Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
protodilin 
əlaməti kimi səciyyələndirir (255, 29). Göründü-
yü kimi, türkoloq
ların əksəriyyəti qədim türk dilində ilkin 
uzan
ma faktını qəbul edir. Həmin fikirlər real dil faktlarına 
əsaslanır. 
Dilçilikd
ə bəzən ilkin uzanmanı etimoloji uzanma da 
adlan
dırırlar. Türk dillərindəki ilkin uzanma hadisəsinin sə-
b
əbi  G.J.Ramstedt və  K.N.Menqes tərəfindən kompensa-
siyası nəzəriyyəsi ilə izah olunmuşdur. G.J.Ramstedt mon-
qol dill
ərindəki ikihecalı  köklər  türk dillərindəki  analoji 
t
əkhecalı köklərə uyğun gəldiyindən iddia etmişdir ki, guya 
türk dill
əri həmin ikihecalılığı  kompensasiya etmək üçün 
uzanma hadis
əsi yaranmışdır (239, 19). Əslində, türk dilləri 
monqol dill
ərindən  daha  əvvəl təşəkkül  tapmışdır, çünki 
söz kökl
ərində  morfonoloji inkişaf  təkhecalılıqdan  çoxhe-
calılığa doğru getmişdir.  
K.N.Menqesin fikrinc
ə, ilkin uzanma ən qədim hadisə 
olmayıb, ümumtürk mənşəlidir. Onun fərziyyəsinə görə, bu 
uzanma  ikihecalı  köklərin  birinci hecanın  əvəzedici uzan-
ması vasitəsilə təkhecalı sözə çevrilməsi nəticəsində yaran-
mışdır. O da G.J.Ramstedt kimi, ikihecalı monqol söz kök-
l
ərini daha qədim hesab edirdi. M.Rəsənen isə  ikinci he-
canın ixtisarı ilə ilk hecanın əvəzedici uzanması fikri ilə ra-
zılaşmır (74, 50-51). N.A.Baskakov CVC tipli kök morfem-
l
ərdə  uzun saitlərin  mövcudluğunu  axırıncı  samitin  kom-
pensasiya refleksi il
ə izah etmişdir (115, 30). 
Bu hadis
ənin tarixi çox qədimlərə  gedib  çıxır,  çünki 
əski  türk  yazılı  abidələrində  həmin  fakt  müşahidə  olunur. 
A.V
əliyev bu qənaətə gəlir ki, keçid şivələrimizdə təsadüf 
edil
ən uzun saitlər  artıq  fonem  əhəmiyyətinə  malik olma-
yıb, uzun səs variantı kimi özünü göstərir (74, 52). Y.Ne-
 
117 


BABA MƏHƏRRƏMLİ 
 
 
met bu hadis
əni, yəni təkhecalı söz köklərindəki uzanmanı 
çoxheca
lılığın ixtisarı, aksentləşmə nəzəriyyəsi ilə izah edir 
(205, 60). V.M.Nasilov 
yazır ki, qədim türk dillərində uzun 
saitl
ərin məna fərqi yaratması məsələsi türkologiyada hələ 
d
ə həll olunmayıb (225, 9). Qədim dil faktları göstərir ki, 
ilkin uzanma kök sözl
ərdə söz yaradıcılığına xidmət etmiş, 
omonim kökl
ərin yaranmasına səbəb olmuş, sinkretik kök-
l
əri fərqləndirmişdir . 
G.Klauson v
ə  F.İshakov  ilkin  uzanmanın  varlığı  fik-
rin
ə  tərəfdar  çıxırlar.  Ə.Rəcəbli isə  qədim  türk  yazılı  abi-
d
ələrində ilkin uzanmanın olmasını və onun fonematik əhə-
miyy
ət kəsb etməsini təkzib edir (61, 93, 255). A.fon Qa-
ben q
ədimdə ilkin uzanmanın mövcudluğunu qəbul edir. O, 
yazır ki, uyğur abidələrində saitlərin iki cür yazılması qə-
dim türk dilind
ə  saitlərdə  uzanmanın  mövcudluğunu  ehti-
mal etm
əyə əsas verir (86, 33).  
M.R
əsənen qədim türk dillərində uzanma faktının var-
lığını təsdiqləyir. Onun fikrincə, ilkin uzanma təkhecalı söz 
kökl
ərində türkmən və yakut dilləri ilə yanaşı, çuvaş dilində 
d
ə mühafizə edilmişdir (242, 61-63). B.M.Nadelyayev ilkin 
uzanmanı substrat hadisəsi hesab edir. Onun fikrincə, yakut-
ların əcdadları guya türk mənşəli olmamışdır, buna görə də 
onların  dilindəki uzanma  substrat xarakterlidir. Türkmən 
dilind
ə də həmin hadisə baş vermişdir (304). “Sonrakı uzan-
ma”, y
əni ikinci uzanma adlanan fonetik hadisə  isə  əksər 
türk dill
ərində müşahidə edilir, həmin hadisənin əsas səbəbi 
s
əsdüşümüdür. Məsələn,  uyğur  dialektlərində  işlənən  oo 
(“ov”)  sözü  v  samiti
nin,  qırğız  dilində  işlənən puu  (“buğ”) 
sözü 
ğ samitinin, aloo (“alov”) sözü v samitinin, qaqauz di-
 
118 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
lind
ə  işlənən  baa  (“bağ”)  forması  ğ  samitinin  reduksiyası 
n
əticəsində yaranmışdır. 
F.Q.
İshakov qeyd edir ki, qədim türk dillərində olan 
sait  uzanması  ancaq yakut və  türkmən dillərində  qorun-
muşdur. Başqa türk dillərində isə bu hadisə ya yox dərəcə-
sind
ədir, yaxud da yalnız bir-iki sözdə mühafizə edilmişdir. 
M
əsələn, tuv. düün “dünən”, xak. ööt- “yandırmaq”  (163, 
34-35).  Orxon-Yenisey abid
ələrində  də  uzanma  faktları 
var: oot “od, at
əş” (ПДП, 404), yuu- “yumaq” (ПДП, 390), 
yuuz 
“üz” (ПДП, 390), yiil “yel, külək” (ПДП, 388), aaç
“ac olmaq” (93, 237), aat “ad” (93, 238), aart 
“dağ keçidi”, 
kaal- “qalmaq” (93, 245),  baa
“bağlamaq” (93, 239). Əski 
uyğur abidələrində aşağıdakı sözlərdə ilkin uzanma müşa-
hid
ə edilir: oot “od, atəş” (EUTS, 142), süü  “qoşun, ordu” 
(EUTS, 215), toon  “don” (EUTS, 247), tüü  “saç” (EUTS, 
260), yüüz “üz” (EUTS, 307), yüü “öz” (EUTS, 307), yuul 
“çay” (EUTS, 306), yiig 
“yaxşı”  (EUTS,  296),  yiil  “yel” 
(EUTS, 307). Q
ədim  uyğur  dilinin  faktları  bir  daha  sübut 
edir ki, 
əski türk dönəmində bu hadisə mövcud idi.  
Müqayis
ə üçün göstərək ki, qədim Baltik və slavyan 
dill
ərində də ilkin köklərdə uzanma olmuşdur. Hətta proto-
slavyan söz kökl
ərinin rekonstruksiyasında  söz  köklərinin 
bir qismi uzun variantda b
ərpa edilir (160,  156).  Düzdür, 
əks arqumentlə çıxış edən dilçilər də var. Hind-Avropa və 
german dill
ərində sözün strukturunu öyrənən E.A.Makayev 
iddia edir ki, h
əmin dillərdə  uzanan saitlər qədim deyil, 
son
rakı hadisədir (195, 141).  
A.M.Şerbak  50-dən  çox  kökün  çuvaş  dili  istisna  ol-
maqla, türk dill
ərində  eyni zamanda  tək və  ya  ikihecalı 
formada işləndiyini qeyd edir (289, 38). Təkhecalı köklərdə 
 
119 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə