Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə95/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   89   90   91   92   93   94   95   96   97

Nizami Tağısoy
294
  İbrahim Appakov    isə  şair-bard  XX  əsr  rus  nəğməkarları-
nın    əsərlərini  Qaraçay  dilinə  çevirən  söz  sahibi  və  eləcə  də 
«Унутулгъан эпопея»  («Unudulmuş epopeya») adlı  qu nəğmə-
si hesab edilən poetik məcmuə və kitab müəllifi,  sanki həm də 
bir folklor toplayıcısı, xalq nəğmələrinin ifaçısı,  doğma xalqının 
sürgün olunması ilə bağlı materialları bacarıqla yığıb kitabında 
uğurla təqdim edən mahir istedad sahiblərindəndir. «Unudulmuş 
epopeya» kitabında İbrahim Appakov 1956-cı ildə N.S.Xruşşovla 
görüşmüş Qaraçay xalqının səkkiz nümayəndəsindən söhbət açır 
ki, onlar bu görüşdə «şəxsiyyətə pərəstiş» dövründə baş vermiş 
özbaşınalıqları, ədalətsizlikləri, qaraçaylılara qarşı edilmiş haq-
sızlıqlar və zorlamalarla  bağlı ona məlumatlar vermişdilər. İ.Ap-
pakov kitabını ona görə «Unudulmuş epopeya» adlandırmışdır ki, 
sürgün olunanlar  yaddaşlardan silinməsinlər. Jurnalist Y.Uzdeno-
vun  «Unudulmuş epopeya» kitabına yazdığı «Ona görə yaddan 
çıxmasın ki» adlı giriş sözündə  əsərin yaranma tarixinə işıq tu-
tulmaqla qeyd olunur ki, bu kitab sənədlərə söykənməklə Qara-
çay nümayəndə heyətinin qohumlarına N.S.Xruşşovla Kremldə 
və eyni zamanda Qaraçay-Çərkəz Respublikasının xeyli yaşayış 
məntəqələrində yer almış görüşlərlə bağlı məqamları əks etdir-
məklə, həm də burada çoxsaylı kitab, qəzet və jurnal materialla-
rından istifadə olunmuşdur. 1956-cı ildə Moskvaya getmiş adı çə-
kilən nümayəndə heyətinin tərkibində olanlardan yalnız bir nəfəri 
Üçkeken kəndində yaşayan Umar Urusov sağ qalmışdı (5,3-7).
İbrahim Appakov əsəri əvvəl iynar janrında qələmə almışdır. 
Məsələn, Kabarda-Malkar Respublikasında nəşr olunan «Minqi-
Tau» jurnalında  onun kitabı «İynarla» («İynarlar») kimi adlan-
maqla az qala jurnalın yarı hissəsini tutur»  (6,3-109). Bundan 
başqa İ.Appakov  və digərlərinin bu mövzuyla bağlı dərc etdirdi-
yi bir neçə materiallar da vardır (7, 184-187; 8, 114-117; 9, 3-5; 
10, 10-15; 11, 142-143) ki, onlarda da müəllif qaraçaylıların de-
portasiya illərinin üzücü mənzərəsini ortaya qoymuşdur. 


Qaraçay  ədəbiyyatı
295
Qeyd  etdiklərimiz  sübut  edir  ki,  bu  dövrdə  yaranan  bədii 
əsərlərin üzərinə yeni aksentlər qoyulurdu. Qaraçay ədəbiyyatı-
nın çağdaş nümayəndələri milli ədəbiyyatın tərcrübəsini dərindən 
dərk  etməkdən  ötrü  əvvəlki  zaman  kəsiklərinə  nəzər  salırdılar. 
Eyni zamanda ədəbiyyatşünasların uzun zaman kəsiyində yazıçı-
ların bu məsələlərə bədii baxımdan kompleks şəkildə münasibət 
sərgiləməməsi də ədəbi  prosesin ümumi mənzərəsini pozurdu. 
Elə buna görə də Qaraçay sənətkarları və ədəbiyyatşünasları 80-
ci illərdən başlayaraq, bu barədə daha dəyanətlə danışmağa başla-
dılar. Çünki doğrudan da uzun müddət ərzində ədəbiyyata yasaq 
edilmiş mövzuların yenidən ədəbi dövriyyəyə qaytarılması Qa-
raçay ədəbiyyatı tarixini daha tam şəkildə təsəvvür etməyə şərait 
yarada bilərdi. Bu dövrki Qaraçay nasirləri tarixin xalq yaddaşı-
nı yenidən bərpa etməklə, həm də sanki tarixin «ağ ləkələri»nin 
üstünü bağlamağa çalışırdılar. Artıq bu dövrdə əvvəllər susmağa 
üstünlük verilmiş məsələlər haqqında nasirlər daha ürəklə danışır, 
törədilmiş cinayətlərin təqsirkarlarını axtarmağa, onların cinayət-
lərinə hüquqi qiymət verilməsinə səy göstərirdilər. Bu məsələlər 
haqqında yenidən danışmaq, problemin dərindən təhlili üzərində 
aksentləri işarələmək sənətkarları Qaraçay ədəbiyyatını zəngin-
ləşdirməyə istiqamətləndirirdi. Eyni zamanda Qaraçay belletris-
tikası üçün önəmli həm də bu idi ki, uğurlu əsərlərdə cəmiyyətdə 
gedən proseslər dərindən və ətraflı təhlil olunurdu. Belə əsərlə-
rin başlıca xüsusiyyəti ondan ibarət idi ki, onların etik və estetik 
dəyəri insanın daxili aləminə ekskurs edib, xalqın mənəvi şüurun-
dakı qırılmazlığı göstərməyi ön plana çəkirdi. Elə buna görə də 
O.Xubiyev, Ə.Suyunçev, H.Bayramukova və M.Batçayevin əsər-
ləri nəinki fərdi, eyni zamanda ictimai-sosial, xalq problemlərini 
öyrənmək üçün daha da dərinliklərə nüfuz etməyə səmt alırdı. 
Beləliklə,  XX  əsrin  son  onilliyində  Qaraçay  ədəbiyyatının 
ümumi mənzərəsini nəzərdən keçirərkən belə bir nəticəyə gəli-
rik ki, milli yazıçıların yuxarıda  adlarını çəkdiyimiz mövzulara 


Nizami Tağısoy
296
yaxından diqqəti Qaraçay həyatında olan tarixi həqiqətlərin bər-
pasından irəli gəlirdi. Əvvəlki dövrlərdə yasaq edilmiş mövzular 
1980-ci illərdən başlayaraq realizm prinsiplərinə söykənilməklə 
daha  da  dərinləşdirilirdi.  Buna  görə  də  nəzərdən  keçirdiyimiz 
dövr oxucunun gözü qarşısında daha zəngin bir nəsr nümunəsi 
kimi  canlanmaqdadır.  Bu  dövr  Qaraçay  nəsrinin  gücü  dövrün 
daxili  mənasını  ona  epoxal  məsələlər  rakursundan  yanaşmaqla  
dərk etməyə istiqamət lənirdi. Bu dövrdə yazıb-yaratmış bir sıra 
müəlliflər nəinki vətəndaş müharibəsi, inqilab, BVM və s., həm 
də mənəvi - əxlaqi axtarışlar, repressiya, deportasiya, sürgünlər 
və s. kimi mövzulara müraciət etməklə gerçək liyin real cizgilərini 
əks etdirib insan, xalq, cəmiyyət problemini ortaya çəkməyə, həll 
etməyə çalışırdılar. Təhlillərimiz bizə belə bir fikri də vurğula-
mağa imkan verir ki, yazıçıların qəhrəmanın daxili aləminin açıl-
masına istiqamət lənmiş düşüncələri və onların üzərində aparılmış 
psixoloji təhlillər həm də əksər hallarda pozitiv estetik nəticələr 
əldə etməyə gətirib çıxarmışdır.
Nəzərdən  keçirdiyimiz  dövrdə  fəaliyyət  göstərmiş  Qaraçay 
yazıçılarının baş qəhrəmanları əksər hallarda bəşəri hisslərlə ya-
şayıb insan ağrılarına həssas yanaşmaqla, yüksək təbii mənəviy-
yat  daşıyıcılarıdır.  Real  həyat  situasiyalarına  salınmış  Qaraçay 
belletristləri bu dövrlərdə daim ciddi mənəvi-əxlaqi  problemlərin 
həlli axtarışında olmağa üstünlük verirdilər. Heç şübhəsiz ki, bu 
axtarışlar müasir dövr Qaraçay ədəbiyyatında həm də  yeni bədii 
nümunələrin ortaya çıxmasına imkan verir, şərait yaradırdı.   
ƏDƏBİYYAT
1.  Акачиева  С.М.  Тема  сталинских  репрессий  в 
карачаевской и балкарской литературах// Репрессированные 
народы:  история  и  современность.  Материалы  Всесоюзной 
научной kонференции. Карачаевск., КЧГПУ, 1994, с. 184-187.
2. Акачиева Е.М. «По следам высылки…» (на материале 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə