Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
l
ərində  qorunduğunu,  -  “sınmaq” feilinin XV əsrə  qədər 
Az
ərbaycan dilində  işləndiyini, sonra  isə  arxaikləşdiyini 
bildirir (12, II, 260 - 264).  
Türk dill
ərində bir qrup söz kökü var ki, onların ilkin 
forma
larını  müəyyən etmək üçün Ural və  Altay dillərinin 
analoji fakt
larının müqayisəsi kifayət etmir. Daha dərin eti-
moloji  araşdırma  üçün  digər qohum olmayan dillərdəki 
analoji fa
ktların müqayisəsinə ehtiyac var. Dilçilikdəki sta-
tik rekonstruksiya  n
əzəriyyəsinə  görə, pradil dövrü üçün 
yal
nız bir kök modeli əsas götürülür və digər söz modelləri-
nin h
əmin kökdən yarandığı  iddia  edilir.  Bu  nəzəriyyəyə 
gör
ə, bütün qərbi Qafqaz dillərindəki söz kökləri yalnız bir 
söz modelind
ən – CV (samit+sait) modelindən yaranmışdır 
(272,  21-
22).  Əgər bu nəzəriyyəni türk dillərinə  də  tətbiq 
ets
ək, türk dillərindəki təkhecalı  söz  köklərinin də  yalnız 
bir söz modelind
ən yaranmasını güman etmək mümkündür. 
Bu m
əsələdə CV (samit+sait) kök modeli dominantlıq təş-
kil edir v
ə həmin model feil köklərinin arxetiplərinin müəy-
y
ənləşməsində  daha  çox  özünü  doğruldur.  Ancaq, bizim 
fikrimizc
ə, qədim türk söz kökləri bir neçə tipli olmuşdur. 
Ə.Yuknəkinin “Atabətül həqayiq” əsərində sı- feil kö-
kü “qırmaq” anlamında işlənmişdir: tiling bekte tutqıl tişinq 
sınmasunkalı çıksa bektin tişinqni sıyur “Dilini mühafizə 
et ki, dişin qırılmasın, əgər mühafizə etməsən, dişini qırar” 
(AH, 51). B.M.Yunus
əliyev - feilinin yalnız müasir türk 
dilind
ə mühafizə olunduğunu qeyd etsə də (295, 119), biz 
bunu mü
şahidə etmirik. Həmin kök forma sarı uyğur (201, 
107) v
ə  urum  (УРС,  175)  dillərində  mühafizə  edilmişdir. 
Q
ədim  türk  yazılı  abidələrində  rastlanan    “qoşun”  sözü 

asir sarı uyğur dilində qorunmuşdur. S.Y.Malov, nədən-
 
145 


BABA MƏHƏRRƏMLİ 
 
 
s
ə, bu qədim türk sözünü çin mənşəli hesab etmişdir (201, 
105). V.Aslanov  -  “qovmaq, izl
əmək, ardına  düşmək” 
kökünün XIX 
əsrə qədər Azərbaycan dilinin yazılı qaynaq-
larında  işləndiyini göstərmişdir (12,  II, 265). Həmin kök 
sür-, sül
ən- sözlərində asemantikləşmişdir. Müqayisə üçün 
qeyd ed
ək ki, sü- kökünün hind-Avropa dillərinə aid qədim 
kelt dilind
ə *su- “hərəkət etmək” paraleli işlənmişdir (197,  
174).  “Kutadqu bilik”d
ə  sü  “ordu”  kökü  işlənmişdir:  ava 
yıqlu tirlür er at sü bolur, er at sü bile er tilekin bulur (KB, 
I,  222):  “Ətrafına  əsgər  toplanır,  ordu  olur,  əsgər və  ordu 
il
ə insan diləyinə qovuşur” (KB, II,155).  
N.A.Baskakov  yazır  ki,  CV  formasını  ilkin hesab 
ed
ənlərin  əsas arqumenti odur ki, belə  tipli köklər qədim 
ya
zılı  abidələrdə  məhdud  şəkildə  işlənmişdir.  Türkoloqun 
fikrinc
ə, ba- “bağlamaq” feili baγ-, ye- feili yiy-, ya “yay, 
kaman” ismi yayyu- feili yu
γ-, sa- “hesab etmək” feili say
su
“sındırmaq” sözü sun-, te- // ti- “demək” feili tiy-, tu- 
“bağlamaq” feili tut-,  “tük” ismi tüg formasından yaran-
mışdır (113, 152-158). N.A.Baskakovun həmin ideyası bəzi 
türkoloqlar t
ərəfindən  (A.M.Şerbak,  A.N.Kononov) tənqid 
edil
mişdir.  A.N.Kononov N.A.Baskakovun  əksinə  olaraq, 
tut-  feilinin  *tu-  // *tï- 
“bağlamaq, örtmək” kökündən ya-
ran
dığını göstərir (179, 101). Sal- feili uyğur dialektlərində 
saa- 
şəklindədir (203,  148).  Məlumdur ki, yay  (“silah”) 
sözü q
ədim abidələrdə ya- biçimində işlənmişdir. Həmin ya
forma
sı  uyğur  dilinin  Sintszyan  şivəsində  qorunmuşdur 
(203,  114).  A.A.Yul
daşev qeyd edir ki, başqırd dilində bıs
“k
əsmək” feilinin özü törəmədir, bi- kökündən yaranmışdır, 
uyğur dilində indi də bi- şəklində işlənir (294, 27).  
 
146 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
Yuxarıda qeyd etdiyimiz kimi, türk dillərində bəzi CV 
quruluşlu sözlər ilkin deyil, törəmədir. Müasir Azərbaycan 
dilind
ə  işlənən  sın-  feilinin  kökünün  sı-  olmasını  qədim 
türk  yazılı  abidələri sübut  edir.  Çağdaş  sarı  uyğur  dilində 
indi d
ə - şəklindədir (201, 107). Qeyd edək ki, nostratik 
araşdırmalarda  təkhecalı  kimi  bərpa olunan söz kökü for-
ması daha çox CV biçimindədir.  
B
əzi CV tipli köklər bütün türk dillərində mövcuddur. 
Ye-, de- // te- // ti-, yu- // çu- feill
əri, bu // şu əvəzliyi, de-
m
ək olar ki, əksər türk dillərində işlənir. Müasir türk dillə-
rind
ə  fərqli  CV  strukturlu köklər də  var: çuv. tu  “dağ” 
(ЧРС, 489), tu- “kəsmək” (ЧРС, 502), tu- “etmək, qurmaq, 
doğmaq” (ЧРС, 489), su- “hesab etmək, oxumaq, sağmaq” 
(ЧРС, 379), çu “yay fəsli” (ЧРС, 420), tat. su- “sağmaq”, 
su- “saymaq”, qe- “dem
ək”, tuv. ma-“al, götür”, ta “namə-
lum”, s.uyğ. ka “hansı”, ş.yuq. ka- “etmək”, so- “oturmaq” 
(265, 63), bar. yu
“yığmaq”, ça- “kəsmək”, çi- “zərbə vur-
maq”, tu- 
“doğmaq”, ku- “qovmaq”,  “musiqi” (150, 95-
195) v
ə s. Qeyd edək ki, tuva dilindəki ma- “almaq” feili 
Az
ərbaycan dilinin Balakən və  Qax  şivələrində  də  işlənir 
(ADDL, 341).  A.M
əmmədov  sab  “söz” lekseminin  sa- 
“söyl
əmək” kökündən yarandığını və onun şumer dilindəki 
sa-  “mübahis
ə  etmək” kökü ilə  qohumluğunu  qeyd  edir 
(206, 17). Bu analoji faktlardan m
əlum olur ki, dilimizdəki 
söy-,  söyl
ə-  sözləri də  həmin  sa-  kökündən  yaranmışdır. 
A.M.Şerbak ehtimal edir ki, CV formalı kök sözlərin hamı-
sı qədim türk dillərində uzun saitli olmuşdur. O, qədim türk 
abid
ələrindəki köklərlə  müasir türkmən dilindəki analoji 
kökl
əri müqayisə edərək bu nəticəyə gəlmişdir (290, 46).  
 
147 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə