Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

 
 
 TÜRK  DİLLƏRİ MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.83 
 
Hələ XIX əsrdə, 1878-ci ildə  müəllifi olduğu türk dillərinə  aid etimoloji 
lüğətə yazdığı ön sözdə Q.Vamberi türk dillərində nitq hissələrinin mənşəyi 
məsələsinə toxunmuşdur. Q.Vamberi, B.M.Yunusəliyev, P.M.Melioranski, 
İ.A.Batmanov, A.P.Potseluyevski türk dilllərində ilkin köklərin sinkretik oldu-
ğunu  qəbul edirlər(16,20).  
Qırğız dilçisi B.M.Yunusəliyev  kök morfemlər sırasına isim və fellərlə 
yanaşı, nə qədər qəribə olsa da, təqlidi sözləri də aid edir(15,6-9). İ.V.Kormu-
şin “Türk dillərində nitq hissələrinin  mənşəyi haqqında” məqaləsində qeyd 
edir ki, türkologiyada nitq hissələrinin mənşəyi haqqında məsələdə sinkretizm-
lik  nəzəriyyəsi üstünlük təşkil edir( 9,23).Yəni belə qənaət hasil olur ki, ad və 
fellər eyni zamanda  yaranaraq  korrelyativ köklər kimi mövcud olmuşdur. Bu 
fikir, bizə görə, inandırıcıdır. Hind-Avropa dilçiliyində də həmin məsələ həmi-
şə mübahisə doğurmuşdur. Məsələn, H.Hirtə görə, fellər ilkin deyil, onlar isim 
köklərindən yaranmışdır(11,160). 
B.Atalay da ancaq isimlərin ilkinliyi qənaətinə gəlir. O, fikrini bununla 
əsaslandırır ki, insanlar öz ətrafındakı anlayışları  əvvəl adlandırmağa başla-
mışlar. Fellərdə iş, zaman, şəxs kimi üç anlayışın birdən göz önünə alınması 
gərəkdir. Bundan başqa, fellərdə mənaca təcrid olunma var. Bu cür abstrakt-
laşma isə hər halda dil inkişaf etdikdən və düşünmə qabiliyyəti yüksəldikdən 
sonra meydana gəlir(1,11). Əlbəttə, bu, B.Atalayın öz subyektiv fikridir. 
Türkologiyada kök morfemlərlə bağlı tədqiqatlar əsasən diaxronik  isti-
qamətdə aparılmışdır. Müasir türk dillərində işlənən kök morfemlərin semanti-
kası, fonetik səciyyəsi, morfonoloji xüsusiyyətləri haqqında danışmaq üçün 
onların tarixi inkişafı izlənilməlidir. Qədim dövrlərdə kök sözlərin fonova-
riantları yeni leksemlərin yaranmasına şərait yaratmışdır. 
Türkologiyada kar və ya cingiltili samitlərin birinci yaranması haqqında 
olan fikirlər də ziddiyyətli və dolaşıqdır.  Əksər türkoloqlar karlaşmanı daha 
qədim hesab edirlər. Lakin əks mövqedə duran türkoloqlar da var. 
N.K.Dmitriyev “Qumuq dilinin qrammatikası”(1940)  əsərində  qədim 
türk yazılı abidələrinə əsaslanaraq karlaşmanı  birinci qəbul edən dilçilərə   eti-
raz edərək göstərir ki, həmin fakt həlledici deyil. O,qumuq dilinin materialla-
rına əsaslanaraq cingiltiləşməni ilkin hesab edir(6,14). 
Lakin türkologiyada karlaşmanın ilkinliyini qəbul edən türkoloqların fik-
ri daha inandırıcıdır və real dil faktlarına əsaslanır. Biz də həmin müddəanı qə-
bul edirik. Çünki ən qədim yazılı abidələrdə kök morfemlər kar variantda iş-


 
 
 TÜRK  DİLLƏRİ MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.84 
 
lənmişdir. Məsələn,ton, taş, kap variantları müvafiq sözlərin cingiltili variant-
larından daha əvvəl işlənmişdir. 
Fonosemantik təkamül, asemantikləşmə, konversiya, divergensiya, müx-
təlif məna keçidləri, rekonstruksiya  kimi məsələlərin həlli məhz kök morfem-
lərin fonetik, semantik və morfoloji inkişaf prinsiplərinin düzgün müəyyən 
edilməsindən asılıdır. 
Dünya dilçiliyində hansı səslərin ilkin olması məsələsi də həmişə müba-
hisə doğurmuşdur. Yafəs nəzəriyyəsinin banisi Y.Marr samitlərin ilkinliyini 
iddia edirdi.O bu məsələdə sami dillərinin faktlarına əsaslanırdı(13,6).Problem 
yazıyaqədərki dövrlə bağlı olduğundan həmin məsələ haqqında fikir yürütmək 
çox çətindir. 
E.Makayev isə qeyd edirdi ki, hind-Avropa dillərində samitərin ilkin və 
bütün saitlərin isə sonradan yaranması fikri düzgün deyil(11,60). Maraqlıdır 
ki, german  və hind-Avropa dilləri üçün müştərək olan bəzi arxaik köklər türk 
dilləri ilə paralellik təşkil edir. 
Həmin köklər aşağıdakılardır: 
ki-  “kəsmək”  -   türk    kəs-
has-“kəsmək”-  türk kəs-
ah-“yemək”-türk aş 
bu-“olmaq”-türk bol//ol-, 
āt(er)”od”-türk od//ot, 
ed//et-“yemək”-türk ye-
tah-“dişləmək”-türk diş//tiş.
*
      
Türkoloqlar haqlı olaraq göstərirlər  ki, türk dilllərində təkhecalı sözlərin 
çoxu hələ də izah olunmamışdır. Yəni daşlaşmış, fuziallaşmış kök morfemlə-
rin inkişafı tam öyrənilməmişdir. Türkologiyada ilkin sözlərin fonetik struktu-
ru məsələsində monosillabizm ideyası dəstəklənir. Hazırda  kök şəklində möv-
cud olan ikihecalı sözlər isə, əslində, törəmədir. 
N.Dmitriyevin 1940-ci ildə yazdığı “Qumuq dilinin qrammatikası”, 
1948-ci ildə yazdığı “Başqırd dilinin qrammatikası”, N.A.Baskakovun 1940-cı 
ildə yazdığı”Noqay dili və onun dialektləri”, 1952-ci ildə yazdığı “Qaraqalpaq 
dilinin qrammatikası”  əsərlərində türk dillərində kök morfemlər mövzusuna 
səthi olsa da, toxunulmuşdur. Həmin əsərlərdə qədim türk söz köklərinin öyrə-
                                                 
*
 Faktlar E.Makayevin “Структура  слова  в  индоевропейских  и  германских  языках”(М.,Наука, 
1970) əsərindən götürülmüşdür. 


 
 
 TÜRK  DİLLƏRİ MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.85 
 
nilməsi nisbətən zəif şəkildə idi. Sonralar isə həmin problemin şərhinə türko-
logiyada daha sanballı tədqiqatlar həsr olundu. 
Qıpçaq qrupu türk dilləri arasında kök morfemləri tədqiqata ən çox cəlb 
edilən dillər qazax və  qırğız dilləridir. A.T.Kaydarov 1986-cı ildə yazdığı 
“Qazax dilində  təkhecalı kök və  əsasların strukturu” əsərində qazax dilinin 
materialları əsasında 3 minə yaxın kök sözü müəyyənləşdirmişdir. Əsərdə qa-
zax dilində olan kök morfemlərin geniş təhlili verilmişdir. Müəllif bu qənaətə 
gəlir ki, qazax dilində kök morfemlərin bir qismi “ölü” köklər şəklində qalmış, 
digər bir qismi isə öz formasını qoruyub saxlaya bilmişdir.   
Yəni, A.Kaydarov öz tədqiqatını düzgün olaraq təkhecalılıq üzərində qu-
rmuşdur. Müəllifin hesablamalarına görə, qazax dilində olan kök sözlərin qu-
ruluş modeli ən çox CVC tipində özünü göstərir. A.Kaydarov V,CV,VC for-
malarını daha qədim hesab edir və onun fikrincə, həmin formalar prototürk 
dövrünü əks etdirir. Müəllifin  qənaətinə görə, türk dillərində elə köklər var ki, 
onların onlarla fonetik variantı mövcuddur, lakin elə köklər də var ki, onlar 
yalnız bir formada təzahür edir( 8 ,70).    
Digər qazax dilçisi J.A.Mankeyevanın 1991-ci ildə yazdığı “Qazax di-
lində  fel əsaslı ilklin köklərin rekonstruksiyası” adlı əsəri də maraqlı tədqiqat 
işlərindəndir. O, qazax dilində 1000-ə qədər fel kökünü rekonstruksiya etmiş, 
300-ə qədər “ölü” fel kökü müəyyənləşdirmişdir(12,125-152). 
Qırğız türkoloqu B.Yunusəliyev haqlı olaraq göstərir ki, kökün strukturu 
məsələsi onların fonetik kompleksinin formalaşması ilə  sıx bağlıdır. Müəllif 
təqlidi sözlərin kök morfemlərin formalaşması prosesinə  təsirindən danış-
mışdır. B.Yunusəliyev kök morfemlərin leksik-semantik inkişafını öyrənərkən 
onların omonimləşməsi məsələsinə xüsusi önəm vermişdir. O qeyd edir ki
qırğız dili üçün tipik olan kök morfemlərin heca quruluşu aşağıdakı kimidir: 
Samit+sait: sa-“fikirləşmək”,yü-“yükləmək”, 
Sait+samit:at “ad”, 
Sait:u “yuxu”,ö-“fikirləşmək”, 
Samit+sait+samit: suğ “su”,kel- “gəlmək” ( 15,51). 
Kök morfemlərin quruluşu məsələsinə  həsr olunmuş  tədqiqatlarda düz-
gün olaraq təkhecalılığa üstünlük verilir. A.Yuldaşev  başqırd dilinin fellərinə 
həsr etdiyi əsərdə(1958) müasir başqırd  dilində 200-ə qədər fel kökünün tək-
hecalı olduğunu qeyd edir.O həmin fel köklərinin əsas hissəsinin  qapalı, yal-
nız cüzi hissəsinin açıq hecalı olduğunu qeyd edir: CVC formasında olan kök-
lər:hat- “satmaq”, yıy- “yığmaq”,  bıs- “kəsmək”,  bül-“bölmək”,  höy- “sev-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə