “ağıl,  müdrik, anlamaq, 
başa düşmək” anlamlarındadır (SL, 17). Deməli, tarixən şu-
mer dilind
ə bu söz sinkretik kök olmuşdur. Türk dillərində 
h
əmin kök çevrilmişdir:  türk.  us  “ağıl”,  uslan-  “ağıllan-
maq”.  T.Gülensoy bu sözün 
-  “düşünmək” kökündən 
qaynaq
landığını  ehtimal edir (TTSKBS, II, 971). “Kitabi-
D
ədə  Qorqud”da “iyləmək,  öpmək”  mənasında  yilə-  feili 
işlənmişdir:  Gizli yaqa tutuban yiləşdilər  (KDQ, 93; 
KDQİL,  110).  Bu  sözün mənşəyində  iy-  “qoxu” kökünün 
izini görm
ək mümkündür. Beləliklə, tarixən  iy-yi  metate-
zası nəticəsində “öpmək” semantikasını ifadə edən yi-(+lə) 
kökü forma
laşmışdır.  Müqayisə  edək:  iylə-. Ehtimal ki, 
yala- feili d
ə bu kökdəndir. Həmin feilin ilkin şəkli yalqa- 
varian
tındadır (92, 175). Q.Kazımov metatezanın söz kök-
l
ərində semantik variantların  yaranmasına səbəb olduğunu 
xüsusi vur
ğulamışdır. Məsələn, o, şumer dilindəki lu “xalq” 
 
129 


BABA MƏHƏRRƏMLİ 
 
 
sözünün  türk dill
ərindəki  el  sözünə  metateza nəticəsində 
keçdiyini göst
ərir (40,  41).  Xatırladaq ki, həmin söz ərəb 
dilind
ə al (“nəsil, sülalə”) variantındadır (ƏFSL, 17). Türk 
v
ə  şumer  dillərindəki leksik paralelləri müqayisə  etdikdə 
kök sözl
ərin əksəriyyətinin metatezaya uğradığını təsbit et-
m
ək olur. 
N
əticə olaraq, qeyd edirik ki, metateza, səs reduksiya-
sı və proteza hadisələrinin tarixinin öyrənilməsi göstərir ki, 
q
ədim dövrdə bu üsullarla onlarla yeni söz kökü formalaş-
mışdır.  
 
130 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
III FƏSİL 
 
TÜRK DİLLƏRİNDƏ QƏDİM SÖZ FORMALARI 
 
Türkoloji dilçilikd
ə  kök morfemlərin ilkin strukturu 
mövzusu 
ən mübahisəli məsələlərdən biridir. Türkoloqlar 
flektiv dill
ərə nisbətən, iltisaqi quruluşlu dillərin morfoloji 
strukturu
nun daha şəffaf olduğunu etiraf edirlər (12, II, 76, 
267). Lakin bu problem
ə  diaxronik  baxımdan  yanaşsaq, 
h
əmin  şəffaflıq  bir  o  qədər də  aydın  görünmür. Tarixi 
inkişaf nəticəsində söz kökləri müxtəlif morfonoloji dəyiş-
m
ələrə məruz qalmışdır. Müasir dövrdə türk dillərinə aid 
söz kökl
ərində  tərkib hissələrin  ayırd  edilməsi  nə  qədər 
asan
dırsa, diaxronik baxımdan bir o qədər çətindir. İndiyə 
q
ədər  türk söz kökünün strukturu, yaranması  ilə  bağlı 
müxt
əlif  araşdırmalar  aparılsa  da,  bəzi məsələlər  hələ  də 
öz h
əllini tapmamışdır. 
Dilçilikd
ə  sait səslərin samit səslərdən müxtəlif səs 
refleksl
əri, tələffüz şəraiti ilə bağlı yaranması haqqında fər-
ziyy
ələr mövcuddur.  F.de Sössür bir çox saitlərin qədim 
hind-Avropa dill
ərində larinqal samitlərdən törədiyini gös-
t
ərirdi. F.de Sössürün fikrincə, vaxtilə samitlərin tərkibində 
diftonq elemen
ti kimi işlənən bəzi saitlər sonradan heca ya-
radaraq müst
əqil fonemlərə çevrilmişdir (119, 20). O qeyd 
etmişdir  ki,  protohind-Avropa dillərindəki bütün saitlər 
t
əxminən e // o formasında olan bir əsas saitdən əmələ gəl-
mişdir. Həmin sait də qədim larinqal samitin uzanması nəti-
c
əsində  təşəkkül tapmışdır  (174,  131). Yəni bu ehtimala 
gör
ə, qədim hind-Avropa dillərində  yaranan sait səslər 
larinqal samitin refleksind
ən törəmiş,  sonradan isə  həmin 
 
131 


BABA MƏHƏRRƏMLİ 
 
 
s
əslərin müxtəlif reflekslərindən digər saitlər təşəkkül 
tapmışdır. Hind-Avropa dilçiliyində ən qədim saitlər e, a, o 
hesab olunur. Prototürkd
ə  və  ya protoaltayda 5 və  ya 6 
saitin  varlığı  iddia edilir. Həmin saitlərin arasında  e, a, o 
saitl
əri  də  var.  F.Ağasıoğlu  yazır  ki,  müəyyən redaktə  ilə 
q
əbul etdiyimiz larinqal nəzəriyyəyə görə, prototürk dövrü-
nün erk
ən çağlarında saitin qəlibi boğazda tutulma mərhə-
l
əsi ilə müşayiət olunmuşdur (3, 214-215).  
A.Bomhard protonostratik dill
ərdə  söz önündə  sait 
s
əslərin olmadığını qeyd edir. Onun iddiasına görə, nostra-
tik m
ərhələdə  hər bir söz kökü samitlə  başlamışdır  (296, 
21). A.Dolqopolski protonostratik dill
ərdə  samitlərin zən-
gin oldu
ğunu,  saitlərin isə  sayının  cəmi yeddi olduğunu 
qeyd edir (ND, 8). 
Hansı səsin əvvəl yaranması məsələsi də 
dilçilikd
ə  ziddiyyətli  şəkildə  şərh edilir. Paleolinqvistlərin 
fikrinc
ə, ilk dildə maksimum 9 mənalı səs vahidi, yəni fo-
nem  ol
muşdur. İ.L.Andreyevin fikrincə, ilk səs a-dır (101, 
127). Saitl
ər içərisində  a  saitinin ilkinliyinə  biz də  şübhə 
etmirik. Dig
ər fərqli fikirlər də  mövcuddur. A.S.Melniçu-
kun fikrinc
ə, saiti h larinqal samitindən törəmişdir (217,  
33). E.A.Makayev is
ə bildirir ki, hind-Avropa dillərində sa-
mitl
ərin ilkin və  bütün saitlərin isə  sonradan yaranması 
fikri düzgün deyil  (195,  148).  N.Y.Marr samitl
ərin ilkin-
liyini iddia etmişdir (210, 6).  
Protohind-Avropa v
ə  sami-hami dillərinin ilkin söz 
kökl
ərinin samit  əsasında  yaranması  ideyasını  müdafiə 
ed
ən H.Meller saitlərin sonradan söz kökünə  qoşulduğu 
fikrini ir
əli sürmüşdür. H.Meller protohind-Avropa və pra-
sami-hami dill
əri üçün cəmi  beş  larinqal  səs müəyyənləş-
dir
mişdir (272, 13). Hind-Avropa dilçiliyində  F.de Sössür 
 
132 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə