Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə92/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   89   90   91   92   93   94   95   96   97

Qaraçay  ədəbiyyatı
285
baxımından tarixi xarakterli olmaqla onun bütün qəhrəmanlarının 
davranışları psixoloji motivasiya ilə yüklənmişdir. Elə buna görə 
də həyat hadisələri və tarixi zaman «Asi» romanının ana xəttini 
təşkil edir.
«Müstəmləkəçilər  xalqları  nə  qədər  bir-birindən  ayırmağa 
çalışsalar  da,  insanların  dünyagörüşləri  genişləndikcə,  oxuyub 
yeni bilgilərə yiyələndikcə onlar milli kimliyini yetərincə ortaya 
qoymağa, zor şərtlər altında olsa belə, həqiqəti yazmağa, doğru 
olanı xalqa çatdırmağa  çalışacaqlar» (15, 280).  
1980-ci  illərdə  Qaraçay  yazıçıları  xalq  taleyinin  ən  ağrılı 
məqamlarına  nəzər  salmağı  problemin  bədii  nöqteyi-nəzərdən 
araşdırılmasını diqqət mərkəzinə çəkməyi zəruri hesab edirdilər. 
Belə  olduğu  təqdirdə  şəxsiyyətin  taleyi  ilə  xalqın  taleyi  döv-
rün  ictimai problemləri ilə paralel şəkildə ifadə olunurdu. Belə 
müstəvidə qəhrəman xarakterləri və onların təkrarsız taleyi xalq 
həyatının bütün gerçəkliklərə söykənilərək açılmasına şərait  ya-
radırdı. Həmin dövrdə yazıb yaratmış O. Xubiyev, H.Bayramuko-
va, A.Süyunçev, M.Batçayev, H.Ebzeyev kimi istedadlı Qaraçay 
yazıçılarını ümumi bir fikir –  insan və onun həyatına mənəvi-etik 
münasibət, onun üzərində fəlsəfi mülahizələr və s. kimi münasi-
bətlər məşğul edirdi. Əlbəttə, nəzərdən keçirdiyimiz dövr Qaraçay 
nəsri  əsasən  cəmiyyətdə  gedən  proseslərin  bədii-obrazlı  həllini 
verməyə çalışırdı. Dövrün konfliktləri əsərlərin əsasında oturmuş 
kolliziyaları əks etdirirdi. Bu dövr Qaraçay yazıçılarının əsərləri 
bizə öz dövrünün tendensiyalarını tam şəkildə açmaq üçün fərdi 
reseptlər verir, gerçəkliksə  əsas sosial qüvvələrin konfliktləri və 
ziddiyyətlərin köməyi ilə  əsərlər də canlandırılırdı. Belə əsərlərin 
personajları öz aralarında qarşılıqlı şəkildə özünəməxsus ansambl 
yaratmaqla müəllif məramını ortaya qoymaqla səy göstərirdilər. 
Personajlardan hər biri öz sosial simasını əks etdirirdi. Yaxşı, ya 
pis insan olmasından asılı olmayaraq, onlar xalqın özü haqqında 
təsəvvürlər yaradırdılar. Bəlkə elə buna görə də idraki baxımdan 


Nizami Tağısoy
286
bu dövr Qaraçay nəsrinin etdiyini heç bir sosial tədqiqatların or-
taya qoya bilmədiyi zəruri bir iş kimi qiymətləndirmək daha düz-
gün olardı. Çünki bu əsərlərdə mühüm mənəvi-estetik faktor özü-
nü daha yaxşı əks etdirirdi. Bu əsərlərin ana xəttində vətəndaşlıq 
idealı, vətənə xidmət məsələləri dayanırdı.
Bu dövr Qaraçay nəsrinin mahiyyət yükünü milli xarakteri 
əks etdirmək və onun haqqında dərindən düşünmək təşkil edirdi. 
Belə qəhrəmanların obrazlarında vicdan hissi, analitik təfəkkür, 
daxili zənginlik, təbiət gözəlliyini dərindən hiss etmə və s. kimi 
məqamlar dayanırdı. Qaraçay nasirləri şəxsiyyətə, onun təfəkkü-
rünə, mənəvi axtarışlarına, onların vətən  və xalq taleyini həll et-
məyə necə can atdıqlarına daha çox yer verməyə çalışırdılar. Bu 
baxımdan  O.Xubiyevin  “Adamlar”  (“Adamla”)  povesti  diqqət 
mərkəzinə düşür. Dağlı qadınları Afyacan, Zəriyyət və digərlə-
rinin obrazlarında məhz belə daxili zənginlik və böyük hisslərlə 
yaşamanı görmək mümkündür. Daxili monoloqlar,  lirik ricətlər 
qəhrəmanın  xarakteri, onun mənəvi aləmi, həyat baxışlarını əks 
etdirmək baxımdan əsərlərin ana xəttinə ustalıqla  yerləşdirilirdi. 
Əlbəttə, Qaraçay nasirləri belə təsviri heç də boşuna ortaya çək-
mirdilər. Məsələn, 1950-1980-ci illər povestində başlıca mövzu 
BVM-nin məşəqqətlərini əks etdirmək olsa da, burada daha çox 
mənəvi-əxlaqi problemlərin, beynəlmiləlçilik borcunun, yüksək 
humanist idealların, vətənpərvər liyin ortada dayanması ilə yanaşı, 
qaraçaylıların milli taleyi məsələsi də az əhəmiyyət kəsb etmirdi. 
Bu, qaraçaylıların sürgününün gündəmə gətirilməsidir. Qaraçay-
lıların vətən təəssübü çəkən oğullarını millətçilik damğası altında 
sürgünlərə, min bir məhrumiyyətlərə məruz qoyan  sovet siyasət 
maşını Qaraçay xalqının da tarixi taleyinə qara səhifələr yazdı və 
bu, Qaraçay nasirlərinin nəzərindən yayınmadı. 1930-1950-ci il-
lər ictimai-siyasi proseslərinin ən böyük hadisəsi olan repressiya 
və sürgünlər Qaraçay ədəbi mühitindən kənarda qalmadı. Mənfur 
siyasi hadisə olan repressiya və deportasiya Azərbaycanda, Orta 


Qaraçay  ədəbiyyatı
287
Asiyada və Qazaxıstanda olduğu kimi, Şimali Qafqazda yaşayan 
türklərin  həyatının  da  ən  iyrənc  və  qorxulu    səhifələrindəndir. 
Stalinin, Beriyanın, Molotovun, Mikoyanın,  Koqanoviçin və bu 
kimi digərlərinin sərəncam və tapşırıqları ilə Qaraçay milli ziya-
lılarının, xalq təəssübü çəkən oğullarının aradan götürülməsi bir 
göz qırpımında baş verirdi: onlara əvvəl millətçi, xalq düşməni 
yarlıkı yapışdırılır, sonra onlar üzərində mənfur işgəncələr həya-
ta keçirilirdi. Məsələnin kökü isə lap uzaqlardan rişələnirdi. Bu, 
XIX əsrin  sonuncu rübündən, daha doğrusu, 1877-1878-ci illərdə 
cərəyan edən Türkiyə-Rusiya müharibəsindən sonra Qafqazdakı 
üsyanlardan başlamışdı. Lakin ruslar türklər üzərində qələbə çal-
dıqlarına görə Qafqaz türklərinin qanı batırılmışdır. Bu isə Qara-
çay-malkarların yaddaşından silinmə mişdi.
1917-ci  il  bolşevik  istiqlalıyla  Qafqaz  türkləri  də  hərəkətə 
gələrək gələcək istiqlala bel bağlamış, hətta bu bölgədə yaşayan 
digər xalqlarla birlikdə Vladiqafqazda xalq qurultayı  keçirmiş, 
qurultayda Dağıstan, Kumux, Terek vilayəti, Çeçen-İnquş, Ose-
tin,  Kabardin,  Qaraçay-Malkar, Adıgey, Abxaz  və  başqaları  öz 
talelərini həll etdikləri bir məqamda 7 noyabr 1917-ci ildə bol-
şeviklər hakimiyyəti ələ aldıqdan sonra daxili çəkişmələrə rəvac 
verilmişdir. Bu zaman qeyri-ruslara qarşı mübarizə kifayət qədər 
sərtləşdirilmişdi. Ruslar region əhalisini təbliğat  gücünə ələ al-
maq istəsə də, qafqazlılar bolşeviklərin yalanına inanmamışdılar. 
Buna görə də Şimali Qafqaz Mərkəzi Komitəsi Rusiyadan ayrıl-
dığını bəyan etmişdir. Türkiyə bu məsələyə rəğbətlə yanaşdığın-
dan  Qafqaz Cümhuriyyəti heyəti İstanbula gedib orada yaxşı qar-
şılanmış və 11 may 1918-ci ildə Şimali Qafqazın müstəqil dövlət 
olduğu elan olunmuş və bu haqda qərb dövlətlərinə bildirilmişdir. 
Qaraçay-malkar türkləri də bu dövlətin tərkibində idilər, lakin o 
qısa ömürlü olmaqla 1921-ci ildə süquta uğramışdır.
Qaraçaylı general Mirzəqul Krımşamxalov Qaraçay əsgərləri 
ilə birlikdə bolşeviklərə qarşı şüçaətlə vuruşmuşdur. Ruslar böyük 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə