Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə89/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

Nizami Tağısoy
276
zunun müxtəlif janr formalarında təcəssümünü  (hekayə, povest, 
memuar, sənədli roman və s.) kabardin (A.Keşokovun «Sınmış 
nal» (1973) romanında, A.Naloyevin «Alov kölgəsi» (1973) (he-
kayələr  və povestində, B. Kardanovun «Zabitin qeydləri» (1974) 
povestində, malkar X.Zankişiyevanın «Dağlar oğlu – Baltik şahi-
ni» (1971) sənədli povestində; noğay F.Abdulcəlilovun «Güclülər 
ailəsi» (1950) povestində; abaza X.Jirovun «Oğul atası» (1970) 
romanında, K.Bratovun «Hay ver, qardaşım» (1967) povestində; 
lak (E.Kapiyevin «Qeyd kitabçası»); çeçen (L.Mütəllibovun «Tu-
fana qarşı» (1972) povestlər və hekayələrində  görmək mümkün-
dür.
Müharibəyə həsr olunmuş Qaraçay nəsrinə gəldikdə isə biz 
onun  əsas  nümunə lərini  nəzərdən  keçirərkən  qeyd  etdik  ki,  bu 
mövzuya müraciət Qaraçay yazıçılarının   əvvəlki dövr yaradı-
cılığının inkişafı əsasında  ortaya çıxmışdır. Tarixi və müharibə 
mövzusuna həsr olunmuş nəsr əsərlərinin poetikasının bəzi  tərəf-
ləri  Qaraçay  ədəbiyyatşünasları  A.Qarayeva,  S.Akaçiyeva,  N.
Kaqiyeva və başqaları tərəfindən öyrənilmiş, hətta S.Akaçiyeva 
1980-ci ildə nəşr etdirdiyi «Qaraçay romanı. Janrın təşəkkülü və 
inkişafı»  monoqrafiyasında  ayrıca  fəsildə  «Qaraçay  romanının 
poetikası»nı nəzərdən keçirmişdir. Belə mövzu Qaraçay roman-
larının  ilkin  mərhələdəki  süjet  xətti  olaraq  götürməklə  özündə 
folklor təsvirini bədii-şüurun mənbəyi olan süjet və kompozisiya 
müstəvisində axtarışlar aparmaqla müəlliflər getdikcə əsərlərini 
yeni  keyfiyyətlərlə  zənginləşirdirirdilər. 
İnqilabi-tarixi mövzulara həsr olunan romanlarda («Dağlar-
da səs», «Böyük Qaraçayda», «Dan ulduzu» və s.) süjetdə qara-
çaylılar  arasından  çıxan  inqilabçı  obrazlarının  əsas  xüsusiyyət-
ləri açılırdısa, «İllər və dağlar» tarixi-bioqrafik  romanında sinfi 
mübarizənin gizli düşmənlərlə aparıldığı  əks olunur və bu xüsu-
siyyət əsərin arxitektonikasına  ustalıqla daxil  edilirdi. Roman  
müəllifinin ustalığı özünü həm də onda əks etdirirdi ki, məsələn 


Qaraçay  ədəbiyyatı
277
H.Bayramukova təhkiyəni burada hadisələr arasındakı əlaqələrin 
pozulması  əsasında yox, bir süjet xəttindən digərinə keçid şəra-
itində  yox,  məntiqi  ardıcıllıqla  qura  bilmişdir.  «Əmanət»,  «Qi-
sas», «İki zaman» kimi hərb mövzusuna həsr olunmuş romanlara  
gəldikdə isə bu ilk növbədə əsərlərin bədii problematikası və və-
zifələri ilə, – yəni hadisələri və insanların tarixi taleyini müharibə 
və sülh şəraitində əks etdirməklə bağlı idi. Yanaşma və təsvirlər 
müxtəlifdir. Məsələn, M.Bayçorovun «Böyük Qaraçayda» roma-
nı uğurlu  kompozisiya quruluşuna malik olduğu halda Qaraçay 
roman larının    bəzilərində  biz  («Dağlarda  səs»)  süjetin  böyük 
sürətlə hərəkətini müşahidə edir, digər bir qismində («Qisas qı-
lıncı») onun aramlı inkişafının şahidi oluruq.
Qaraçay yazıçılarının janr-üslub axtarışları həm də dil ilə bağlı 
gedirdi. Belə ki, 1950-1980-ci illərdə Qaraçay romanı inkişaf  etdik-
cə xalq poetik dili xəzinəsindəki təzə-tərlikdən istifadə edilməklə 
janrın dil imkanları daha da zənginləşirdi. Bu dövrdə Qaraçay roma-
nının dili fərdiləşməklə, qəhrəmanların xarakterinin mahiyyə tinin, 
onların əsas xüsusiyyətlərinin, davranış və hərəkət lərinin açılmasın-
da mühüm  mahiyyət kəsb edir. Qəhrəmanların nitqində canlı dia-
loq, daxili monoloq və s., dağlıların nitqindəki spesifik and formala-
rından istifadə xüsusi yer tutur («Dağlarda səs»).
Qaraçay  romanında  portret  mühüm  rol  oynayır.  Bu,  «Bö-
yük Qaraçayda», «İllər və dağlar» və «Qisas qılıncı»nda xüsu-
silə görümlüdür. Bundan başqa «Qisas qılıncı»nda Culduz, «Dan 
ulduz»unda Fatimə, «Dağlarda səs»də Nəzifət, «Qara sandıq»da 
Badimat, «Böyük Qaraçayda» Mukuyat, Zəhrət və Ölməz, «İki 
zaman»da Bela obrazlarının portret xarakteristikası diqqəti daha 
çox cəlb edir.
Qaraçay  romanında («Dağlarda səs» və «İki zaman») insa-
nın təbiətlə əlaqələrinə də xüsusi əhəmiyyət verilmişdir. «Qisas 
qılıncı» romanında insan təbiətlə paralel bir sıra təşkil edir. O.Xu-
biyevin «Əmanət» romanının üçüncü kitabında isə biz simvolik 


Nizami Tağısoy
278
paralelizmlərlə daha çox rastlaşırıq.
Qaraçay romanında  («Əmanət», «İki zaman», «Qisas qılın-
cı»,  «Dan  uldu zu»,  «İllər  və  dağlar»  və  s.)  lirik  ricətlərə,  epik 
ənənə ilə lirik vüsətin birləşməsinə daha tez-tez rast gəlirik. Belə 
məqamlarda müəlliflər öz qəhrəmanlarının taleyi haqqında daha 
çox  düşünür,  fikirlərə    dalırlar.  Eyni  zamanda  bu  romanlardan  
bəzilərində bədii dil vasitələrindən uğurlu istifadə də diqqət çək-
məkdədir. Dil materiallarından istifadənin bu əsərlərdə məzmuna 
hopdurulması  məhz  belə  vasitələrdən  yararlanma  prinsiplərinə  
söykənir    və  bədii  ədəbiyyatın  spesifik    vəzifələri  ilə  xarakte-
rizə və izah olunur. 1950-1980-ci illər romanlarından bəzilərin-
də (məsələn, «İki zaman») hadisələr bir-birini sürətlə əvəzləyir. 
Burada lakoniklik, əsərin obrazlı dili, hərbi hadisələrin dərindən 
ümumiləşdirilməsi  kimi  məqamlar  janrın  təqdimatını  daha  ma-
raqlı məcraya yönəldir. Bu romanda atalar sözü, zərbi məsəllər, 
metaforalar,  müqayisələr,  paralelizmlər,  müharibə  dövrünün 
məhsulu olan söz və söz birləşmələrini daha çox yaddaşlarda daş-
laşdırmışdır.
«Dağlarda səs», «Qisas qılıncı» və başqalarında çoxsaylı üs-
lubi fiqurlar, milli məişət, xarakter, psixologiya, geyim və mətbəx 
mədəniyyətini bildirən epitetlər dən genbol istifadə olunmuşdur.
Nəzərdən keçirdyiimiz dövr Qaraçay romanında («Dan uldu-
zu», «Qara sandıq», «İllər və dağlar», «Dağlarda səs», «Böyük 
Qaraçayda», «Qisas qılıncı», «İki zaman» və s.) folklor nəğmələ-
rindən  nümunələrin  təqdimatı  bu  əsərləri  xalqa  daha  yaxın  və 
oxunaqlı etmişdir. Belə nəğmələrdə əməkçi insanların ağır taleyi, 
onlara qarşı edilən haqsızlıqlar, ədalətsizliklər əksini tapmışdır. 
Bəzən romanların infrastrukturuna daxil edilən xalq inancları nü-
munələri, nağıllar roman süjetində qaraçaylıların psixologiya və 
xarakterlərini əks etdirmək baxımından istifadə edilmişdir. Məhz 
bu tipli elementlər Qaraçay romanının özünəməxsus bədii aləmi-
ni yaratmışdır. Bundan başqa Qaraçay romanlarında  Nəsr Xoca 
lətifələri,  Nart eposunun elementlərindən  və s. də geniş istifadə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə