BABA MƏHƏRRƏMLİ
q
ədim olmasını müəyyənləşdirmək üçün fonetik qanunauy-
ğunluqlara əsaslanmaq, həmçinin qədim abidələrdəki dil
faktlarına istinad etmək lazımdır.
Türkoloji dilçilikd
ə təkhecalı söz köklərindəki vari-
ant
lılıq müxtəlif səbəblərlə izah olunur. Bu prosesin aqlüti-
nativ quru
luşun formalaşmasına qədər olan dövrdə baş ver-
diyi güman edilir. Söz kökl
ərindəki variantlılıq gah qədim
dialekt
əvəzlənmələri ilə, gah da çoxhecalılığın ixtisarı ilə
izah edilir (255, 52). N.A.Baskakov fonetik variant
lılığın
yeni kökl
ərin formalaşmasına yol açdığını göstərir. O, türk
dill
ərində eyni kökdə dialekt fərqlərinin sonradan leksik
f
ərqlərə gətirib çıxardığını qeyd edir (113, 174). Deməli,
tarix
ən türk dillərində eyni söz kökünün müxtəlif türk dia-
lektl
əri üzrə diferensiallaşması yeni köklərin formalaşması
üçün z
əmin yaratmışdır.
Türk dill
əri üçün ilkin hesab edilən təkhecalı (mono-
sillabik) 4 söz modeli ( V, CVC, VC, CV),
əslində, sonrakı
m
ərhələni əks etdirir. Fikrimizcə, türk söz köklərinin mor-
fo
noloji inkişaf paradiqmasına vahid ulu dilin söz kökləri
aspektind
ən yanaşmaq daha məntiqlidir. Türkoloqlar kök
sözl
ərin tarixən hansı heca quruluşuna malik olması məsə-
l
əsi haqqında yekdil rəyə gələ bilməmiş, fərqli mülahizələr
söyl
əmişlər. N.A.Baskakov qeyd edir ki, türkologiyada hə-
min m
əsələ haqqında olan mövcud fikirlər hələ də ziddiy-
y
ətlidir (113, 141). Problemin həlli ona görə çətindir ki, mə-
s
ələ yazıyaqədərki dövrlə bağlıdır. İrəli sürülən fikirlər ehti-
mallara, f
ərziyyələrə əsaslanır. Hansı heca tipinin ilkin olma-
sı məsələsi bu gün də aktuallıq kəsb edir. Məsələnin mahiy-
y
ətində nə durur? İlkin heca tiplərinin müəyyənləşməsinin
əhəmiyyəti nədir? Problemin həllinin əhəmiyyəti odur ki, il-
136
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
kin heca tipl
ərinin müəyyənləşməsi ilə kök morfemlərin fo-
nomorfoloji v
ə fonosemantik inkişafının istiqamətləri və qa-
nuna
uyğunluqları aşkarlanır.
Türkoloqlar f
ərqli heca modellərini ilkin hesab edirlər.
Problemin ç
ətinliyi də bundadır. Türkologiyada kök
morfeml
ərin fonetik strukturu haqqında iki əsas fikir var: Bir
qrup türkoloq (V.V.Radlov, A.Vamberi, N.A.Baskakov) he-
sab edir ki, türk dill
ərində ilk monosillabik söz kökləri qa-
palı hecalıdır. Digər bir qrup türkoloq (G.Klauson, A.N.Ko-
nonov, E.V.Sevortyan) is
ə ilkin köklərin açıq hecalı ol-
duğunu göstərir. A.Axundov qeyd edir ki, yeni Azərbaycan
dili il
ə müqayisədə dilimizin əvvəlki dövrləri üçün qapalı
hecalar daha s
əciyyəvi olmuşdur (8, 272). Dialektlərimizdə
bunun izl
əri qorunmuşdur. Müqayisə üçün qeyd edək ki,
heca qapa
lılığı oğuz qrupu türk dillərinə nisbətən, qarluq və
qıpçaq qrupu türk dillərində daha çox mühafizə edilmişdir.
G.J.Ramstedt Altay dill
ərində ilk feil köklərinin aşağı-
dakı strukturda olduğunu ehtimal etmişdir: V, СV, VС,
СVС, VСС, СVСС (239, 29). A.N.Kononov da bu problemə
öz münasib
ətini bildirərək yazır: “Türk söz köklərinin ilkin
modell
əri sait, samit+sait, sait+samit formalarına əsaslanır.
Samit+sait+samit modelli kökl
ərin morfoloji təhlili göstərir
ki, bu tipli kökl
ərdə axırıncı üçüncü element (yəni sonuncu
samit) ya növ şəkilçisidir (feil köklərində), ya da söz-
düz
əldici şəkilçidir (isim köklərində)” (179, 76). A.T.Kay-
darov qazax dilind
ə kök morfemlərin 6 heca tipinin işləndi-
yini göst
ərərək, V, CV, VC tipli hecaları daha qədim hesab
edir (171, 38-65). Ancaq n
ədənsə o, CVC formasını nəzərə
alma
mışdır. Ə.Rəcəbli yazır ki, güman ki, ilkin türk söz kö-
kü bir fonetik t
ərkibli olmamışdır, çünki ilkin türk sözü yu-
137
BABA MƏHƏRRƏMLİ
xa
rıda sadalanmış fonetik tərkiblərdən təkcə birindən ibarət
olsa idi, ilkin türk dili müt
əhərrikliyini itirər, ünsiyyətə xid-
m
ət edə bilməzdi (61, 189). İ.V.Kormuşin qeyd edir ki,
Altay dill
ərinin öyrənilməsində əsas vəzifələrdən biri bu
dill
ərdə olan köklərin başlanğıc formasının müəyyənləş-
dirilm
əsidir (180, 9). K.M.Musayev göstərir ki, türk
dill
ərində söz köklərinin inkişafı probleminin öyrənilməsi
mühüm
əhəmiyyət kəsb edir. O, həmin mövzunun türk
dilçiliyind
ə zəif öyrənildiyini qeyd edir. Tədqiqatçının fik-
rinc
ə, qədim türk söz kökləri aşağıdakı strukturlarda olmuş-
dur: V, CV, VC, CVC, CVCC, VCC (221, 82). B.M.Yunus-
əliyev qırğız dilinin kök sözlərini 4 formada bərpa etmişdir:
samit+sait, sait+samit, samit+sait+samit, sait (295, 51).
Əksər tədqiqatlarda türkoloqlar sait+samit, samit
+sait+samit, samit+sait modell
ərinə üstünlük verirlər. Be-
l
əliklə, türkoloji dilçilikdə 1, 2, 3, 4 və ya 5, bəzən isə hətta
6 heca tipi
ən qədim, ilkin formalar kimi təqdim edilir.
F.C
əlilovun bu fikri ilə razılaşmaq olar ki, qədimdə bütün
kök morfeml
ərin bir heca quruluşuna malik olması ideyası
yanlışdır. Qədimə doğru getdikcə fonemlərin sayı azaldı-
ğından onların distribusiyası da məhdudlaşır. Tədqiqatçının
fikrinc
ə, əgər prototürkün ilkin monosillabik çağında V,
CV, VC, CVC modell
əri olmuşsa, artıq iltisaqi quruluş for-
ma
laşdıqca VC və CVC modellərinin şəkilçili morfemlər
hesa
bına VCC, CVCC variantları da yaranmışdır, yəni
prototürk dövrünün sonrakı mərhələlərində altı heca modeli
mövcud ol
muşdur (19, 136, 148). A.Məmmədov samit+
sait+samit+samit v
ə sait+samit+samit formalı heca tip-
l
ərini daha qədim sayır (207, 129). Fikrimizcə, həmin heca
tipl
əri törəmədir. B.Xəlilov göstərir ki, feillərin əksəriyyəti
138
Dostları ilə paylaş: |